Məhkəmə qərarları › İş №e-2(027)-1859/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-1859/2021

19.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-1859/2021 19.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlu, kreditor Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti,ev 120 ünvanında yerləşən Kreditor (bundan sonra MMC) borclu Quba rayonu, Zizik kəndində qeydiyyatda olan və yaşayan Borclu qarşı kredit borcunun ödənilməsi tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 11.12.2017-ci il tarixli QBK02093 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 459 (dörd yüz əlli doqquz) manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul borcluya təhvil verilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafıki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmişdir. Sonuncu kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nəticə əldə edilməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, borclu müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Borclunun kreditor qarşısında müqavilə üzrə qalıq borcu 105 (bir yüz beş) manat təşkil edir. Həmin müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi borclu öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 325,08 (üç yüz iyirmi beş manat səkkiz qəpik) manat təşkil edir. Hazırda borclulara qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edilir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 32,51 (otuz iki manat əlli bir qəpik) manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanı alıcıya verdikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 666.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qiymətini tələb edə bilər. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtında əvvəl icra edə bilər; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılr; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir; 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər; 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa, bu halda məhkəmə əmri verilə bilər. İş materiallarında olan: 11.12.2017-ci il tarixli QBK02093 saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, Kreditor MMC ilə Borclu arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və sonuncuya 12 ay müddətinə 30 (otuz) manat ilkin ödənişlə aylıq 36 (otuz altı) manat ödəniş etmək şərtilə 459 (dörd yüz əlli doqquz) manat dəyərində məişət avadanlığı satılmışdır; 11.12.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, Borclu 449 (dörd yüz qırx doqquz) manat dəyərində 1 ədəd “VESTEL VENUS V3 5580 Gold” markalı telefon və 10 (on) manat dəyərində 1 ədəd “VENUS V3 5580 temperli cam ekran koruyucu” satılmışdır; maliyyə arayışından görünür ki, Borclu 11.12.2017-ci il tarixli QBK02093 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 105 (bir yüz beş) manat əsas və 325,08 (üç yüz iyirmi beş manat səkkiz qəpik) manat hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 430,08 (dörd yüz otuz manat səkkiz qəpik) manat məbləğində borcu vardır; ərizənin əsalandırıcı hissəsindən görünür ki, Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 325,08 (üç yüz iyirmi beş manat səkkiz qəpik) manat təşkil etsə də, borcluya qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləği yalnız 10%-i tələb olunur, bu da 32,51 (otuz iki manat əlli bir qəpik) manat təşkil edir; 07.07.2021-ci il tarixli bildirişdən görünür ki, Borclu borcun ödənilməsi, əks halda məsuliyyətə cəlb edilməsi üçün barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişdir; 17.08.2021-ci il tarixli mədaxil qəbzdən görünür ki, ərizənin məhkəməyə verilməsi üçün Kreditor MMC tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdə Kreditor MMC-nin tələbi aşkar olduğu, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Eyni zamanda hesab edirəm ki, Kreditor MMC-nin məhkəməyə ərizə verərkən ödədiyi dövlət rüsumu 20 (iyirmi) manat məbləğində pul vəsaiti də borcludan tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Borclu, xx.xx.1995-ci il tarixdə Quba rayonunun Zizik kəndində doğulmuş, Quba rayonu, Zizik kəndində qeydiyyatda olan və yaşayan Borclu (AZE********) 11.12.2017-ci il tarixli QBK02093 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 105 (bir yüz beş) manat əsas və 32,51 (otuz iki manat əlli bir qəpik) manat hesablanmış cərimə borcunun, kreditor tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq Kreditor MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar