Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1787/2021 04.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsi barədə ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 83,3 manat əsas borc və 81,11 manat cərimə borcu olmaqla, cəmi 164,41 manat, həmçinin 20,40 manat ödənilmiş dövlət rüsumunun tutularaq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizənin forması və məzmunu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 278-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 279.1 və 279.2-ci maddələrinə görə məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Bundan başqa, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, bu hal da imtina üçün əsasdır. Məhkəmə iclasında müvafiq sübutlar tədqiq edilmədən və tərəflər dindirilmədən kreditor tərəfindən irəli sürülən 83,3 manat əsas borc məbləği və 81,11 manat cərimə borcunun tutulmasına dair tələbin tam əsaslılığı məhkəmə üçün aşkar deyildir. Belə ki, kreditor tərəfindən məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmaqla təqdim edilmiş sənədlərlə onun borcluya qarşı olan tələbi aşkar olmadığı üçün həmin tələb üzrə məhkəmə əmri verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qeyd edilənlər əsasında hesab edirəm ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 276-279-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditor MMC - yə həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-1787/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1787/2021
04.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver