Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-930/2024 21.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının ödənilməsi və mənəvi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb, M ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, 2600 manat ödənilməmiş əmək haqqının və istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin, ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün borcun 1 faizi məbləğində ödəncin və mənəvi zərərə görə 5000 manatın cavbdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsi əsasında Cavabdeh MMC-yə kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 350 manat müəyyən edilmişdir. Həmin vəzifədə xx.xx.2021-ci il tarixədək çalışmışdır. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 171 nömrəli əmri əsasında Əmək Məcələsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Lakin əmək müqaviləmə xitam verilsə də işəgötürən bu günədək ona çatası 2600 manat məbləğində əmək haqqını və istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzini ona ödəməmişdir. Əmək müqaviləsinə xitam verilməsindən 2 il 7 aydan çox vaxt keçməsinə baxmayaraq Əmək Məcəlləsinin 83cü maddəsinin tələblərinə tam riayət edilməmişdir. İşə götürən tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 müraciətlər etmişdir. Şikayətimə X4 Xidmətinin Quba-Xaçmaz regional şöbəsində baxılmış, əmək müfəttişliyi tərəfindən ona verilən 24 noyabr 2023-cü il tarixli 3175/2 M-47618/2023 saylıcavab məktubunda qeyd olunur ki, araşdırma zamanı Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 24/23 nömrəli məktubuna baxılmaqla müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilərkən ona çatacaq son haqq-hesab halhazıradək ödənilməmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri (işçiyə ödənilməli son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələr) tam məbləğdə işdən çıxdığı gün işçiyə verilməlidir) pozulduğundan Cavabdeh MMC-nin direktoru X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cu maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və ona çatacaq son haqq-hesabın ödənilməsinin təmin edilməsi barədə MMC-yə xx.xx.2023-cü il tarixli 3-17-5/2-Z-46606/3/20123 saylı göstəriş məktubu göndərilmişdir. Buna baxmayaraq yenə də ona çatacaq əmək haqqı və son haqq-hesab işəgötürən tərəfindən bu günədək ona ödənilməmişdir. Əmək Məcəlləsinin tələblərinə görə cavabdeh tərəfindən gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə mənə ödənc verilməlidir. Bundan başqa əmək haqqının və son haqq-hesabın gecikdirilməsi ilə əlaqədar ona işəgötürüən tərəfindən mənəvi zərər vurulmuşdur. Bu müddət ərzində bir çox maddi sıxıntılar keçirmişdir. Buna görə də mənəvi sarsıntılar və iztirablar yaşamışdır. Ona dəyən mənəvi zərərə görə cavabdeh tərəfindən ona 5000 manat ödənilməlidir. Pozulmuş əmək hüquqlarının bərpası üçün hazırki idda ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məlumat üçün bildirir ki, xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərmişdir. Cavabdeh Mediasiya prosesində iştirak etməmiş və mediator tərəfindən xx.xx.2024-cü il tarixdə arayış tərtib edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, 2021-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuş, bu günə kimi əmək haqqının son haqq hesabı ödənilməmişdir. İddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismənm təmin edilməlidir. Belə ki, iş materialarında olan İddiaçı adına olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-yə kadrlar üzrə aparıcı mütəxəsis vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏMnin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. İş materialarında olan Paşa Bank ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı bankda olan hesabına hər hansı məbləğdə ödəniş edilməmişdir. İş materialarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Quba-Xaçmaz regional şöbəsinin İddiaçı ünavnalanmış 14 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”Azərbaycan Respublikasının Qanununa əsasən Azərbayan Respublikasının ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətin yenidən araşdırılması mümkün deyil. İş materialarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Quba-Xaçmaz regional şöbəsinin İddiaçı ünavnalanmış 24 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı çatacaq qalıq son haqq-hesabın yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi məqsədilə tərəflərindən cəmiyyətə xx.xx.2023-cü il tarixli 3- 17-5/2-Z-46606/3/2023 nömrəli göstəriş məktubu göndərilmişdir. Məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-yə kadrlar üzrə aparıcı mütəxəsis vəzifəsinə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək haqqı 350 manat olmuşdur. Lakin İddiaçı işdən çıxamqla əlaqədar əmək haqqı və son haqq-hesab tam şəkildə ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Ümumidünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsindəsində deyilir: “Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir” Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyasının 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyasının bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlalıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyasının 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə Hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. (MPM-nin 6-cı maddəsi, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8-ci maddəsi) Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Eyni Məcəllənin 143-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin 140-cı maddəsinin 4-cü hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablaması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Əmək Məcəlləsinin 299-cu maddəsinə əsasən fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Eyni Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı həmçinin cavabdehdən 5000 manat məbləğində mənəvi zərər tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında da göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə göstərilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, qanunda zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş olduğu hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin real olması və bununla əlaqədar əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulmuşdur. Zərər tələb edilərkən, zərər tələb edən şəxs, yəni iddiaçı bu zərərin göstərilən məbləğdə olması, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş yaranması, zərərlə cavabdehin qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin olması və zərər vurulmasında cavabdehin təqsirli olmasını sübut etməlidir. Bu halları da qanun görə iddiaçı sübut etməlidir. İddiaçı X1 Cavabdeh MMC-dən 5000 manat məbləğində maddi mənəvi təzminat tələb etsə də, iddiaçının hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, bunun nəticəsində ona cavabdeh tərəfindən 5000 manat məbləğində mənəvi zərər vurulması, cavabdehin hansısa qanunsuz hərəkətləri ilə bu mənəvi zərər arasında səbəbli əlaqənin olması və bu məbləğdə mənəvi zərərin vurulmasında cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia 5000 manat məbləğində mənəvi təzminat tələbi hissəsində əsassızdır və təmin olunmamalıdır. Beləliklə, məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə təhqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin olunmalı, 2600 manat ödənilməmiş əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə pul əvəzi, ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün borcun 1 faizi məbləğində ödənc Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. 2600 manat ödənilməmiş əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə pul əvəzi, ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün borcun 1 faizi məbləğində ödənc Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-930/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-930/2024
21.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver