Məhkəmə qərarları › İş №e-2(027)-2140/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-2140/2021

01.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-2140/2021 01.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi ilə Kreditor MMC-nin Borclu qarşı borcun qaytarılması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 1862 manat məbləğində əsas borc, 190 manat məbləğində cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2072 manat məbləğində pulun tutularaq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor MMC ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış R0006843 nömrəli 19.11.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə 2182 manat dəyərində olan iPhone 11 markalı əşyanı satmışdır. Borclu aldığı əşyaya görə 320 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 1862 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissəhissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, 03.09.2021-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin borclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Borclu müqavilə üzrə öhdəliklərini yrinə yetirmədiyindən tələbkar Kreditor MMC tərəfindən ona 20.08.2021ci il tarixə 339 manat məbləğində cərimə hesablanmışdır. Lakin kreditor borcluya güzəşt edilmiş və yekun cərimə məbləği 190 manat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 250.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Kreditor MMC ilə Borclu arasında bağlanmış 19 noyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, alıcı Borclu hissə-hissə ödəniş şərti ilə satıcı Kreditor MMC-dən ümumi nisyə dəyəri 2182 (iki min yüz səksən iki) manat olan iPhone 11 markalı mobil telefon almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Borclu ilə Kreditor MMC arasında 19 noyabr 2020-ci il tarixində bağlanmış R0006843 saylı müqavilə üzrə Borclu ödənilməmiş 1862 manat məbləğində əsas borc, 190 manat məbləğində cərimə borcu olmaqla, 2072 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 250, 276, 280 və 281, 282,284-cü maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdim: xx.xx.1980-cı il tarixində Quba rayonunun İİ Nügədi kəndində anadan olmuş, Quba rayonunun İİ Nügədi kəndində qeydiyyatda olan Borclu 1862 manat məbləğində əsas borc, 190 manat məbləğində cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2072 manat məbləğində pul vəsaiti alınaraq Kreditor MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar