Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-1696/2021 29.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, Kreditor MMC-nin Borclu qarşı borcun qaytarılması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclu X1 Kreditor MMC-nin xeyrinə 557,62 (beş yüz əlli yedi manat altmış iki qəpik) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor MMC ilə borclu X2 arasında bağlanmış 11.01.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən borcluya ümumi qiyməti 671,42 (altı yüz yetmiş bir manat qırx iki qəpik) manat dəyərində olan X4 8 Pro6/54GB Green EU markalı telefon satılmışdır. Borclu alğı-satqı müqaviləsinə əsasən ödəməyi öhdəsinə götürdüyü malın dəyəri olan 671,42 (altı yüz yetmiş bir manat qırx iki qəpik) manatdan 113,80 (bir yüz on üç manat səksən qəpik) manat ödəniş etmişdir. Borclu ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərini hissə-hissə 12 aya hər ay üçün 46,47 (qırx altı manat qırx yeddi qəpik) manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək götürdüyü kreditin əsas məbləği olan 557,62 (beş yüz əlli yedi manat altmış iki qəpik) manatdan borcundan bu günədək hər-hansı bir ödəniş etməmiş, bununla da alğı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Odur ki, borclu X1 Kreditor MMC-nin xeyrinə 557,62 (beş yüz əlli yedi manat altmış iki qəpik) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Məhkəmə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Kreditor MMC ilə Borclu arasında bağlanmış 11 yanvar 2021-ci il tarixli borc müqaviləsindən görünür ki, alıcı Borclu hissə-hissə ödəniş şərti ilə satıcı Kreditor MMC-dən 671,42 (altı yüz yetmiş bir manat qırx iki qəpik) manat dəyəri olan telefon əldə etmişdir. Onun 113,80 manatını ödəniş etmiş, qalan 557,62 manat məbləği 12 ay müddətinə aylıq 46,47 manat olmaqla Kreditor MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Borclu ilə Kreditor MMC arasında 11.01.2021-ci il tarixində bağlanmış ******* saylı müqavilə üzrə tam 671,42 manat borcundan 113,80 manat ödəniş etmişdir, bu günə 557,62 manat, cərimə olaraq isə 36,97 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281, 282,284-cü maddələrini rəhbər tutaraq, ə m r e t d i m: xx.xx.1991-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və Quba rayonu, Alekseyevka kəndində yaşayan Borclu 557,62 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 577,62 manat məbləğində pul vəsaiti alınaraq Kreditor MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-1696/2021
Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-1696/2021
29.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver