Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1819/2022 05.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “zərərin ödənilməsi tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1398 (min üç yüz doxsan səkkiz) manat 98 qəpik məbləğində sığorta ödənişinin, 33 (otuz üç) manat 99 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında “Daewoo Gentra minik" markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Scoda Rapid minik" markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata minik” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinə maddi zərər vurmuşdur. AR DİN Bakı Şəhər Nərimanov rayon DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışına, İXP ******* saylı inzibati xəta haqqında protokola və TP ******* saylı inzibati tənbehvermə haqqında qərarına əsasən “Daewoo Gentra minik’ markalı, ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsinə əsasən 40,00 (qırx manat) məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qeyd olunan hadisə nəticəsində “Bakı Sığorta" ASC də sığortalanmış “Scoda Rapid minik” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 4173 (dörd min bir yüz yetmiş üç) manat məbləğində müəyyən edilmiş və iddiaçı tərəfindən avtomobilin təmiri üçün “SKAZ AUTOHOUSE" MMC-nin (“Şkoda" markasının Azərbaycandakı rəsmi servisi) hesabına ödənilmişdir. Sığorta şəhadətnaməsinin şərtlərinə əsasən 200 (iki yüz) manat azadolma məbləği sığortalı tərəfindən iddiaçıya geri ödənilmişdir. Hadisə zamanı Cavabdeh tərəfindən idarə olunan “Daewoo Gentra minik” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığorrtalandığından 2574,00 (iki min beş yüz yetmiş dörd) manat sığorta ödənişi qeyd edilən sığorta şirkəti tərəfindən "xxxx" ASC-ə ödənilmiş, 2301,57 (iki min üç yüz bir) manat, 57 qəpik məbləğ isə “Hyundai Sonata minik” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsinin təmiri üçün ödənilmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı Cavabdeh 1398 (min üç yüz doxsan səkkiz) manat 98 qəpik məbləğində sığorta ödənişinin, 33 (otuz üç) manat 99 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 090/22 saylı sığorta aktına və xx.xx.2021-ci il tarixli, № AZ0001453 saylı Ödəniş tapşırığına əsasən məlum olur ki, "xxxx" ASC tərəfindən 4173,00 (dörd min yüz yetmiş üç manat) məbləğində sığorta ödənişi sığorta şəhadətnaməsi üzrə "xxxx" MMC-nin "xxxx" ASC-dəki hesabına ödənilmişdir. İş materiallarında olan “Scoda Rapid minik" markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilin ********** saylı sığorta şəhadətnaməsindən məlum olur ki, həmin nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il ixindək 29.000 (iyirmi doqquz min) manat sığorta məbləği olmaqla "avto kasko” qaydaları ilə sığortalanmışdır. Hər bir hadisə üzrə azadolma məbləği 200,00 (iki yüz manat) müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli zərərin hesablanması aktına əsasən məlum olur ki, sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Scoda Rapid minik’ markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4173,00 (dörd min yüz tmiş üç manat) məbləğində müəyyən edilmişdir. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa asən nəqliyyat vasitəsinin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini sığorta etmiş sığortaçının əmlaka dəymiş zərərlə bağlı hadisə üzrə maksimal öhdəliyi 5000 (beş min) manat məbləğindədir və ümumi zərər məbləği 5000 (beş min) manat məbləğindən artıq olduqda hər bir zərər çəkən şəxsə ödəniş zərər məbləğinə mütənnasib qaydada hesablanaraq ödənilir. Məhkəmə tərəfindən cavabdehlərə bildiriş göndərilsə də, irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 33 (otuz üç) manat 99 qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh 1398 (min üç yüz doxsan səkkiz) manat 98 qəpik məbləğdə sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 33 (otuz üç) manat 99 qəpik məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1819/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1819/2022
05.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver