Məhkəmə qərarları › İş №e-2(027)-714/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-714/2021

23.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-714/2021 23.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Kreditor MMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu ilə bağlanmış xx.xx.2017-ci il tarixli QBKD1433 saylı Nisyə satış müqaviləsi üzrə 172.36 manat əsas borc və 10.0 manat cərimə borcu olmaqla, cəmi 182.36 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarasınız. Kreditor MMC ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 01433 saylı Nisyə satış müqaviləsinə əsasən Borcluya 576.36 (125 manat ilkin ödəniş daxil olmaqla) manat məbləğinə məişət məhsulunu kreditlə satılmlşdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafıki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin arılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada, yəni aylıq 38 manat məbləğində icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliyini yerinə yetirməmişdir. Həmin müqavilənin 0.3-cü bəndinə görə, “Alıcı” (Borclu) qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdiriimış hər gün üçün borc məbləğnin: 0.5 həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürmüşdür. Göstərilənləri nəzərə alaraq, Kreditor MMC-nin ərizəsinə əmr icraatı qaydasında baxıb, xx.xx.2017-ci il tarixli QBKD1433 saylı Nisyə satış müqaviləsi üzrə 172.36 manat əsas borc və 10.0 manat cərimə borcu olmaqla cəmi 182.36 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Kreditor MMC -nin xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2017-ci il tarixli QBKD1433 saylı nisyə satış müqaviləsinə əsasən Borclu 576.36 (125 manat ilkin ödəniş daxil olmaqla) manat məbləğinə məişət məhsulu kreditlə - nisyə satılmlşdır. İş materiallarında olan xx.xx.2017-ci il taıixli təhvil- təslim aktının surətindən görünürki, Kreditor MMC Borclu məbləği 576.36 manat olan “Telefon mobil HTC desire 825 Stratus White” bir ədəd mobil telefonu təhvil verilib. İş materiallarında olan maliyyə arayışının surətindən görünürki, qiyməti 576.36 manat məbləğdə “Telefon mobil HTC desire 825 Stratus White” bir ədəd mobil telefonuna görə 172.36 manat əsas və cərimə borcu 10.0 manat olmaqla, cəmi 182.36 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan AZE 0*******seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu Quba şəhəri, Fətəlixan küçəsi,ev 75,m 42 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. Borclu xx.xx.2017-ci il tarixli QBKD1433 saylı nisyə satış müqaviləsi üzrə 172.36 (bir yüz yetmiş iki) manat otuz altı qəpik əsas, cərimə borcu 10.0 (on) manat, cəmi 182.36 (bir yüz səksən iki manat) otuz altı qəpik, dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulub Kreditor MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar