Məhkəmə qərarları › İş №e-2(027)-2002/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-2002/2021

06.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-2002/2021 06.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlu, kreditor Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti,ev 120 ünvanında yerləşən Kreditor (bundan sonra MMC) borclu Quba şəhəri, G.Əsədov küçəsi, ev 76 qeydiyyatda olan və yaşayan Borclu qarşı kredit borcunun ödənilməsi tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 07.10.2017-ci il tarixli QBKO1939 və QBKO1940 saylı nisyə alqı-satqı müqavilələrinə (“müqavilər”) əsasən, borcluya 2526,70 (iki min beş yüz iyirmi altı manat yetmiş qəpik) və 2183,85 (iki min yüz səksən üç manat səksən beş qəpik) manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmış və məhsul borcluya təhvil verilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafıki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmişdir. Sonuncu kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nəticə əldə edilməmişdir. Müqavilənin tələbinə əsasən, borclu müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Borclunun kreditor qarşısında nüqavilər üzrə qalıq borcu 464,70 (dörd yüz atmış dörd manat yetmiş qəpik) və 221,85 (iki yüz iyirmi bir manat səksən beş qəpik) manat təşkil edir. Müqavilənin tələbinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə) pulu ödəməyi borclu öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilər üzrə cərimə borcu 1742,63 (bir min yeddi yüz qırx iki manat altmış üç qəpik) və 811,31 (səkkiz yüz on bir manat otuz bir qəpik) manat təşkil edir. Hazırda borclulara qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edilir. Həmin məbləğin 10% isə 174,26 (bir yüz yetmiş dörd manat iyirmi altı qəpik) və 81,13 (səksən bi manat on üç qəpik) manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanı alıcıya verdikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 666.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qiymətini tələb edə bilər. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtında əvvəl icra edə bilər; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılr; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir; 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər; 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa, bu halda məhkəmə əmri verilə bilər. İş materiallarında olan: 07.10.2017-ci il tarixli QBKO1939 saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, Kreditor MMC ilə Borclu arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və sonuncuya 6 ay müddətinə 230 (iki yüz otuz) manat ilkin ödənişlə aylıq 383 (üç yüz səksən üç) manat ödəniş etmək şərtilə 2526,70 (iki min beş yüz iyirmi altı manat yetmiş qəpik) manat dəyərində məişət avadanlıqları satılmışdır; 07.10.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, Borclu 438,9 (dörd yüz otuz səkkiz manat doxsan qəpik) manat dəyərində 1 ədəd “Samsung” markalı mikrodalğalı soba, 944,9 (doqquz yüz qırx dörd manat doxsan qəpik) manat dəyərində 1 ədəd “Samsung” markalı duxovka, 1142,9 (bir min bir yüz qırx iki manat doxsan qəpik) manat dəyərində 1 ədəd “Samsung” paltaryuyan təhvil verilmişdir; 07.10.2017-ci il tarixli QBKO1940 saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, Kreditor MMC ilə Borclu arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və sonuncuya 6 ay müddətinə 370 (üç yüz yetmiş) manat ilkin ödənişlə aylıq 302 (üç yüz iki) manat ödəniş etmək şərtilə 2183,85 (iki min yüz səksən üç manat səksən beş qəpik) manat dəyərində məişət avadanlığı satılmışdır; 07.10.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, Borclu 2183,85 (iki min yüz səksən üç manat səksən beş qəpik) manat dəyərində 1 ədəd “Samsung” markalı televizoru təhvil verilmişdir; 08.08.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Borclu 07.10.2017-ci il tarixli QBKO1939 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 464,7 (dörd yüz altmış dörd manat yetmiş qəpik) manat əsas və 1742,63 (bir min yeddi yüz qırx iki manat altmış üç qəpik) manat hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 2207,33 (iki min iki yüz yeddi manat otuz üç qəpik) manat məbləğində borcu, 07.10.2017-ci il tarixli QBKO1940 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 221,85 (iki yüz iyirmi bir manat səksən beş qəpik) manat əsas və 811,31 (səkkiz yüz on bir manat otuz bir qəpik) manat hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 1033,16 (bir min otuz üç manat on altı qəpik) manat məbləğində borcu vardır; ərizənin əsalandırıcı hissəsindən görünür ki, Borclu kreditor qarşısında 07.10.2017ci il tarixli QBKO1939 saylı nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcu 1742,63 (bir min yeddi yüz qırx iki manat altmış üç qəpik) manat, 07.10.2017-ci il tarixli QBKO1940 saylı nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcu 811,31 (səkkiz yüz on bir manat otuz bir qəpik) manat təşkil etsə də, borcluya qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləği yalnız 10%-i tələb olunur, bu da 07.10.2017-ci il tarixli QBKO1939 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 174,26 (bir yüz yetmiş dörd manat iyirmi altı qəpik) manat və 07.10.2017-ci il tarixli QBKO1940 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 81,13 (səksən bi manat on üç qəpik) manat təşkil edir; 10.08.2021-ci il tarixli bildirişdən görünür ki, Borclu borcun ödənilməsi, əks halda məsuliyyətə cəlb edilməsi üçün barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişdir; 17.08.2021-ci il tarixli mədaxil qəbzdən görünür ki, ərizənin məhkəməyə verilməsi üçün "xxxx" MMC tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir; Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışlardan görünür ki, 27.11.2013-cü il tarixli tarixdə qeydiyyata alınmış Kreditor MMC-nin və 30.12.1993-cü il tarixdə qeydiyyata alınmış "xxxx" MMC-nin qanuni təmsilçisi X1r. Ərizəyə əlavə olunmuş sənədlərdə Kreditor MMC-nin tələbi aşkar olduğu, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Eyni zamanda hesab edirəm ki, kreditor tərəfindən məhkəməyə ərizə verilərkən ödəlinən dövlət rüsumu 20 (iyirmi) manat məbləğində pul vəsaiti də borcludan tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Borclu, xx.xx.1979-cu il tarixdə Ağsu şəhərində doğulmuş, Quba şəhəri, G.Əsədov küçəsi, ev 76 qeydiyyatda olan və yaşayan Borclu (AZE********) 07.10.2017-ci il tarixli QBKO1939 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 464,7 (dörd yüz altmış dörd manat yetmiş qəpik) manat əsas və 174,26 (bir yüz yetmiş dörd manat iyirmi altı qəpik) manat cərimə borcu, 07.10.2017-ci il tarixli QBKO1940 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 221,85 (iki yüz iyirmi bir manat səksən beş qəpik) manat əsas və 81,13 (səksən bi manat on üç qəpik) manat cərimə borcu, kreditor tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq Kreditor MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar