Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2346/2025 06.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə , İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İ. İşin mahiyyəti: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Quba rayonu, Qımıl kəndində cavabdehin adına qeydiyyata alınmış 0,12 ha həyətyanı torpaq sahəsinin üzərində iddiaçının ½ payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2010-cu ildə Azərbaycan Respublikası Quba rayon qeydiyyat şöbəsində AZ-İ 601019 №li qeydi ilə rəsmiləşən nikahla Cavabdeh ilə ailə qurmuşdur. Sonradan aralarında olan münasibətlər kəskinləşdiyi üçün nikahın pozulması, uşaqqların ananaın himayəsindəı qalması, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmışdır. Mülki işi məhkəmədə olan zaman iddia həcminin artırılması barədə ərizə verilərək birgə nikah dövründə əldə edilmiş əmlakların üzərindəı pay hüququnun tanınması barədə ərizə verilmişdir. Bakı şəhər Xətai Raton Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5612/2024 tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-454/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən isə əmlak tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, Cavabdeh adına hal-hazırda Quba rayonu, Qımıl kəndində 0,12 ha həyətyanı, ümumibirgə ********** qeydiyyaqt nömrəli 0,9839 ha, ********** qeydiyyat nömrəli 1,8278 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələri qeydiyyata alınmışdır. İddiaçı ilə nikaha xx.xx.2010-cu ildə girmişlər. Cavabdehinn adına qeydiyyata alınmış Quba rayon Qımıl kəndində yerləşən 0,12 ha həyətyanı sahə 2017-ci ildə iddiaçı ilə cavabdehin birgə nikah dövründə alınmışdır. Həmin torpaq sahəsi iddiaçının atası tərəfindən onlara alınsa da cavabdeh adına rəsmiləşdirmişdir. Həmin torpaq sahəsi birgə nikah dövründə ələd edildiyi üçün hesab edi rki, iddiaçının həmin torpaqda ½ pay hüququ məhkəmə qaydasındasn müəyyən edilməldir. İİ. Tərəflərin mövqeləri: İş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, məhkəmənin baxış iclasını iştirakı olmadan keçirilməsini, ərizədə qeyd olunanların çıxış kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İİİ. İşin faktiki halları: Mülki işin materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 5612/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Quba rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 384 nömrə ilə qeydə alınmış nikah pozulmuşldur. Mülki işin materiallarında olan AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Quba rayonu, Qımıl kəndində yerləşən 0,12 ha torpaq sahəsini Quba rayonu, Küpçal bələdiyyəsindən 2400 manata almışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********09 olan, ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli Çıxarışdan görünür ki, Quba rayon Qımıl kəndində yerləşən 0,12 ha torpaq sahəsi tam Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə aşağıda göstərilən qanun normalarına istinad edərək, hesab edir ki, iddia predmetini təşkil edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş, reyestr nömrəsi **********09 olan, ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli Çıxarışla Cavabdeh adına dövlət qeydiyyatına alınmış Quba rayonu, Qımıl kəndində yerləşən 0,12 ha torpaq sahəsi iddiaçı və cavabdehin birgə nikahı dövründə alındığı, həmin torpaq sahəsinə iddiaçı və cavabdehin sahiblik və istifadə hüquqları yarandığı üçün onların ümumi birgə mülkiyyətini təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan Hüquqları Haqqında Ümumi Bəyənnamənin 17-ci maddəsində, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüqüqu kimi müəyyənləşdirmişdir. İddia predmetini təşkil edən Quba rayonu,Qımıl kəndində yerləşən 0,12 ha torpaq sahəsinin alqı-satqısı iddiaçı və cavabdehin birgə nikahı dövründə baş vermişdir. Ona görə də cavabdehlə bərabər iddiaçının da həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqları yaranmışdır. İşin bu hallarına yuxarıda istinad olunan qanun normalarına əsasən hüquqi qiymət verən məhkəmə hesab edir ki, həmin torpaq sahəsi iddiaçı və cavabdehin birgə nikahı dövründə əldə edildiyi üçün, onların ümumi birgə mülkiyyətindədir və tərəflərin həmin torpaq sahəsinə payları bərabər sayılır. Məhkəmə yuxarıda qeyd olunan qanun normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş, reyestr nömrəsi **********09 olan, ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli Çıxarışla Cavabdeh adına dövlət qeydiyyatına alınmış Quba rayonu, Qımıl kəndində yerləşən 0,12 ha torpaq sahəsi iddiaçı ilə cavabdeh arasında bərabər bölünməli, həmin torpaq sahəsinin ½ hissəsinə İddiaçı payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş, reyestr nömrəsi **********09 olan, ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli Çıxarışla Cavabdeh adına dövlət qeydiyyatına alınmış Quba rayonu, Qımıl kəndində yerləşən 0,12 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №e-2(027)-2346/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2346/2025
06.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver