Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-853/2021 29.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi ilə Kreditor Tələbkar MMC-nin Borclu qarşı borcun qaytarılması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Kreditor Tələbkar MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 122 manat məbləğində əsas borc, 30 manat məbləğində cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 172 manat məbləğində pulun tutularaq Tələbkar MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor Tələbkar MMC ərizəsini onunla əsaslandırmışdır ki, Tələbkar MMC-nin direktoru X1 ilə Borclu Qürbət oğlu arasında xx xxxx 2019-cu il tarixdə hissə-hissə şərti ilə WTCN-000448 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır Müqaviləyə əsasən alıcı olan Borclu Qürbət oğlu "Tələbkar" mağazasından ümumi nisyə dəyəri 288 (iki yüz səksən səkkiz) manat olan Philips Xenium E181 (İMEİ **********74805) və Nokia 3310 DS (İMEİ **********74159) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Borclu Qürbət oğlu xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 05-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 38 (otuz səkkiz) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, atdığı malın qalıq pulunu ümumi dəyəri-122 (bir yüz iyirmi iki) manatı mağazaya ödəməmişdir. Dəfələrlə Borclu Qürbət oğlunun borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, borclu tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 250.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, Tələbkar MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Tələbkar MMC ilə Borclu arasında bağlanmış xx xxxx 2019-cu il tarixli borc müqaviləsindən görünür ki, alıcı Borclu hissə-hissə ödəniş şərti ilə satıcı Tələbkar MMC-dən ümumi nisyə dəyəri 288 (iki yüz səksən səkkiz) manat olan Philips Xenium E181 (İMEİ **********74805) və Nokia 3310 DS (İMEİ **********74159) markalı mobil telefon almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Borclu ilə Tələbkar MMC arasında xx xxxx 2019-cu il tarixində bağlanmış WTCN-000448 saylı müqavilə üzrə Borclu ödənilməmiş 122 manat məbləğində əsas borc, 30 manat məbləğində cərimə borcu olmaqla, 152 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 250, 276, 280 və 281, 282,284-cü maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdim: Borclu 122 manat məbləğində əsas borc, 30 manat məbləğində cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 172 manat məbləğində pul vəsaiti alınaraq Tələbkar MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-853/2021
Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-853/2021
29.03.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver