Məhkəmə qərarları › İş №e-2(027)-686/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-686/2021

19.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-686/2021 19.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Kreditor Tələbkar MMC-nin Borclu oğluna qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: «Tələbkar » MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu oğlundan 386 (üç yüz səksən altı) manat borc məbləği, 80 (səksən) manat cərimə və 20 manat məbləğində dövlət rüsumunun–cəmi 486 (dörd yüz səksən altı) manat tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor Tələbkar MMC ərizəsini onunla əsaslandırmışdır ki, Tələbkar MMC-nin direktoru X2 ilə Borclu arasında xx xxxxx 2019-cu il tarixdə hissə-hissə şərti ilə 01-AGT000035801 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Niftəliyev Fikrət Rahim oğlu Tələbkar mağazasından ümumi nisyə dəyəri 1442 (bir min dörd yüz qırx iki) manat olan Samsung A9** DS *** Black (İMEİ **********97522) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 11-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 122 (bir yüz iyirmi iki) manat ödəniş etməli olduğu halda aylıq ödənişləretməmiş, alıdığı malın qalıq pulunu ümumi dəyəri-386 (üç yüz səksən altı) manat mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Borclu borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, borclu tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, Tələbkar MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş «Tələbkar » MMC ilə Borclu oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01-AGT000035801 nömrəli əşyanın nisyə alqı-satqısı müqaviləsinə əsasən Borclu oğluna Tələbkar» mağazasından ümumi nisyə dəyəri 1442 (bir min dörd yüz qırx iki) manat olan Samsung A9** DS *** Black (İMEİ **********97522) markalı mobil telefon 11 ay müddətində kreditlə-nisyə satılmlşdır. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, X1 Tələbkar MMC-yə olan əsas borcu 386 AZN, cərimə borcu 80 AZN olmaqla, cəmi borcu 466 AZN-dir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, işlə bağlı məhkəmə əmri haqqında ərizənin verilməsi üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. Borclu Quba rayonu, Alıc-Digah kəndində yaşayan Borclu xx.xx.2019-cu il taıixli 01- AFT000035801 saylı nisyə satış müqaviləsi üzrə 386 (üç yüz səksən altı) manat əsas, cərimə borcu 80 (səksən) manat olmaqla, cəmi 466 (dörd yüz altmış altı) manat borc və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulub «Tələbkar » MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar