Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-777/2021 04.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Kreditor ASC-nin Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: Kreditor ASC ərizə ilə məhkəməyə müraciət edərək, SR-2065 markalı 701020 şassi nömrəli, E48042 mühərrik nömrəli taxılyığan kombaynına görə 600.00 (altı yüz) manat məbləğdə ödənilməmiş borcun, 20 (iyirmi) manat dövlət rüsumunun, cəmi 620 (altı yüz iyirmi) manat məbləğin Borclu tutularaq, Kreditor ASC-yə (“xxxx” ASC) ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ASC ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor ASC ilə Borclu arasında bağlanmış xx xxx 2020-ci il 06/00176 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2065 markalı 701020 şassi nömrəli, E48042 mühərrik nömrəli taxılyığan kombaynı 2020-ci il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. Kreditor Açıq Səhmdar Cəmiyyətilə borclu arasında bağlanmış 06/00176 nömrəli müqaviləyə əsasən 6000,00 (altı min) manat öhdəlikdən 5 400,00 (beş min dörd yüz) manat ödəniş edərək 600,00 (altı yüz) manat borcu qalmışdır. Borclunun cəmiyyətə hal-hazırda; 600,00 (altı yüz) manat borcu qalmışdır. Lakin, borclu vaxtında iddiaçıya olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borclu öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilənin 2.2.2,-ci bəndinə əsasən borclu lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-ci bəndinə (müvəqqəti istifadəyə götürülmüş texnikaların ödəniş öhdəliyi 100% olaraq ödənilməlidir) uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh Kreditor ASC ilə bağladığı müqavilənin; həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq, SR-2065 markalı 701020 şassi nömrəli, E48042 mühərrik nömrəli taxılyığan kombaynına görə 600.00 (altı yüz) manat məbləğdə ödənilməmiş borcun, 20 (iyirmi) manat dövlət rüsumunun, cəmi 620 (altı yüz iyirmi) manat məbləğin Borclu tutularaq, Kreditor ASCyə (“xxxx” ASC) ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, Kreditor ASC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Kreditor ASC ilə Borclu arasında bağlanmış xx xxx 2020-ci il 06/00176 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2065 markalı 701020 şassi nömrəli, E48042 mühərrik nömrəli taxılyığan kombaynı 2020-ci il taxıl biçini mövsümü ərzində Borclu istifadəyə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il taıixli 06/00176 saylı aktın surətindən görünürki, Kreditor ASC-nin Xaçmaz RN-nin Siyəzən-Xızı bölməsinin istifadəsində olan 1 ədəd SR-2065 markalı 701020 şassi nömrəli, E48042 mühərrik nömrəli, buraxılış ili 2018, 90 A 501 dövlət nömrə nişanlı taxılyığan kombaynı 2020-ci il taxıl biçini mövsümü ərzində Borclu təhvil verilib. İş materiallarında olan maliyyə arayışının surətindən görünürki, xx xxx 2020-ci il 06/00176 nömrəli operativ lizinq müqaviləsinə əsasən, Lizing alan Borclu 6000.00 manat vəsait ödəməli olduğu halda 5400.00 manat vəsait ödəyib və 600.00 manat məbləğində maliyyə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünürki, Kreditor ASC 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE 08186418seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu ünvan 1 mənzil 42 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. Borclu SR-2065 markalı 701020 şassi nömrəli, E48042 mühərrik nömrəli taxılyığan kombaynına görə 600.00 (altı yüz) manat məbləğdə ödənilməmiş borc, 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 620 (altı yüz iyirmi) manat məbləğində pul vəsaiti tutulub, Kreditor ASC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-777/2021
Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-777/2021
04.03.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver