Məhkəmə qərarları › İş №e-2(027)-2329/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-2329/2021

29.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-2329/2021 29.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Kreditor "xxxx" MMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: "xxxx"MMC ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü ildə Quba rayonu Rustov kəndində doğulmuş və Quba rayonu Rustov kəndində qeydiyyatda olan Borclu 201 (iki yüz bir) manat məbləğində borcun, 50 (əlli) manat cərimə və 20(iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 271 (iki yüz yetmiş bir) manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMCnin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC- nin direktoru X1 ilə Borclu arasında 07 avqust 2018-ci il tarixdə hissə-hissə ödəmək şərtilə 01-AGT000027185 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Borclu "Vorld Telekom" mağazasından umumi nisyə dəyəri 1228 (bir min iki yüz iyirmi səkkiz) manat olan Samsung J600 32 DS Black (İMEİ **********01917 və Samsung J600 32 DS Black (İMEİ **********67062) markalı mobil telefonlarını almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Borclu 07.09.2018-ci il tarixdən başlayaraq hər ayın 07-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 103 (bir yüz üç) manat odəniş etməli olduğu halda,aylıq ödənişləri etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 201 (iki yüz bir) manatı mağazaya ödəməmişdır. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ıiə baglı meydana çıxan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələriə Borclu borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, borclu tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalaraq, xx.xx.1974-cü ildə Quba rayonu Rustov kəndində doğulmuş və Quba rayonu Rustov kəndində qeydiyyatda olan Borclu 201 (iki yüz bir) manat məbləğində borcun, 50 (əlli) manat cərimə və 20(iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 271 (iki yüz yetmiş bir) manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, "xxxx" MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş 07 avqust 2018-ci il tarixli 01-AGT000027185 saylı əşyanın nisyə alqı-satqı müqaviləsinə əsasən Borclu "xxxx" MMC-dən umumi nisyə dəyəri 1228 (bir min iki yüz iyirmi səkkiz) manat olan Samsung J600 32 DS Black (İMEİ **********01917) və Samsung J600 32 DS Black (İMEİ **********67062) markalı mobil telefonlarını almışdır. İş materiallarında olan 20.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 07 avqust 2018ci il tarixli 01-AGT000027185 saylı əşyanın nisyə alqı-satqı müqaviləsinə əsasən Borclu "xxxx" MMC-yə 251 manat məbləğdə ödənilməmiş borcu qalıb. İş materiallarında olan 29.09.2021-ci il tarixli **********92 nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 20 (iyirmi) manat rüsum ödənilmişdir. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və MAPS arayışdan görünür ki, Borclu Quba rayonu Rustov kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. Quba rayonu Rustov kəndində doğulmuş və Quba rayonu Rustov kəndində qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü Borclu 201 (iki yüz bir) manat məbləğində borcun, 50 (əlli) manat cərimə və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 271 (iki yüz yetmiş bir) manat məbləğində pul vəsaiti alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar