Məhkəmə qərarları › İş №e-2(027)-1999/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-1999/2021

06.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-1999/2021 06.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, KreditorMMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: KreditorMMC ərizə ilə məhkəməyə müraciət edərək, 17.07.2021-ci il tarixinə yaranmış 21.06.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 384 (üç yüz səksən dörd) manat əsas, 115 (bir yüz on beş) manat cərimə, cəmi 499 (dörd yüz doxsan doqquz) manat, 20.10.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 769 (yeddi yüz altımış doqquz) manat əsas, 230 (iki yüz oyuz) manat cərimə, cəmi 999 (doqquz yüz doxsan doqquz) manat, ümumilikdə 1498 (bir min dörd yüz doxsan səkkiz) manat məbləğində borcun, 20 (iyirmi) manat dövlət rüsumunun Borclu alınaraq KreditorMMC -nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. KreditorMMC ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 21.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Xiaomi Redmi 9 ” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla, cəmi 499 manat, 20.10.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu, aldığı “LG ” markalı televizora görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 65 manat olmaqla, cəmi 769 manat məbləğdə vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 21.06.2020-ci il tarixli müqavilə üzrə 41 manat ödəniş etmiş və 20.10.2020-ci il tarixli müqavilə üzrə isə heç bir ödəniş etməmiş, hər iki müqavilə üzrə qalıq qalmış 1153 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu ödənişi yerinə yetirməmişdir. Göstərilənlərə əsasən 17.07.2021-ci il tarixinə yaranmış 21.06.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 384 (üç yüz səksən dörd) manat əsas, 115 (bir yüz on beş) manat cərimə, cəmi 499 (dörd yüz doxsan doqquz) manat, 20.10.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 769 (yeddi yüz altımış doqquz) manat əsas, 230 (iki yüz oyuz) manat cərimə, cəmi 999 (doqquz yüz doxsan doqquz) manat, ümumilikdə 1498 (bir min dörd yüz doxsan səkkiz) manat məbləğində borcun, 20 (iyirmi) manat dövlət rüsumunun Borclu alınaraq KreditorMMC -nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş 21.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Borclu sonuncu, aldığı “Xiaomi Redmi 9 ” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla, cəmi 499 manat ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə olunmuş 20.10.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu, Borclu aldığı “LG ” markalı televizora görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 65 manat olmaqla, cəmi 769 manat məbləğdə vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə olunmuş 17.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 21.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Borclu KreditorMMC-yə 384 (üç yüz səksən dörd) manat əsas, 115 (bir yüz on beş) manat cərimə, cəmi 499 (dörd yüz doxsan doqquz) manat məbləğində ödənilməmiş borcu vardır. Ərizəyə əlavə olunmuş 17.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 20.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Borclu KreditorMMC-yə 769 (yeddi yüz altımış doqquz) manat əsas, 230 (iki yüz oyuz) manat cərimə, cəmi 999 (doqquz yüz doxsan doqquz) manat məbləğində ödənilməmiş borcu vardır. Ərizəyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Kreditor MMC“ ilə X1 arasında bağlanmış 21.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə “Xiaomi Redmi 9 ” markalı mobil telefona görə 12 ay müddətinə cəmi 499 manat ödəməklə, aylar üzrə ödəniş məbləği müəyyən edilib. Ərizəyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Kreditor MMC“ ilə X1 arasında bağlanmış, 20.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə “LG ” markalı televizora görə 12 ay müddətinə cəmi 769 manat ödəməklə, aylar üzrə ödəniş məbləği müəyyən edilib.. İş materiallarında olan 31.08.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Kreditor MMC tərəfindən 20 (iyirmi) manat rüsum ödənilmişdir. İş materiallarında olan MAPS arayışdan görünür ki, Borclu Quba rayonu İİ Nügədi kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. Quba rayonu İİ Nügədi kəndində qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüglü Borclu 17.07.2021-ci il tarixinə yaranmış 21.06.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 384 (üç yüz səksən dörd) manat əsas borc, 115 (bir yüz on beş) manat cərimə borcu, cəmi 499 (dörd yüz doxsan doqquz) manat borc və 20.10.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 769 (yeddi yüz altımış doqquz) manat əsas borc, 230 (iki yüz oyuz) manat cərimə borcu, cəmi 999 (doqquz yüz doxsan doqquz) manat məbləğdə borc, ümumilikdə 1498 (bir min dörd yüz doxsan səkkiz) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə pul vəsaiti alınıb Kreditor MMC-nin xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar