Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-600/2021 08.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Kreditor MMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu ilə bağlanmış xx.xx.2017-ci il tarixli QBK01568 nömrəli nisyə satış müqaviləsi üzrə 362.80 (üç yüz altımış iki manat səksən qəpik) manat əsas və cərimə borcu 30 (otuz) manat olmaqla, 392.80 (üç yüz doxsan iki manat səksən qəpik) manat məbləğin habelə 20 (iyirmi manat) manat dövlət rüsumunun, borcludan - Borclu məcburi surətdə tutularaq, Kreditor MMC-nin xeyrinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor MMC ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2017-ci il taıixli QBKÜ1568 saylı Nisyə satış müqaviləsinə əsasən borcluya 582.8 (80 manat ilkin ödəniş daxil olmaqla) manat məbləğinə məişət məhsulunu 11 ay müddətində kreditlə - nisyə satılmlşdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki” nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada, yəni avlıq 50 manat məbləğində icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq, Kreditor MMC-nin ərizəsinə əmr icraatı qaydasında baxıb, xx.xx.2017-ci il taıixli QBKÜ1568 saylı nisyə satış müqaviləsi üzrə 362.80 (üç yüz altımış iki manat səksən qəpik) manat əsas və cərimə borcu 30 (otuz) manat olmaqla, 392.80 (üç yüz doxsan iki manat səksən qəpik) manat məbləğində pulun borcludan - Borclu məcburi surətdə tutularaq, Kreditor MMC-nin xeyrinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2017-ci il taıixli QBKÜ1568 saylı nisyə satış müqaviləsinə əsasən Borclu 582.8 (80 manat ilkin ödəniş daxil olmaqla) manat məbləğində məişət məhsulu 11 ay müddətində kreditlə - nisyə satılmlşdır. İş materiallarında olan xx.xx.2017-ci il taıixli QBKÜ1568 nömrəli nisyə satış müqaviləsinə əlavə 1 ödəniş cədvəlinin surətindən görünürki, ilkin ödəniş 80 manat, sonrakı aylar 50 manat ödəməklə Kreditor MMC tərəfindən borcluya 582.8 manat məbləğinə məişət məhsulu 11 ay müddətində kreditlə - nisyə satılmlşdır. İş materiallarında olan xx.xx.2017-ci il taıixli təhvil- təslim aktının surətindən görünürki, Kreditor MMC Borclu “SAMSUNG A310 FZKDSER Black” bir ədəd mobil telefonu təhvil verilib. İş materiallarında olan maliyyə arayışının surətindən görünürki, qiyməti 582,80 qəpik məbləğdə “SAMSUNG A310 FZKDSER Black” bir ədəd mobil telefonuna görə 362.80 (üç yüz altımış iki manat səksən qəpik) manat əsas və cərimə borcu 30 (otuz) manat olmaqla, 392.80 (üç yüz doxsan iki manat səksən qəpik) manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu Quba şəhəri, A. Aslanov küçəsi,ev 46 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. Borclu xx.xx.2017-ci il taıixli QBKÜ1568 saylı nisyə satış müqaviləsi üzrə 362.80 (üç yüz altımış iki manat) səksən qəpik əsas, cərimə borcu 30 (otuz) manat, cəmi 392.80 (üç yüz doxsan iki manat) səksən qəpik, dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulub Kreditor MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-600/2021
Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-600/2021
08.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver