Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-1963/2021 02.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlu, kreditor ünvan 1 ünvanında yerləşən Kreditor (bundan sonra MMC) borclu Quba rayonu, Atuc kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1996-cı il təvəllüdlü Borclu qarşı kredit borcunun ödənilməsi tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 02.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "İphone 11" markalı mobil telefona görə 18 ay ərzində ödəniş cədvəli üzrə hər ay 128 (bir yüz iyirmi səkkiz) manat olmaqla cəmi 2218 (iki min iki yüz on səkkiz) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 24.09.2020-ci il tarixdə 124 (bir yüz iyirmi dörd) manat ödəniş etmiş və qalıq qalmış 1970 (bir min doqquz yüz yetmiş) manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən yayınmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da 03.05.2021-ci il tarixdən 17.07.2021-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1% hesablanmış cərimə məbləği 591 (beş yüz doxsan bir) manat təşkil edir. Beləliklə, Borclu 17.07.2021-ci il tarixə Kreditor MMC-nə olan borcu 1970 (bir min doqquz yüz yetmiş) manat manat əsas, 591 (beş yüz doxsan bir) manat cərimə olmaqla, cəmi 2561 (iki min beş yüz altmış bir) manat təşkil edir. Sadalananlara əsasən, kredidor 02.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 1970 (bir min doqquz yüz yetmiş) manat əsas, 591 (beş yüz doxsan bir) manat cərimə olmaqla, cəmi 2561 (iki min beş yüz altmış bir) manat borcun və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun Borclu tutularaq Kreditor MMC-yə ödənilməsi barədə barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanı alıcıya verdikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 666.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qiymətini tələb edə bilər. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtında əvvəl icra edə bilər; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılr; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir; 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər; 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa, bu halda məhkəmə əmri verilə bilər. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 09.07.2021-ci il tarixli arayışından görünür ki, Borclu Quba rayonu, Atuc kəndində qeydiyyatdadır; 02.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavələrdən görünür ki, Kreditor MMC tərəfindən Borclu 18 ay müddətinə hər ay 128 (bir yüz iyirmi səkkiz) manat ödəmək şərti ilə ümumi dəyəri 2218,89 (iki min iki yüz on səkkiz manat səksən doqquz qəpik) manat olan “İphone 11” markalı mobil telefon satılmışdır; 17.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu 02.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləyə dair qrafik üzrə sonuncu dəfə 24.09.2020-ci il tarixdə 124 (bir yüz iyirmi dörd) manat ödəniş etmiş, bundan sonra ödəniş etmədiyi üçün 1970 (bir min doqquz yüz yetmiş) manat əsas və 591 (beş yüz doxsan bir) manat cərimə borcu hesablanmışdır; xəbərdarlıqdan görünür ki, Borclu borcun ödənilməsi, əks halda məsuliyyətə cəlb edilməsi üçün barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişdir; 31.08.2021-ci il tarixli mədaxil qəbzdən görünür ki, ərizənin məhkəməyə verilməsi üçün Kreditor MMC tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdə Kreditor MMC-nin tələbi aşkar olduğu, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Eyni zamanda hesab edirəm ki, Kreditor MMC-nin məhkəməyə ərizə verərkən ödədiyi dövlət rüsumu 20 (iyirmi) manat məbləğində pul vəsaiti də borcludan tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Borclu, xx.xx.1996-cı il tarixdə Quba rayonu, Aşağı-Atuc kəndində doğulmuş, Quba rayonu, Atuc kəndində qeydiyyatda olan və yaşayan Borclu (tel: ***-***-**-**) 02.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1970 (bir min doqquz yüz yetmiş) manat əsas, 591 (beş yüz doxsan bir) manat cərimə olmaqla, cəmi 2561 (iki min beş yüz altmış bir) manat borc və kreditor tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq Kreditor MMC-nin hesabına tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1963/2021
Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-1963/2021
02.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver