Məhkəmə qərarları › İş №e-2(027)-321/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-321/2024

08.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-321/2024 08.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı X9 və onun səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 iştirakı ilə, İddiaçı Şərifov Raufun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs 5 saylı Bakı “ASAN XİDMƏT” X2rşı atalığın müəyyən olunması və akt qeydinin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Şərifov Rauf iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni Rauf Şərifovun 13 yanvar 2023-cü il tarixdə Cavabdeh2 doğulmuş X7 adlı uşağın atası olmağının müəyyən edilməsi, 13 yanvar 2023-cü il təvəllüdlü X7 barəsində 5 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeydə alınmış 16 avqust 2023-cü il tarixli, 5292 nömrəli doğum akt qeydində ata haqqında məlumatların ləğv edilərək uşağa yeni doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında X13, atası qrafasında Rauf Şərifov (İddiaçı) kimi qeyd olunması, digər qeydlərin isə olduğu kimi saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərifov Rauf iddiasını onunla əsaslandırmışdır ki, o, Rauf Şərifov təxminən 2021-ci ilin payızında Cavabdeh2 ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. İş üzrə Cavabdeh2 onunla fakitiki nikah münasibətlərinə daxil olmazdan əvvəl digər Cavabdeh1 ilə rəsmi nikah münasibətlərində olmuş və Cavabdeh2 Cavabdeh1 onunla ailə qurmazdan təxminən 2 il əvvəl faktiki olaraq ayrılmış, onunla birlikdə yaşadığı müddətdə isə Cavabdeh1lə aralarında olan nikah Quba Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş və Cavabdeh2 22 dekabr 2022-ci il tarixdə Cavabdeh1 rəsmi olaraq ayrılaraq nikahın pozulması haqqında şəhadətnamə almışdır. Cavabdeh2 onunla birlikdə olduğu müddətdə onların faktiki nikah münasibətlərindən 13 yanvar 2023-cü il tarixdə Raul adlı övladı anadan olmuşdur. Övladı Raul Cavabdeh2 ilə Cavabdeh1 nikahının pozulması vaxtından 300 gün ərzində doğulduğu üçün qanunun tələbinə əsasən uşağa doğum haqqında şəhadətnamə alınarkən ata adı Cavabdeh1 kimi, eyni zamanda uşağın soyadı da Hacıbabayev kimi qeyd edilmişdir. Cavabdeh2 ilə faktiki nikah münasibətlərindən doğulmuş 13 yanvar 2023-cü il tarixdə Raulun atasının özü olmağını hər iki cavabdeh özləri də qəbul edir. Lakin doğum akt qeydində ataya aid məlumatların ləğv edilərək onun adının yazılması üçün onun məhkəməyə müraciət etməyi şərtdir. Belə ki, o bununla bağlı 5 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsinə müraciət etsə də, ona qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Eyni zamanda qeyd edilən məsələ ilə bağlı o ilkin olaraq mediasiyaya müraciət etmişdir. Bununla bağlı mediator tərəfindən ona 05 oktyabr 2023-cü il tarixli, MSQ-MT-027-20xx-xx- 1473 saylı arayış təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçı Şərifov Rauf iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, 2021-ci ilin payız ayından Cavabdeh2 ilə birgə yaşayır, birgə yaşadıqları müddətdə 13 yanvar 2023-cü ildə Raul adlı uşağı anadan olmuşdur. Doğum akt qeydində ataya aid məlumatların ləğv edilərək onun adının yazılmasını istəyir. Ona görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı X9 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək, göstərmişdir ki, Cavabdeh1lə aralarında bağlanmış nikahları rəsmi qaydada pozulmamış Şərifov Raufla faktiki evlənib ailə qurmuş, Raufla birgə yaşadlıqları müddətdə 13 yanvar 2023-cü il tarixdə Raul adlı uşaqları doğulmuş, uşaq doğulduğu vaxt Sərxoşla rəsmi nikahda olduğundan uşağa doğum haqqında şəhadətnamə alınarkən ata adı X1, eyni zamanda uşağın soyadı da Hacıbabayev kimi qeyd edilmişdir. 13 yanvar 2023-cü il təvəllüdlü Raulun atası Şərifov Raufdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şəxs üçüncü şəxs 5 saylı Bakı “ASAN XİDMƏT” X4 nümayəndəsi məhkəməyə məktub göndərərək, şöbədaxili işlərin çox olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının 5 saylı Bakı “ASAN XİDMƏT” X4 nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-İV seriyalı 905479 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə anadan olmuş, şəhadətnamənin «vətəndaş» qrafasında X7, «atası» qrafasında Cavabdeh1, «anası» qrafasında isə Cavabdeh2 yazılmışdır. İş materiallarında olan nikahın pozulması haqqında xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 407072 №-li şəhadətnamədən görünür ki, Cavabdeh1 və X5 arasında olan nikah ləğv edilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN XİDMƏT” X4 Rauf Şərifovun etibarnamə əsasında nümayəndəsi Nümayəndə ünvanladığı xx.xx.2023-cü il 3-16-5/8-10-2075/2023 №li məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 doğumu Cavabdeh2 ilə Cavabdeh1 nikahının pozulduğu gündən 10 ay ərzində baş verdiyindən uşağın doğumunun qeydə alınması valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılmışdır. Bu səbəbdən Rauf Şərifovun xx.xx.2023-cü il təvəllüdlü X3 atası olmağının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata ilə bağlı məlumatların ləğv edilməsinə dair ərizənin icra edilməsi mümkün olmamışdır. Atalığın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Cavabdeh2 ərizəsindən görünür ki, iddiaçının iddiasını qəbul və etiraf edir, 13 yanvar 2023-cü il tarixdə doğulmuş Raulun atası Cavabdeh1 deyil, Rauf Şərifovdur. Məhkəmə tərəflətin izahatlarından və işdəki digər sübutlardan müəyyən etmişdir ki, Şərifov Rauf ilə Cavabdeh2 2021-ci ilin payız ayında ər-arvad münasibətlərinə girərək, ərarvad kimi yaşamış və onların ər-arvad kimi birgə yaşadıqları dövrdə, 13 yanvar 2023-cü il tarixdə Raul adlı bir uşaqları doğulmuşdur. Şərifov Rauf ilə Cavabdeh2 arasında nikah qeyd edilmədiyindən, onların ər-arvad münasibətlərindən xx.xx.2023-cü il tarixdə doğulmuş Raulun doğum haqqında şəhadətnaməsinin «vətəndaş» qrafasında soyadı Hacıbabayev, «atası» qrafasında ata soyadı, adı və atasının adı Cavabdeh1 kimi göstərilmişdir. Uşağın atası haqqında məlumat Cavabdeh2 ilə Cavabdeh1 nikahının pozulması vaxtından 300 gün ərzində doğulduğu üçün qanunun tələbinə əsasən uşağa doğum haqqında şəhadətnamə alınarkən ata adı Cavabdeh1 kimi, eyni zamanda uşağın soyadı da Hacıbabayev kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Uşaq Hüquqları Haqqında Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə mümkün olduğu dərəcədə öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. Uşaq Hüquqları Haqqında Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər qeyri-qanuni müdaxiləyə yol vermədən, qanunda nəzərdə tutulduğu kimi, uşağın öz fərdiliyini, o cümlədən vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququna hörmət bəsləməyi öhdələrinə götürürlər. Məhkəmə iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Rauf Şərifovun 13 yanvar 2023-cü il tarixdə Cavabdeh2 doğulmuş X7 adlı uşağın atası olması müəyyən edilməli, 13 yanvar 2023-cü il təvəllüdlü X7 barəsində 5 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeydə alınmış 16 avqust 2023-cü il tarixli, 5292 nömrəli doğum akt qeydində ata haqqında məlumatlara düzəliş edilərək, uşağa yeni doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında X13, atası qrafasında Şərifov Rauf (İddiaçı) kimi qeyd olunmalı, digər qeydlər isə olduğu kimi saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Rauf Şərifovun 13 yanvar 2023-cü il tarixdə Cavabdeh2 doğulmuş X7 adlı uşağın atası olması müəyyən edilsin. 13 yanvar 2023-cü il təvəllüdlü X7 barəsində 5 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeydə alınmış 16 avqust 2023-cü il tarixli, 5292 nömrəli doğum akt qeydində ata haqqında məlumatlara düzəliş edilərək, uşağa yeni doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında X13, atası qrafasında Şərifov Rauf (İddiaçı) kimi qeyd olunsun, digər qeydlər isə olduğu kimi saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar