Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1644/2025 07.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlu, ərizəçi Tələbkar maraqlı tərəf Borclu qarşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Tələbkar ərizəsi ilə məhkəməyə müraciət edərək, Tələbkar qzı və Borclu ilə arasında bağlanmış nikahın vaxt verilmədən pozulması, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 Tələbkar himayəsində saxlanılması, Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün mart ayından hesablanmaqla hər ay hər uşağa 200 manat olmaqla ümumilikdə 400 manat aliment alınaraq Tələbkar verilməsi, Borclu uşaqların nəqliyyat xərcləri hər ay cəmi 50 manat alınaraq Tələbkar verilməsi, birgə nikah dövründə əldə edilmiş “Ford Fusion” markalı, **- LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı 16000 manatın yarısı 8000 manat Borclu alınaraq Tələbkar verilməsi, ödənilmiş 100 manat dövlət rüsumu, hüquqi yardıma görə ödənilən 325 manat Borclu alınaraq Tələbkar verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Tələbkar nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, hazırda iddia tələbi digər prosesdə həllini tapdığından ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddiaçı tərəfin ərizəsinin qaytarılmasına dair müraciətini nəzərə alaraq hesab edirəm ki, ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi Tələbkar maraqlı tərəf Borclu qarşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1644/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1644/2025
07.05.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver