Məhkəmə qərarları › İş №e-2(027)-2184/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-2184/2021

30.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-2184/2021 30.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, KreditorMMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: KreditorMMC ərizə ilə məhkəməyə müraciət edərək, 15.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 17.09.2021-ci il tarixinə yaranmış 273 (iki yüz yetmiş üç) manat 30 qəpik əsas, 71 (yetmiş bir) manat cərimə, cəmi 344 (üç yüz qırx dörd) manat 30 qəpik məbləğində borcun, 20 (iyirmi) manat dövlət rüsumunun Borclu alınaraq KreditorMMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. KreditorMMC ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 15.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung A105” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 29 manat olmaqla, cəmi 343.85 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 26.12.2020-ci il tarixində 24.5 manat ödəniş etmiş və qalıq qalmış 273.3 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır, üərinə düşən öhdəliyi yerinə yetirmir. Göstərilənlərə əsasən 15.09.2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 17.09.2021-ci il tarixinə yaranmış 273 (iki yüz yetmiş üç) manat 30 qəpik əsas, 71 (yetmiş bir) manat cərimə, cəmi 344 (üç yüz qırx dörd) manat 30 qəpik məbləğində borcun, 20 (iyirmi) manat dövlət rüsumunun Borclu alınaraq KreditorMMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş, 15.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung A105” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 29 manat olmaqla, cəmi 343.85 manat ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə olunmuş 17.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 15.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Borclu KreditorMMC-yə 273 (iki yüz yetmiş üç) manat 30 qəpik əsas, 71 (yetmiş bir) manat cərimə, cəmi 344 (üç yüz qırx dörd) manat 30 qəpik məbləğində ödənilməmiş borcu vardır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Kreditor MMC“ ilə Borclu arasında bağlanmış 15.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə “Samsung A105” markalı telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 29 manat olmaqla, cəmi 273.3 manat ödəməklə, aylar üzrə ödəniş məbləği müəyyən edilib. İş materiallarında olan 27.09.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Kreditor MMC tərəfindən 20 (iyirmi) manat rüsum ödənilmişdir. İş materiallarında olan MAPS arayışdan görünür ki, Borclu Quba rayonu Hacıağalar kəndində anadan olmuş, Quba rayonu Rustov kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. xx.xx.1995-ci il Quba rayonu Hacıağalar kəndində anadan olmuş, Quba rayonu Rustov kəndində qeydiyyatda olan Borclu 15.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 17.09.2021-ci il tarixinə yaranmış 273 (iki yüz yetmiş üç) manat 30 qəpik əsas borc, 71 (yetmiş bir) manat cərimə borcu, cəmi 344 (üç yüz qırx dörd) manat 30 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə pul vəsaiti alınıb KreditorMMCnin xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar