Məhkəmə qərarları › İş №e-2(027)-521/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-521/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-521/2025 29.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə ödənilmiş 11000 (on bir min) manat sığorta ödənişinin və ödənilmiş 123 (yüz iyirmi üç) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “UAZ **********” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “MİTSUBİSHİ L200” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə, X13 ağır dərəcəli, X1 Ağır dərəcəli, X4, X8, X9 və X14 isə Yüngül dərəcəli xəsarətlər almışdır. İş materiallarına əlavə edilmiş 130861,129724,129495,130521,129550, 129954 və 129498 nömrəli sığorta aktarının surətindən və icbari sığorta müqaviləsindən çıxarışdan görünür ki, hadisə zamanı “UAZ **********” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da icbari sığorta müqviləsi ilə sığortalanmışdır. İş materiallarında olan Azərbaycan Respubvlikası DİN-nin BDYPİ-si tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-13- 16/2133182/2024 nömrəli məktubdan və etibarnamələrin elektron sistemdən çıxarışına əsasən, Cavabdeh “UAZ **********” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər qüvvədə olan etibarnaməsi olmuşdur. Beləliklə hadisə zamanı o nəqliyyat vasitəsinə qanuni sahiblik etmişdir. İş materiallarına əlavə edilmiş sığorta ödənişini təsdiq edən ödəniş tapşırığından da göründüyü kimi, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “X21” tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli Qüsur aktına əsasən “MİTSUBİSHİ L200” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə xx.xx.2024-cü il tarixli 120İNTL241791068 saylı ödəniş tapşırığına uyğun olaraq 5000 AZN (beş min manat), hadisə zamanı ağır xəsarət almış X10 görə xx.xx.2024-cü il tarixli **********8/780392220 nömrəli ödəniş tapşırğına uyğun olaraq 1500 AZN (min beş yüz manat), Az ağır dərcəli xasrət almış X3 görə xx.xx.2024-cü il tarixli 120İTL********** nömrəli ödəniş tapşırığına uyğun olaraq 1500 AZN ( min beş yüz manat), yüngül dərəcəli xəsarətlər almış X5 görə xx.xx.2024-cü il tarixli **********5/755852966 nömrəli ödəniş tapşırığına uyğun olaraq 750 AZN (yeddi yüz əlli manat), X2 görə xx.xx.2024-cü il tarixli **********5/755852341 nömrəli ödəniş tapşırığına uyğun olaraq 750 AZN (yeddi yüz əlli manat) X11 görə xx.xx.2024-cü il tarixli **********2/767355480 saylı ödəniş tapşırığına uyğun olaraq 750 AZN ( yeddi yüz əlli manat) və X6 görə isə xx.xx.2024-cü il tarilxi 120İTL********** saylı ödəniş tapşırğına uyğun olaraq 750 AZN ( yeddi yüz əlli manat) sığorta ödənişləri ümumilikdə11000 AZN (on bir min manat) sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş, Siyəzən rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(059)-65/2024 saylı inzibati xəta haqqında qərarından aydın olur ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olmuşdur. Belə ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüquqi olmadan idarə edərək yol nəqliyyat hadisəsi törətmişidir Buna görə ona qarşı subroqasiya hüququmuz yaranmışdır.. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə keçiriləcək məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, iş üzrə məhkəmənin hazırlıq və baxış iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, iddia ərizəsində qeyd edilən məbləğdə ödəniş edilməsinə maddi imkanının yol vermədiyini bildirmiş və tələb olunan məbləğin azaldılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “UAZ **********” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı ASC-da icbari sığorta müqviləsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş sığorta ödənişini təsdiq edən ödəniş tapşırığından da göründüyü kimi, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “X21” tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli Qüsur aktına əsasən “MİTSUBİSHİ L200” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə xx.xx.2024-cü il tarixli 120İNTL241791068 saylı ödəniş tapşırığına uyğun olaraq 5000 AZN (beş min manat), hadisə zamanı ağır xəsarət almış X10 görə xx.xx.2024-cü il tarixli **********8/780392220 nömrəli ödəniş tapşırğına uyğun olaraq 1500 AZN (min beş yüz manat), Az ağır dərcəli xasrət almış X3 görə xx.xx.2024-cü il tarixli 120İTL********** nömrəli ödəniş tapşırığına uyğun olaraq 1500 AZN ( min beş yüz manat), yüngül dərəcəli xəsarətlər almış X5 görə xx.xx.2024-cü il tarixli **********5/755852966 nömrəli ödəniş tapşırığına uyğun olaraq 750 AZN (yeddi yüz əlli manat), X2 görə xx.xx.2024-cü il tarixli **********5/755852341 nömrəli ödəniş tapşırığına uyğun olaraq 750 AZN (yeddi yüz əlli manat) X11 görə xx.xx.2024-cü il tarixli **********2/767355480 saylı ödəniş tapşırığına uyğun olaraq 750 AZN ( yeddi yüz əlli manat) və X6 görə isə xx.xx.2024-cü il tarilxi 120İTL********** saylı ödəniş tapşırğına uyğun olaraq 750 AZN ( yeddi yüz əlli manat) sığorta ödənişləri ümumilikdə11000 AZN (on bir min manat) sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Siyəzən rayon Məhkəməsinin 2(059)-65/2024 saylı, 28 mart 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən göründüyü kimi, iddia qaldırılması üçün 93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, inzibati xata törətməsinə görə Cavabdeh İXM-nin müvafiq maddələrilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o inibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “UAZ **********” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı ASC-də icbari sığorta müqaviləsi ilə sığortalanmış və Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi həmin avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və zərər çəkmiş şəxslərə zərər vurmuşdur. Cavabdeh barəsində İXM-nin müvafiq maddələrilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o inibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı ASC 11.000 (on bir min) manat məbləğində sığorta ödənişini tələb edir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə ilk öncə onu qeyd edir ki, Cavabdeh avtomobili idarə etmək hüququ olmadığı halda idarə etməklə yol nəqliyyat hadisəsi baş vermiş, yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər iddiaçı tərəfindən sığorta ödənişləri həyata keçirilməklə aradan qaldırılmışdır. Mülki Məcəllənin 1108-ci maddəsinin və “icbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinin tələbi baxımından subroqasiya hüququ məhz həmin anda idarə etmək hüququ olmadan avtomobili idarə edən və hadisəni törədən şəxs Cavabdeh qarşı yaranmışdır. Məhkəmə hesab edir ki, əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq sığortaçıya subroqasiya qaydasında verdiyi sığorta ödənişi məbləğində keçdiyindən, ödənilmiş məbləğin 5000 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 14 aprel 2023-cü il tarixli Qərarına əsasən 1. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. 2. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. 3. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər. Göründüyü kimi, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir və sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməzdi. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sığorta ödənişi qismində zərəçəkənə məbləğ üzrə subroqasiya hüququ əsasında qismən tələb etmək hüququ mövcud olduğundan, iddia tələbi qismən təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 123 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 123 manat dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə münasib hissəsini təşkil edən 55 manat cavabdehdən tutulmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumundan 55 (əlli beş) manat tutularaq İddiaçı ASC-nin hеsabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar