Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1766/2023 13.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlak və qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlak və qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 4000 manat olan 1 ədəd şifoner, 1 ədəd servant, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd termo, 3 ədəd divan, 3 ədəd daxıl, 1 ədəd sandıq, 1 ədəd taxtdan ibarət mebellər, 1 ədəd 300 manat dəyərində telefon, 2 ədəd uşaqların kassaları (içində 300 manat pul), 1 dəst 150 manat dəyərində nahar sevizi, 1 dəst 150 manat dəyərində çay servizi, 6 ədəd 35 manat dəyərində bakal, 1 ədəd qrafin və 6 ədəd dəyəri 28 manat olan bakal, 1 ədəd dəyəri 64 manat olan qənd qabı, 4 ədəd dəyəri 90 manat olan böyük vaz, 7 ədəd dəyəri 120 manat olan vaz (meyvə qabı), 5 ədəd dəyəri 55 manat olan çaynik, 1 ədəd dəyəri 25 manat olan qəhvədan, 24 ədəd stəkan və 24 ədəd nəlbəki dəyəri 70 manat, 12 ədəd dəyəri 24 manat olan mürəbbə qabı, 12 ədəd dəyəri 15 manat olan rumka, 24 ədəd dəyəri 37 manat olan bakal, 10 ədəd dəyəri 26 manat olan şirniyyat qabı, 1 ədəd dəyəri 50 manat olan şirə çəkən maşın, 6 ədəd dəyəri 6 manat olan bıçaq, 12 ədəd dəyəri 6 manat olan çəngəl, 1 ədəd dəyəri 3 manat olan kəfkir, 1 ədəd dəyəri 3 manat olan böyük qaşıq, 1 ədəd dəyəri 3 manat olan qaşıq(çömçə), 4 ədəd bulud və 4 ədəd plov qaşığı dəyəri 18 manat olan, 1 ədəd 48 manat dəyərində tefal aş qazanı, 1 ədəd 28 manat dəyərində tefal tava, 1 dəst 5 ədədli dəyəri 150 manat olan tefal qazan dəsti, 1 ədəd dəyəri 22 manat olan şirli qazan, 1 dəst 5 dənəli dəyəri 65 manat olan şirli qazanlar, 1 ədəd dəyəri 12 manat olan qəhvədan, 1 ədəd dəyəri 6 manat olan 3 mərtəbəli çərəz qabı,1 dəst 24 ədədli dəyəri 42 manat olan boşqab naboru, 1 dəst 12 ədəd dəyəri 40 manat olan qara boşqablar, 1 ədəd dəyəri 12 manat qara supnik, 6 ədəd dəyəri 6 manat olan çərəz qabı, 6 ədəd balaca və 1 ədəd böyük dəyəri 15 manat olan dəst boşqablar, 6 ədəd boşqab və 1 ədəd böyük boşqab dəyəri 18 manat olan, 6 ədəd boşqab və 1 ədəd böyük boşqab dəyəri 14 manat olan, 3 ədəd dəyəri 75 manat olan konfet qabı, 1 ədəd çaynik və 6 ədəd fincan nəlbəki dəyəri 32 manat olan, 1 ədəd dəyəri 18 manat olan şirniyyat bişirən tava, 5 ədəd dəyəri 28 manat olan çüyün, 1 ədəd dəyəri 25 manat olan şirli çüyün, 2 ədəd dəyəri 40 manat olan şirli təzə vedrə, 6 ədəd dəyəri 8 manat olan şiş, 1 ədəd dəyəri 250 manat olan paltar yuyan maşın, 2 ədəd dəyəri 9 manat olan şüşə meyvə qabı, 12 ədəd dəyəri 24 manat olan qara nəlbəki, 12 ədəd dəyəri 21 manat olan kasa, 3 ədəd dəyəri 130 manat olan güldan, 1 ədəd dəyəri 15 manat olan saat, 1 ədəd dəyəri 29 manat olan gecə işığı, 1 ədəd dəyəri 130 manat olan çılçıraq, 2 ədəd dəyəri 48 manat olan fen, 1 ədəd 150 manat dəyərində tül pərdə, 1 ədəd dəyəri 70 manat olan paltar ütüləyən stol, 1 ədəd dəyəri 90 manat olan qapı pərdəsi, 2 ədəd dəyəri 260 manat olan tək nəfərlik döşək, 1 ədəd dəyəri 250 manat olan taxt döşəyi, 3 ədəd dəyəri 180 manat olan tək nəfərlik yorğan, 1 ədəd dəyəri 100 manat olan taxt yorğanı, 6 ədəd dəyəri 90 manat olan tük yastıq, 2 ədəd dəyəri 20 manat olan sintefon yastıq, 5 ədəd dəyəri 250 manat olan pakrıval, 4 ədəd dəyəri 40 manat olan nalça, 3 ədəd dəyəri 200 manat olan divan çexolu, 5 dəst dəyəri 190 manat olan tək nəfərlik çexol, 6 dəst dəyəri 380 manat olan taxt üçün çexol, 6 ədəd dəyəri 150 manat olan hamam dəsmalı, 8 cüt dəyəri 160 manat olan əl silən dəsmal, 6 ədəd dəyəri 350 manat olan süfrələr, 12 cüt dəyəri 90 manat olan çay dəsmalları, 1 ədəd dəyəri 115 manat olan taxt üçün sintefon döşək, 1 ədəd dəyəri 130 manat olan tozsoran; uşaqların dərslikləri, məktəb ləvazimatları, uşaq paltarları, 4 dəst 64 manat dəyərində qadın paltarları, 125 manat dəyərində karsetlər, 2 ədəd 50 manat dəyərində uşaq üst geyimi (jaket), 1 ədəd 20 manat dəyərində gecə işığı, 6 ədəd oyuncaq(ayı), 2 ədəd 400 manat dəyərində xalça, 2 ədəd dəyəri 80 manat dəyərində qalın uşaq kurtkası, 2 ədəd 49 manat dəyərində uşaq üçün payız kurtkası, 1 ədəd 70 manat dəyərində qalın qadın kurtkası, 6 ədəd 146 manat dəyərində uşaq ayaqqabıları, 4 ədəd dəyəri 158 manat dəyərində qadın ayaqqabısı, 6 ədəd 92 manat dəyərində uşaq şalvarı, 3 ədəd 49 manat dəyərində cins şortik, 2 ədəd 49 manat dəyərində məktəb çantası, uşaqlara məxsus geyimlər 300 manat dəyərində, 400 manat dəyərində qadın paltarları ( yay paltarları, corablar və s), 1 ədəd 80 manat dəyərində uşaq velosipedi, 2 ədəd 16 manat dəyərində toxunma uşaq corabları, 2 ədəd 20 manat dəyərində böyük üçün toxunma corabdan ibarət cehiz əşyalar və 1 ədəd 585 əyarlı, çəkisi 12,5 qram olan 937 manat dəyərində boyunbağı və qolbaq, 1 dəst 583 əyarlı, çəkisi 16,5 qram olan 1072 manat dəyərində komplekt, 1 ədəd 583 əyyarlı çəkisi 3,2 qram olan 245 manat dəyərində üzükdən (hədiyyə) ibarət qızıl-zinət əşyalarının və ya həmin əşyaların dəyəri olan 14625 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 11 may 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 22 iyun 2012-ci il təvəllüdlü X10 və 18 iyun 2013-cü il təvəllüdlü X5 doğulmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Quba Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(027)- 136/2023 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, nikahdan doğulmuş 22 iyun 2012-ci il təvəllüdlü X10 və 18 iyun 2013-cü il təvəllüdlü X2 onun himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh ilə aralarında olan nikah pozulsa da, ona məxsus qızıl-zinət əşyaları və cehiz əmlakı cavabdehə məxsus evdə qalmışdır. İlkin olaraq məhkəmədən kənar qaydada Cavabdeh cehiz və qızıl zinət əşyalarının tələbi üçün mediasiyaya müraciət etsə də, cavabdeh ilə aralarında razılıq olmadığı üçün ona 26 avqust 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə sonradan iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, İddiaçı məxsus 1 ədəd daxıl, 1 ədəd dəyəri 300 manat olan telefon, 5 ədəd dəyəri 85 manat olan vaz (meyvə qabı), 2 ədəd dəyəri 22 manat çaynik, 1 ədəd dəyəri 25 manat olan qəhvədan, 8 ədəd 20 manat dəyərində şirniyyat qabı, 12 ədə dəyəri 15 manat olan rumka, 12 ədəd dəyəri 19 manat olan bakal, 4 ədəd dəyəri 10 manat olan şirniyyat qabı, 1 ədəd dəyəri 50 manat olan şirəçəkən maşın, 1 dəst 5 ədədli dəyəri 30 manat olan 1 ədəd qazan, 1 dəst 5 dənəli dəyəri 52 manat olan 4 ədəd qazan, 1 dəst 24 ədədli dəyəri 42 manat olan boşqab naboru, 6 ədəd balaca və 1 ədəd böyük dəyəri 15 manat olan boşqablar, 1 ədəd çaynik və 6 ədəd fincan nəlbəki dəyəri 32 manat, 2 ədəd dəyəri 9 manat olan şüşə qabı, 1 ədəd dəyəri 29 manat olan gecə işığı, 1 ədəd dəyəri 24 manat olan fen, 1 ədəd dəyəri 70 manat olan paltar ütülüyən stol, 3 ədəd dəyəri 174 manat olan süfrə, 1 ədəd dəyəri 200 manat olan xalça,-6 ədəd stəkan və 12 ədəd nəlbəki 26 manat dəyərində, 1 ədəd 585 əyarlı çəkisi 12,5 qram olan 937 manat dəyərində boyunbağı və qolbaq, 1 dəst 583 əyarlı çəkisi 16,5 qram olan 1072 manat dəyərində komplekt, 1 ədəd 583 əyarlı çəkisi' 3,2 qram olan 245 manat dəyərində üzükdən (hədiyyə) ibarət əşyalarının özünün və ya onlar olmadıqda cehiz əmlakı və qızıl-zinət əşyalarının dəyəri olan cəmi 3503 manat məbləğində pulun, cehiz əmlak əşyaları tələbinə dair iddia ərizəsi üzrə banka ödədiyim 135 (yüz otuz beş) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiada göstərilmiş cehiz əmlakı üzərinə həbs qoyulması barədə müvəqqəti təminat tədbiri tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə verilmişdir. Quba Rayon Məhkəməsinin qərardadı ilə əmlaklar üzərinə həbs qoyulmuşdur. Həmin qərardadın icrası zamanı iddiaçıya məxsus cehiz əmlak və qızıl zinət əşyalarının bir hissəsi aşkarlanmamışdır. Cavabdeh həmin cehiz əmlakı və qızıl-zinət əşyalarını almışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, Cavabdeh onu döymüş və telefonu əlindən almışdır. Cehiz əmlakı olan çayniki cavabdehin anası qonşuya aparmışdır. 585 əyarlı qızıl əşyanı gəlin köçərkən özü ilə gətirmişdir. O, cavabdehin evindən çıxıb gedən zaman özü ilə qızılları aparmamışdır. Qızıllar cavabdehinin yaşadığı evdə sandıqçada olmuşdur. O, evdən çıxıb gedən zaman qızılları aparmamışdır. Əlavə olaraq bildirdi ki, telefonu ona qayınanası almamışdır. Uşaqların məktəbində online dərslər keçirilən zaman telefona zərurət yaranmış, həmin vaxt atası ona 200 manat vermiş, yoldaşı da əlavə 100 manat üstünə qoyub Bakı şəhərindən ona telefon almışdır. Həmin telefonu ********** nömrə ilə istifadə etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, İddiaçı Cavabdeh tərəfindən döyülməsi və qızıllarla bağlı fotoşəkillər vardır. İddiaçı döyülməsi ilə bağlı cinayət işi başlanılmışdır. Bununla bağlı şahidləri də vardır. Məhkəmə iclasında iştirak edən zaman Cavabdeh nümayəndəsi X7 iddianı qəbul edərək bildirdi ki, İddiaçı ilə oğlu 12 ildir evli olublar. Həmin müddət ərzində əşyaların bir qismi elə öz əlində məhv olmuşdur. Gəlin köçərkən Aytac əşyalar gətirsə də, iki qazel əmlakı əvvəldən aparmışdır. İndi də cehiz və qızıl əmlakın tələbinə dair iddia qaldırmışdır. Halbuki iddiaçı evdən çıxıb gedən zaman qızılları özü ilə aparmışdır. Hətta evə baxış zamanı qızılların olması iddia edilən sandıqçada qızıllar aşkar edilməmişdir. Cavabdeh nümayəndəsi Ayət Quliyeva bildirdi ki, sandıqçanın açarı olmadığından sandıqça başqa alətlə açılmışdır. Sandıqça icraçının yanında açılmışdır, orada qızıllar olmamışdır. Qeyd olunan cehiz əşyalardan iddia çaynik gətirmişmişdir, sonradan özü də həmin çayniki sındırmışdır. Qəhvədan gətirsə də, sonra da o da xarab olmuşdur. 10-15 ədəd qədəh, badə və 1 ədəd qazan gətirmişdir. 1 ədəd xalça gətirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, qızıllar toyda Aytaca hədiyyə olunmuşdur. Aytac evdən hazırlıqlı getmişdir. Gedərkən sənədləri, qızılları və başqa əşyaları gətirmişdir. Əlavə olaraq bildirdi ki, Aytacın əvvəldən telefonu olmamışdır. Sonradan uşaqların məktəbi ilə bağlı telefona ehtiyacı olmuş, o şəxsi vəsaiti hesabına Aytaca telefon almışdır. Məhkəmə iclasında şahid X3 bildirdi ki, İddiaçı onun qızıdır. Aytacın istifadəsində qara rəngdə telefon olmuşdur. O, həmin telefonla Aytacla əlaqə yaratmışdır. İki gün ərzində Aytacın telefonuna zəng etmiş, sonuncu telefonu açmadığı üçün yaşadığı evə getmişdir. Gedib Aytac ağlamış vəziyyətdə olduğunu görmüş və ailədə dava-dalaş olmasını bilib qızını götürüb evinə gətirmişdir. Uşaqlar cavabdehin evində qalmışdır. Aytac onunla evdən çıxan zaman əlində bircə qara əl çantasını götürmüşdür. Evdə olanda məlum olmuşdur ki, həmin çantada Aytacın və uşaqların sənədləridir. Aytac evdən çıxanda başqa hər hansı əşya və qızıl-zinət əşyaları götürməmişdir. Aytacla cavabdeh tərəf arasında 4-5 dəfə mübahisə olmuş, hər dəfə o Aytacı götürüb evinə gətirmişdir. Hər dəfə dalaşanda Aytac özü ilə heç nə götürməsə də, bu dəfə təkcə içində sənədlər olan əl çantasını gətirmişdir. Sonradan o, gedib cavabdehin yaşadığı evdən Aytac cehiz əmlakın götürmüşdür. Məhkəmə iclasında şahid X6 bildirdi ki, iddiaçı onun baldızınn qızıdır. O, başqa iki nəfərlə Aytaca məxsus cehiz əmlakın cavabdehin evinə aparılmasında işirak etmişdir. Tərəflər 12 il əvvəl ailə qurub, bütün cehiz əmlakı xatırlamasa da, iddiaçının gətirdiyi əşyalardan qırmızı gülü qəhvədanı, şirniyyat qabını və 4-5 metr enində 2-3 metr uzunluqda olan xalçanı xatırlayır. Məhkəmə iclasında şahid X1 bildirdi ki, cavabdeh onun qonşusu, Aytac isə qonşusunun gəlini olmuşdur. O, cavabdehin anası Ayətlə oturub söhbət edən zaman səsküy eşitmişdir. Aytacla cavabdeh arasında mübahisə olmuş, Aytacın atası və anası gəlmişdir. Aytacın valideynləri mübahisə edərək, Aytacı götürüb aparmışlar. Verilən suallara cavab olaraq, şahid bildirdi ki, Aytacın gözündə döyülmə izləri görməmişdir. Aytac gedəndə əlində qara əl çantası olmuşdur. O, cavabdehin anası Ayətlə qızıllar barədə danışmamışdır. Aytacın evin içində qolbaq, sırğa taxmasını görməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, cavabdehin iddia ərizəsinə etirazını nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(027)-136/2023 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş, nikahdan doğulmuş 22 iyun 2012-ci il təvəllüdlü X10 və 18 iyun 2013-cü il təvəllüdlü X2 onun himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İstehsal-istehlak Kooperativi İdarə heyətinin sədri Rafik Sultanəhmədovun rəyinə əsasən Quba rayonu, Qaraçay kənd sakini İddiaçı təqdim etdiyi siyahıdakı ev əmlakının hal-hazırkı bazar qiymətlərinə aşağıdakı kimi qiymətləndirmişdir:
1. Dəyəri 300 manat olan telefon,
2. Dəyəri 85 manat olan 5 ədəd vaza (meyvə qabı),
3. Dəyəri 22 manat olan 2 ədəd çaynik,
4. Dəyəri 25 manat olan 1 ədəd qıhvədan,
5. Dəyəri 20 manat olan 8ədəd şirniyyat qabı,
6. Dəyəri 15 manat olan 12 ədəd rumka,
7. Dəyəri 19 manat olan 12 bakal,
8. Dəyəri 10 manat olan 4ədəd şirniyyat qabı,
9. Dəyəri 50 manat olan 1 ədəd şirə çəkən,
10. Dəyəri 30 manat olan 1dəst 5 ədədli qazan,
11. .Dəyəri 52 manat olan 1 dəst 5 dənəli 4 ədəd qazan,
12. Dəyəri 42 manat olan 24 ədədli boşqab dəsti,
13. Dəyəri 15 manat olan 6 balaca 1 böyük boşqablar,
14. Dəyəri 32 manat olan 1 ədəd çaynik, 6 ədəd fincan nəlbəki,
15. Dəyəri 9 manat olan 2 ədəd şüşə qabı,
16. Dəyəri 29 manat olan 1 ədəd gecə işığı,
17. Dəyəri 24 manat olan 1 ədəd fen,
18. Dəyəri 70 manat olan 1 ədəd paltar ütüləyən ctol,
19. Dəyəri 174 manat olan 3 ədəd süfrə.
20. Dəyəri 200 manat olan Xalça - 1 (bir) ədəd ,
21. Dəyəri 26 manat olan 6 ədəd stəkan və 12 ədəd nəlbəki,
22. Dəyəri 937 manat olan 1 ədəd 585 əyarlı çəkisi 12.5 qram olan boyunbaq və qolbaq,
23. Dəyəri 1072 manat olan 1 dəst 583 əyarlı çəkisi 16.5 qram olan komplekt,
24. Dəyəri 245 manat olan 1 ədəd 583 əyarlı çəkisi 3.2 qram olan üzük,
25. Dəyəri 20 manat olan 1 ədəd daxıl. Cəmi: 3523 manat. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması ilə bağlı mübahisə yaranmışdır. İddiaçı cavabdehlə ailə qurandan sonra apardığı cehiz əmlaklarını və ona hədiyyə olunan qızıl-zinət əşyaları tələb edir. Cavabdeh tərəf isə müəyyən əşyalarla bağlı etiraz ərizəsi təqdim etmiş, eyni zamanda qızılların iddiaçı tərəfindən aparıldığını iddia etmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən-məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə, onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə araşdırması zamanı həm də müəyyən edilmişdir ki, İddiaçı məxsus Quba rayonu, Qaraçay kəndində yerləşən cehiz əşyaları (qızıl-zinət istisna olmaqla) Quba rayon İcra və probasiya şöbəsinin aktı ilə siyahıya alınmış, üzərinə həbs qoyulmuş, qeyd edilən əşyaların cavabdeh və digər şəxslər tərəfindən istifadə edilməsinə qadağa qoyulmuşdur. Həmin əmlaklardan yalnız qızıl-zənət əşyaları aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi qızıl-zinət və cehiz əşyaları hissəsində tam təmin edilməli, məhkəmə araşdırması zamanı müəyyən edilmiş, fotoşəkillərdə əksini tapmış və müvafiq icra şöbəsinin qeyd edilən aktı ilə üzərinə həbs qoyulmuş həmin əşyalar Cavabdeh alınaraq İddiaçı verilməlidır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, İddiaçı məxsus, Quba rayonu, Qaraçay kəndində yerləşən fərdi yaşayış evində yerləşən 1 ədəd daxıl, 1 ədəd dəyəri 300 manat olan telefon, 5 ədəd dəyəri 85 manat olan vaz (meyvə qabı), 2 ədəd dəyəri 22 manat çaynik, 1 ədəd dəyəri 25 manat olan qəhvədan, 8 ədəd 20 manat dəyərində şirniyyat qabı, 12 ədə dəyəri 15 manat olan rumka, 12 ədəd dəyəri 19 manat olan bakal, 4 ədəd dəyəri 10 manat olan şirniyyat qabı, 1 ədəd dəyəri 50 manat olan şirəçəkən maşın, 1 dəst 5 ədədli dəyəri 30 manat olan 1 ədəd qazan, 1 dəst 5 dənəli dəyəri 52 manat olan 4 ədəd qazan, 1 dəst 24 ədədli dəyəri 42 manat olan boşqab naboru, 6 ədəd balaca və 1 ədəd böyük dəyəri 15 manat olan boşqablar, 1 ədəd çaynik və 6 ədəd fincan nəlbəki dəyəri 32 manat, 2 ədəd dəyəri 9 manat olan şüşə qabı, 1 ədəd dəyəri 29 manat olan gecə işığı, 1 ədəd dəyəri 24 manat olan fen, 1 ədəd dəyəri 70 manat olan paltar ütülüyən stol, 3 ədəd dəyəri 174 manat olan süfrə, 1 ədəd dəyəri 200 manat olan xalça,-6 ədəd stəkan və 12 ədəd nəlbəki 26 manat dəyərində, 1 ədəd 585 əyarlı çəkisi 12,5 qram olan 937 manat dəyərində boyunbağı və qolbaq, 1 dəst 583 əyarlı çəkisi 16,5 qram olan 1072 manat dəyərində komplekt, 1 ədəd 583 əyarlı çəkisi' 3,2 qram olan 245 manat dəyərində üzükdən (hədiyyə) ibarət əşyalarının özünün və ya onlar olmadıqda cehiz əmlakı və qızıl-zinət əşyalarının dəyəri olan cəmi 3503 manat məbləğində pulun, cehiz əmlak əşyaları tələbinə dair iddia ərizəsi üzrə banka ödədiyim 135 (yüz otuz beş) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilən əmlaklarından hər hansı biri mövcud olmadıqda, onların dəyəri Cavabdeh tutulub İddiaçı verilməlidir.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus, Quba rayonu, Qaraçay kəndində yerləşən fərdi yaşayış evində yerləşən: 1 ədəd daxıl, 1 ədəd dəyəri 300 manat olan telefon, 5 ədəd dəyəri 85 manat olan vaz (meyvə qabı), 2 ədəd dəyəri 22 manat çaynik, 1 ədəd dəyəri 25 manat olan qəhvədan, 8 ədəd 20 manat dəyərində şirniyyat qabı, 12 ədə dəyəri 15 manat olan rumka, 12 ədəd dəyəri 19 manat olan bakal, 4 ədəd dəyəri 10 manat olan şirniyyat qabı, 1 ədəd dəyəri 50 manat olan şirəçəkən maşın, 1 dəst 5 ədədli dəyəri 30 manat olan 1 ədəd qazan, 1 dəst 5 dənəli dəyəri 52 manat olan 4 ədəd qazan, 1 dəst 24 ədədli dəyəri 42 manat olan boşqab naboru, 6 ədəd balaca və 1 ədəd böyük dəyəri 15 manat olan boşqablar, 1 ədəd çaynik və 6 ədəd fincan nəlbəki dəyəri 32 manat, 2 ədəd dəyəri 9 manat olan şüşə qabı, 1 ədəd dəyəri 29 manat olan gecə işığı, 1 ədəd dəyəri 24 manat olan fen, 1 ədəd dəyəri 70 manat olan paltar ütülüyən stol, 3 ədəd dəyəri 174 manat olan süfrə, 1 ədəd dəyəri 200 manat olan xalça,-6 ədəd stəkan və 12 ədəd nəlbəki 26 manat dəyərində, 1 ədəd 585 əyarlı çəkisi 12,5 qram olan 937 manat dəyərində boyunbağı və qolbaq, 1 dəst 583 əyarlı çəkisi 16,5 qram olan 1072 manat dəyərində komplekt, 1 ədəd 583 əyarlı çəkisi' 3,2 qram olan 245 manat dəyərində üzükdən (hədiyyə) ibarət əşyalarının özünün və ya onlar olmadıqda cehiz əmlakı və qızıl-zinət əşyalarının dəyəri olan cəmi 3503 manat məbləğində pulun, cehiz əmlak əşyaları tələbinə dair iddia ərizəsi üzrə banka ödədiyim 135 (yüz otuz beş) manat pulun Cavabdeh alınaraq İddiaçı verilsin. Yuxarıda göstərilən əmlaklarından hər hansı biri mövcud olmadıqda, onların dəyəri Cavabdeh tutulub İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Vüqar Seyidov