Məhkəmə qərarları › İş №e-2(027)-2064/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2064/2021

17.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2064/2021 17.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, kreditor Bakı şəhəri, Nəsimi rayonu, Azadlığ prospekti, ev 120 ünvanında qeydiyyata alınmış Kreditor MMC-nin xx.xx.1980-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdim: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 12.05.2018-ci il tarixli QBK02588 saylı nisyə alqı- satqı müqaviləsinə əsasən borcluya ilkin ödəniş məbləği daxil olmaqla, 999 (doqquz yüz doxsan doqquz) manat dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul borcluya təhvil verilmişdir. Kreditin qaytarılması üçün qrafik tərtib edilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, borcun qaytarılması barədə öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Borcluya dəfələrlə xəbərdarlığ edilməsinə baxmayaraq borcun ödənilməsi üçün tərəfindən heç bir təşəbbüs göstərilməmişdir. Nəticədə Borclu kreditor qarşısında 500.30 manat məbləğində əsas, 145.89 manat cərimə məbləği olmaqla, cəmi 646.19 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən, Kreditor MMC ərizəyə əmr icraatı qaydasında baxıb Borclu 500.30 manat məbləğində əsas borcun, 145.89 manat cərimə borcu olmaqla cəmi 646.19 manat məbləğində borcunun və 20 manat dövlət rüsumunun, Borclu tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə riayət edilmədən verildiyindən məhkəmə əmirinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında 12.05.2018-ci il tarixli QBK02588 saylı nisyə alqı- satqı müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə borcluya ilkin ödəniş məbləği daxil olmaqla, 999 (doqquz yüz doxsan doqquz) manat dəyərində məişət məhsulu nisyə satılmışdır. Müqaviləyə əlavə olaraq tərtib olunmuş ödəniş cədvəli üzrə 12 ay müddətinə hər ay 83 manat məbləğində kreditin ödənilməsi müəyyən edilmişdir. Kreditor işə əmr icraatı qaydasında baxılmasını və borcludan müqavilə üzrə yaranmış 500.30 manat məbləğində əsas borcun, 145.89 manat cərimə borcu olmaqla, cəmi 646.19 manat məbləğində borcunun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Borcun tutulması ilə bağlı iş materialları məhkəməyə elektron qaydada daxil olmuş, lakin iş materiallarına dövlət rüsumunu təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 279.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Eyni Məcəllənin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlər əsasən hesab edirəm ki, iş materiallarında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd olmadığından, ərizənin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153, 276-277, 279-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Kreditor MMC ilə Borclu qarşı “kredit borcunun ödənilməsi” tələbi üzrə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qəbul olunmasından imtina olunması, yenidən iddia qaldırmağa mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar