Məhkəmə qərarları › İş №e-2(027)-1950/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-1950/2021

02.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-1950/2021 02.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, Kreditor MMC-nin Borclu qarşı borcun qaytarılması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, 21.09.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 17.07.2021-ci il tarixinə yaranmış 346 manat əsas, 103 manat cərimə, cəmi 449 manat, 21.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 314 manat əsas, 94 manat cərimə, cəmi 408 manat, ümumilikdə hər iki müqavilə üzrə 857 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Borclu tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor MMC ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Borclu arasında bağlanmış 21.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Xiaomi Redmi 9” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 32 manat olmaqla cəmi 378 manat, 21.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "Honor 8A” markalı mobil telefona görə 18 ay ərzində ödəniş cədvəli üzrə hər ay 23 manat olmaqla cəmi 398 manat, ümumilikdə hər iki müqavilə üzrə 776 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 21.09.2020-ci il tarixli müqavilə üzrə 20.10.2020-ci il tarixində 32 manat, 21.06.2020-ci il tarixli müqavilə üzrə 22.10.2020-ci il tarixində 23 manat ödəniş etmiş və qalıq qalmış hər iki müqavilə üzrə 660 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alğı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da 03.05.2021-ci il tarixdən 17.07.2021-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği hər iki müqavilə üzrə 197 manat təşkil edir. Beləliklə, Borclu 17.07.2021-ci il tarixə “İRŞAD-ELECTRONİCS» MMC-nə olan borcu 21.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 346 manat əsas, 103 manat cərimə, cəmi 449 manat, 21.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən, 314 manat əsas, 94 manat cərimə, cəmi 408 manat təşkil etmişdir. Odur ki, 21.09.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 17.07.2021-ci il tarixinə yaranmış 346 manat əsas, 103 manat cərimə, cəmi 449 manat, 21.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 314 manat əsas, 94 manat cərimə, cəmi 408 manat, ümumilikdə hər iki müqavilə üzrə 857 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Borclu tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 250.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Məhkəmə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Kreditor MMC ilə Borclu arasında bağlanmış 21.09.2020-ci il tarixli ********* saylı Nisyə alğı-satqı müqaviləsindən görünür ki, sonuncu aldığı “Xiaomi Redmi 9” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 32 manat olmaqla cəmi 378 manat ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə olunmuş Kreditor MMC ilə Borclu arasında bağlanmış 21.06.2020-ci il tarixli ********* saylı Nisyə alğı-satqı müqaviləsindən görünür ki, sonuncu aldığı "Honor 8A” markalı mobil telefona görə 18 ay ərzində ödəniş cədvəli üzrə hər ay 23 manat olmaqla cəmi 398 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Borclu ilə Kreditor MMC arasında 21.09.2020-ci il tarixli ********* saylı müqavilə üzrə Borclu 17.07.2021-ci il tarixinə yaranmış 346 manat əsas, 103 manat cərimə, cəmi 449, 21.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 314 manat əsas, 94 manat cərimə, cəmi 408 manat, ümumilikdə hər iki müqavilə üzrə 857 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 250, 276, 280 və 281, 282,284-cü maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdim: xx.xx.1996-cı il tarixində Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olan Borclu bağlanmış 21.09.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 17.07.2021-ci il tarixinə yaranmış 346 manat əsas, 103 manat cərimə, cəmi 449 manat, 21.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 314 manat əsas, 94 manat cərimə, cəmi 408 manat, ümumilikdə hər iki müqavilə üzrə 857 manat borc, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq Kreditor MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar