Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-3192/2025 21.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması barədə iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon məhkəməsinin 2(027)-1391/2018 saylı, xx.xx.2018-ci tarixli qətnaməsinə əsasən təyin edilmiş, Quba rayon məhkəməsinin 8(067)-138/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən indeksassiya edilmiş Aliment miqdarının dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə minimum əmək haqqının 0.35 misli həddində müəyyən edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsinin 2(027)- 1391/2018 saylı, xx.xx.2018-ci tarixli qətnaməsinə əsasən cavabdehlə nikahları pozulmuş və bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 100 manat alınaraq cavabdehə verilməsi qət edilmişdir. Sonradan cavabdeh Aliment miqdarının indeksasiya edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Quba rayon məhkəməsinin 8(027)-138/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə minimum əmək haqqının 0.77 misli həddində aliment təyin edilmişdir. Bildirir ki, sonuncu qərardaddan sonra bir uşağa görə 308 manat aliment ödəməli olacaqdır. Bu isə hazırda onun maddi vəziyyətinə uyğun məbləğ deyil. Hazırda fərdi əməklə məşğuldur aylıq qazancı orta hesab 600-700 manat arasıdır. Yenidən ailə qurmuş, əlavə azyaşlı övladımları var. Həmçinin valideyinləri də onun himayəsindədir. Buna görədə tərəfindən 308 manat alimentin ödənilməsi qeyri-mümkündür. Gələcəkdə alimenti ödəyə bilmədiyi üçün barəsində məsuliyyət tədbiri görülə bilər. Buda yeni doğulan övladımlarının, həmçinin aliment ödədiyi övladının hüquqlarının pozulması ilə nəticələnəcək. Yəni məqsəd övladıma aliment ödənilməsidirsə bu ağlabatan maddi vəziyyətinə uyğun formada təyin edilməlidir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, uşağın saxlanılması üçün aliment ödəyir, yeni ailəsindən iki uşağı vardır, maddi imkanı olmadığından alimentin azaldılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddian qəbul etməyərək göstərmişdir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləği hazırkı vəziyyətdə uşağın saxlanılmasına kifayət etmir. Hazırkı iddianın əsassız olmasını hesab edir, rədd edilməsini xahiş edir. III. İşin faktiki halları: İş materiallarında olan: -Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(027)-138 saylı qərardadından görünür ki, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində aliment indeksasiya edilmişdir. -Azemis elektron məhkəmə informasiya sistemindən görünür ki, iddiaçının xx.xx.2021-ci il, xx.xx.2019-cu il təvəllüdlü iki övladı var. -xx.xx.2025-ci il tarixli, MŞQ-MT-040-2025-00928 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Əmirğa oğlu ilkin mediasiya sessiyasında iştirak etdi. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. İş materialarından görünür ki, İddiaçı ailə vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, İddiaçı yenidən ailə qurmuş, yeni ailəsinindən iki uşağı doğulmuşdur. Qeyd olunan hallar təyin olunmuş alimentin miqdarının dəyişilməsi üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən hallar sayılmalıdır. Həmçinin elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən iddiaçının rəsmi iş yeri müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Ona görə də məhkəmə hesab edir ki, həmin hallar əsasında tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün təyin edilmiş alimentin miqdarı azaldılmalıdır. Lakin məhkəmə onu da nəzərə çatdırır ki, iddiaçının ailə və maddi vəziyyətində olan dəyişikliklər heç də onu əvvəlki nikahından doğulmuş uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Bu zəmində məhkəmə onu da qeyd edir ki, uşaq cavabdehin himayəsində yaşamaqla, onun saxlanması, təlim-tərbiyəsi, təhsili, fiziki və əqli inkişafının təmin edilməsi ilə bağlı cavabdehin üzərinə çox yük düşür. Uşaqlara ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. Lakin məhkəmə onu da bidirir ki, iddiaçını yeni ailəsinin və həmin ailədə doğulmuş uşağlarının da mənafeyi və yaşayış təminatı nəzərə alınmalıdır. Bu xüsusda qərar qəbul edilərkən hazırki iş üzrə iddiaçı və cavabdehin, həmçinin onların uşaqlarının mənafeləri arasında ədalətli tarazlığa nail olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-138/2025 saylı qərardadı ilə indeksasiya olunmuş alimentin məbləği azaldılaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli miqdarında sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun; Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-138/2025 saylı qərardadı ilə indeksasiya olunmuş alimentin məbləği azaldılaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli miqdarında sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №e-2(027)-3192/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-3192/2025
21.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver