Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-473/2025 05.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-150/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə müəyyən edilmiş alimentin azaldılaraq, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-150/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, X5 ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 404 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X4-anası Məmmədova (Əhmədova) Ülviyyə Elçin qızının himayəsinə verilməsi, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Məmmədova (Əhmədova) Ülviyyə Elçin qızına verilməsi qət edilmişdir. O, Quba Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin təcili tibbi yardım şöbəsində həkim vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixdə 18-1-56/3-1-2215/2024 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Rəsmi gəliri olmadığından və qeyd edilən qətnamə üzrə alimentin ödənilməsində müəyyən çətinliklər yaranacağından uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün alimentin sabit məbləğdə müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. O, xx.xx.2021-ci il tarixdə Məmmədova (Ağabalayeva) Rəhiməxanım Eyyub qızı ilə nikaha girmiş və onların birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X6 adlı uşağı olmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-150/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə alimentin tutulmasında dəyişiklik baş verdiyindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün alimentin sabit məbləğdə müəyyən işin faktiki halları ilə uyğundur. Əks halda yuxarıda qeyd edilən qətnamənin icrası mümkünsüz olmaqla yanaşı xx.xx.2013-cü il təvəllüdlü X2 hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Əlavə olaraq iddiaçı bildirdi ki, o, Quba Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin təcili tibbi yardım şöbəsində həkim vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixdə 18-1-56/3-1- 2215/2024 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Çoxsaylı şikayətləri əsasında işə bərpa edilsə də, tez-tez işdən çıxarılır və bu səbəbdən stabil əmək haqqısı yoxdur. Göstərilənləri nəzərə alaraq, təyin edilmiş alimentin sabit pul məbləğində təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-İV 957549 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X7 doğulmuşdur; Quba Rayon Məhkəməsinin 2(027)-150/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünr ki, İddiaçı ilə X5 arasında olan 15 sentyabr 2011-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsində bağlanmış və 404 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuş, 30 may 2013-cü təvəllüdlü X7 anası- X1 himayəsinə verilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən başalayaraq, 30 may 2013-cü təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulub X3 verilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X7 anası - Cavabdeh anasının himayəsində saxlanılmaqla uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin təyin edilmişdir. İddiaçı tutduğu vəzifədən azad edilməsini, stabil əmək haqqı almadığını, bu səbəbdən də təyin olunan alimenti ödəmək iqtidarında olmadığını iddia edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı iddia tələbinin əsası kimi işdən tez-tez azad edilməsini, stabil əmək haqqı almadığını göstərsə də, məhkəmənin elektron sisteminin “gəlir məlumatları” bölməsindən xx.xx.2025-ci il tarixdə edilmiş elektron sorğunun cavabından bəllidir ki, İddiaçı Quba Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin təcili tibbi yardım şöbəsində təcili yardım həkimi vəzifəsində işləyir və aylıq 1600 (bir min altı yüz) manat əmək haqqı alır. Belə olan halda məhkəmə X4 mənafelərini nəzərə alıb hesab edir ki, aliment məbləğinin azaldılması onun mənafeyinə ziddir, bu günkü gündə uşağın maddi tələbatını ödəməyəcək. Ona görə də iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qlzına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-473/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-473/2025
05.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver