Məhkəmə qərarları › İş №e-2(027)-1995/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-1995/2021

06.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-1995/2021 06.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, KreditorMMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: KreditorMMC ərizə ilə məhkəməyə müraciət edərək, 17.07.2021-ci il tarixinə yaranmış 09.08.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 157 (bir yüz əlli yeddi) manat əsas, 47 (qırx yeddi) manat cərimə, cəmi 204 (iki yüz dörd) manat, 09.08.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 510 (beş yüz on) manat əsas, 153 (bir yüz əlli üç) manat cərimə, cəmi 663 (altı yüz altımış üç) manat, ümumilikdə 867 (səkkiz yüz altımış yeddi) manat məbləğində borcun və 20 (iyirmi) manat dövlət rüsumunun Borclu alınaraq Kreditor MMC -nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. KreditorMMC ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 09.08.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi əsasən, sonuncu, aldığı “Bauses” markalı qulaqlığa və "Samsung" markalı yaddaş kartına görə 8 ay ərzində ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla cəmi 177,60 manat, 09.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-saıqı müqaviləsinə əsasən, sonuncu, aldığı "Samsung A20T” markalı mobil telefona görə 18 ay ərzində ödəniş cədvəli üzrə hər ay 32 manat olmaqla, cəmi 574 manat, ümumilikdə hər iki müqvailə üzrə 751 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu müqavilələrin şərtlərini pozaraq sonuncu dəfə 09.02.2021-ci il tarixində 42 manat ödəniş etmiş və qalıq qalmış hər iki müqavilə üzrə 667 borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu ödənişi yerinə yetirməmişdir. Göstərilənlərə əsasən 17.07.2021-ci il tarixinə yaranmış 09.08.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 157 (bir yüz əlli yeddi) manat əsas, 47 (qırx yeddi) manat cərimə, cəmi 204 (iki yüz dörd) manat, 09.08.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 510 (beş yüz on) manat əsas, 153 (bir yüz əlli üç) manat cərimə, cəmi 663 (altı yüz altımış üç) manat, ümumilikdə 867 (səkkiz yüz altımış yeddi) manat məbləğində borcun və 20 (iyirmi) manat dövlət rüsumunun Borclu alınaraq Kreditor MMC -nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş 09.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Borclu sonuncu aldığı “Bauses” markalı qulaqlığa və "Samsung" markalı yaddaş kartına görə 8 ay ərzində ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla, cəmi 177,60 manat ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə olunmuş 09.08.2020-ci il tarixli ********* saylı saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Borclu sonuncu aldığı "Samsung A20T” markalı mobil telefona görə 18 ay ərzində ödəniş cədvəli üzrə hər ay 32 manat olmaqla, cəmi 574 manat ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə olunmuş 17.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 09.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Borclu KreditorMMC-yə 157 (bir yüz əlli yeddi) manat əsas, 47 (qırx yeddi) manat cərimə, cəmi 204 (iki yüz dörd) manat məbləğində ödənilməmiş borcu vardır. Ərizəyə əlavə olunmuş 17.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 09.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Borclu KreditorMMC-yə 510 (beş yüz on) manat əsas, 153 (bir yüz əlli üç) manat cərimə, cəmi 663 (altı yüz altımış üç) manat məbləğində ödənilməmiş borcu vardır. Ərizəyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Kreditor MMC“ ilə Borclu arasında bağlanmış 09.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə “Bauses” markalı qulaqlığa və "Samsung" markalı mobil telefona görə 8 ay müddətinə cəmi 177manat ödəməklə, aylar üzrə ödəniş məbləği müəyyən edilib. Ərizəyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Kreditor MMC“ ilə Borclu arasında bağlanmış 09.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə "Samsung A20T” markalı mobil telefona görə 18 ay müddətinə cəmi 574.50 manat ödəməklə, aylar üzrə ödəniş məbləği müəyyən edilib. İş materiallarında olan 01.09.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Kreditor MMC tərəfindən 20 (iyirmi) manat rüsum ödənilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu Quba rayonu, Rustov kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. Quba rayonu, Rustov kəndində qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü Borclu 17.07.2021-ci il tarixinə yaranmış 09.08.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 157 (bir yüz əlli yeddi) manat əsas borc, 47 (qırx yeddi) manat cərimə borcu, cəmi 204 (iki yüz dörd) manat borc və 09.08.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 510 (beş yüz on) manat əsas borc, 153 (bir yüz əlli üç) manat cərimə borcu, cəmi 663 (altı yüz altımış üç) manat borc, ümumilikdə 867 (səkkiz yüz altımış yeddi) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə pul vəsaiti alınıb KreditorMMCnin xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar