Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-170/2025 13.10.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, rəsmi nikahdan anadan olmuş xx.xx.2022ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı 13 saylı mediasiya təşkilatında bağlanmış 19 aprel 2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı Barışıq Sazişi ilə müəyyən edilmiş hər ay 220 manat sabit pul məbləğində aliment məbləği dəyişdirilərək, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün atası Cavabdeh hər ay 246 manat sabit pul məbləğində aliment, yaxud sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin və eyni zamanda göstərilən xidmət haqqına görə vəkilə ödədiyi 300 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2022-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahdan bir övladları var. Cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş və aralarında söz-söhbət yaranmağa başlamışdır. Söz-söhbətin yaranmasının səbəbi də xasiyyət və fikirlərinin üst-üstə düşməməsi olmuşdur. Ona görə də nikah kağız üzərində qalmışdır. Nikah kağız üzərində qaldığından aralarında olan nikah münasibətlərinin pozulması üçün məhkəməyə müraciət etmişdir. Hal-hazırda cavabdehə qarşı nikahın pozulması və uşağın himayəyə verilməsi tələbinə dair mülki Qubadlı Rayon məhkəməsinin icraatındadır. 2023-cü ilin aprel ayında aliment tələbi ilə bağlı qanunvericiliyin tələbinə uyğun olaraq, məhkəməyə müraciət etməmişdən əvvəl tərəfindən cavabdehi ilkin mediasiya sessiyasında iştiraka dəvət etmiş, cavabdeh bu təklifini qəbul etmiş və Bakı 13 saylı mediasiya təşkilatında mediator X2 iştirakı ilə 19 aprel 2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı barışıq sazişini imzalamışlar. Birgə nikahdan doğulmuş xx.xx.2022-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödəməli olan Cavabdeh hər ay 220 manat alimenti xanımın şəxsi kart hesabına ödəyir. Alimentin ödənilməsinə 2023-cü ilin may ayının 1-dən başlanılır və hər ayın 7-i ödənilir. Övladı böyüdükcə tələbatları günü-gündən çoxalır və o cümlədən qayğıları da artmaqda davam edir. Tək qadın olaraq bütün bunların öhdəsindən gəlmək iqtidarında deyil. Mediasiyada bağlanmış Barışıq sazişinə əsasən müəyyən edilmiş aliment məbləği uşağın artan qayğılarını qarşılamağa bəs etmədiyindən və eyni zamanda cavabdeh, yəni uşağın atası Cavabdeh könüllü olaraq övladına əlavə olaraq maddi yardım göstərmədiyindən, aliment məbləğinin artırılması ilə bağlı yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiyasında, Azərbaycan Respublikası Ailə Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda uşaqların qayğısına qalmaq, o cümlədən onların maddi və mənəvi tələbatları təmin etmək valideynlərin əsas vəzifəsi olaraq göstərilmişdir. Cavabdeh da bir ata olaraq bunları dərk etməli və uşağın sağlam böyüməsindən ötrü, uşaqlar üçün nəzərdə tutulmuş minumum aliment məbləğini və hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində aliment məbləğini ödəməlidir. Çünki bütün bunlar bir valideyn olaraq onun vəzifəsidir. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Respublikada hər bir uşaq üçün 246 manat məbləğində müəyyən edilmişdir. Hüquqi yardımın göstərilməsi üçün vəkillə müqavilə bağlamış və xidmət haqqına görə “Şimal” Vəkil” Bürosunun hesabına 300 manat məbləğində pul vəsaiti köçürmüşdür. Bu səbəbdən də göstərilən xidmət haqqına görə vəkilə ödədiyi 300 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq ona ödənilməlidir. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, həmin tarixə öncədən təyin olunmuş məhkəmə proseslərinin olduğundan və eyni zamanda İddiaçı himayəsində körpə övladı olduğundan, məhkəmənin baxış iclasında iştirak etmək imkanlarının məhdud olmasını bildirmiş, məhkəmənin baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ərizədə eyni zamanda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmənin baxış iclasında Cavabdeh birgə nikah münasibətlərindən doğulmuş övladı xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin ödənilməsinə etirazı yoxdur. Göstərilənlərə əsasən iddinın təmin edilməsi barədə qətnamə qət edilməsi xahiş edilmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətinə əsasən X3 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2023-cü il tarixli Barışıq Sazişinə əsasən İddiaçı və Cavabdeh razılaşırlar ki, birgə nikahdan doğulmuş Yağmur Zeynalovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment ödəməli olan Cavabdeh hər ay 220 manat alimenti xanımın şəxsi kart hesabına ödəyir. Alimentin ödənilməsi 2023-cü ilin may ayının 1-dən başlanılır və hər ayın 7-nə kimi ödənilir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışa əsasən İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesi davam etdirməmişdirlər. İlkin mediasiya sessiyasınin keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci İddiaçı ödəmişdir. İş materiallarındakı qəbzlərdən müəyyən olunur ki, iddaçı vəkil xidmətinə görə 50 manat və 250 manat, cəmi 300 manat ödəniş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə ünvanlayaraq, hazırki iddia üzrə iddiaçıya X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ya 246 manat alimentin və ya ölkə üzrə minimum əmək haqqının 0,64 misli həddində aliment ödəməyə razı olduğunu bildirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1254/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı şikayəti təmin olunaraq, Qubadl Rayon Məhkəməsinin 2(028)-170/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 2(028)-170/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qubadlı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərardadda qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2025-ci il tarixli, 2(102)-2307/2025 nömrəli qərarında göstərilmişdir ki, tərəflər arasında Bakı 13 saylı Mediasiya təşkilatında bağlanmış 19 aprel 2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunmamış və icra vərəqəsi verilməmişdir. Tərəflər Barışıq sazişinin könüllü icrasından boyun qaçırmırlar, Cavabdeh müəyyən edilmiş aylıq 220 manat sabit pul məbləğində alimenti vaxtıvaxtında iddiaçıya ödəyir. Tərəflərin razılığı olmadan Barışıq sazişi üzrə alimentin indeksasiyası, məhkəmə tərəfindən alimentin miqdarının dəyişdirilməsi mümkün deyildir. Belə olan halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1, 110.2 və 112.1-ci maddələrinin və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarının hazırkı mübahisənin həllində tətbiqi istisna olunur. İddiaçı Bakı 13 saylı Mediasiya təşkilatında bağlanmış 19 aprel 2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı Barışıq sazişi ilə müəyyən edilmiş aylıq 220 manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək, xx.xx.2022-ci il təvəllüdlü Yağmur Zeynalovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh atası Cavabdeh hər ay 246 manat sabit pul məbləğində alimentin, yaxud sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbinin yaşayış minimumu məbləğinin artımına əsaslanması və mahiyyətcə indeksasiya xarakteri daşıması hər bir halda iddianın yolverilməzliyinə əsas vermir, Cavabdeh aliment tutulması haqqında məhkəmə aktı, yaxud məhkəmə tərəfindən təsdiq edilmiş Barışıq sazişi, həmçinin icra sənədi olmadığına görə alimentin icra icraatı qaydasında indeksasiyasını aparmaq və alimentin müəyyən olunmuş miqdarını dəyişmək də mümkün deyildir. Bu baxımdan hazırkı iş üzrə iddiaçının tələbi yol verilən hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 100-cü maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına xx.xx.2024-cü il tarixdə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı Qərarı ilə dəyişikliklər edilmişdir.) Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, hazırda iddiaçı bir uşağın saxlanılması üçün cavabdehdən tutulacaq alimenti ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində tələb edir. Məhkəmə cavabdehin razılıq ərizəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -107-ci maddəsəyə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddiaçı Vəkil hüquq xidmətlərindən istifadə etdiyinə görə 300 manat ödədiyi vəkil yardımına görə xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Bakı 13 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı Barışıq Sazişi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment xx.xx.2025-ci il tarixdən başlayaraq tutulub İddiaçı ödənilsin. Cavabdeh 300 manat ödənilmiş hüquqi xidmətin əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(028)-170/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-170/2025
13.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver