Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № e-2(027)-967/2021 07.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlu, kreditor ünvan 1 ünvanında yerləşən Kreditor (bundan sonra MMC) borclu ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu qarşı kredit borcunun ödənilməsi tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, Kreditor MMC-nin Quba filialı ilə Borclu arasında bağlanmış xx.xx.2020-ci il tarixli QBK04980 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 926 (doqquz yüz iyirmi altı) manat dəyərində məişət məhsulu kreditlə (nisyə) satılmışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafıki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmişdir. Sonuncu kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada, yəni aylıq 77 (yetmiş yeddi) manat məbləğində ödəyəcəyi barədə öhdəlik götürsə də, üzərinə düşən öhdəlikləri icra etməmiş, nəticədə MMC-yə xx.xx.2020-ci il tarixli QBK04980 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 926 (doqquz yüz iyirmi altı) manat əsas və 90 (doxsan) manat hesablanmış cərimə borcu yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nəticə əldə edilməmişdir. Nisyə satış müqaviləsinin 5.6 bəndinə görə, “Alıcı” (borclu) qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanı alıcıya verdikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 666.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qiymətini tələb edə bilər. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtında əvvəl icra edə bilər; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılr; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir; 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər; 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa, bu halda məhkəmə əmri verilə bilər. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli QBK04980 saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, Kreditor MMC-nin Quba filialı ilə Borclu arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və sonuncuya aylıq 77 (yetmiş yeddi) manat ödəniş etmək şərtilə 926 (doqquz yüz iyirrmi altı) manat dəyərində məişət avadanlığı satılmışdır; xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Borclu 899 (səkkiz yüz doxsan doqquz) manat dəyərində 1 ədəd “VESTEL 49FD7000T” markalı televizor və 27 (iyirmi yeddi) manat dəyərində 1 ədəd “BOSCH TAT6A913” markalı toster satılmışdır; maliyyə arayışından görünür ki, Borclu xx.xx.2020-ci il tarixli QBK04980 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 926 (doqquz yüz iyirmi altı) manat əsas və 90 (doxsan) manat hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 1016 (bir min on altı) manat məbləğində borcu vardır; bildirişdən görünür ki, Borclu borcun ödənilməsi, əks halda məsuliyyətə cəlb edilməsi üçün barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişdir; əlavə edilmiş dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, ərizənin məhkəməyə verilməsi üçün Kreditor MMC tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdə Kreditor MMC-nin tələbi aşkar olduğu, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Eyni zamanda hesab edirəm ki, Kreditor MMC-nin məhkəməyə ərizə verərkən ödədiyi dövlət rüsumu 20 (iyirmi) manat məbləğində pul vəsaiti də borcludan tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Borclu, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, Borclu xx.xx.2020-ci il tarixli QBK04980 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 926 (doqquz yüz iyirmi altı) manat əsas və 90 (doxsan) manat hesablanmış cərimə borcunun və kreditor tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq Kreditor MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-967/2021
Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(027)-967/2021
07.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver