Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-3/2025 17.02.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X14 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi İddiaçı, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh uşağının onun himayəsinə verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 onun himayəsinə verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-489/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış nikah pozulmuşdur. Nikah pozularkən birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 ana Cavabdeh yanında qalması qət edilmişdir. Uşaqların ananın yanında qalması qət edilsə də, cavabdeh ona zəng edib bildirdi ki, gəlib uşaqlarını aparsın, özü baxa bilmir, əgər uşaqları gəlib götürməsə, onları yetimlər evinə verəcək. Bundan sonra uşaqları gətirib ona verdi. Bu gunki günə kimi uşaqlar onun himayəsindədir, onlara o baxır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə uşaqların ananın yanında qalması müəyyən edilsə də, uşaqların hər ikisi çox kiçik yaşlarından onunla birlikdə ünvan 1 ünvanında yaşayırlar. Uşaqlara maddi cəhətdən o, baxır. Onların qayğısına qalır. Uşaqlar onun himayəsində qaldığından cavabden ondan aliment də tələb etməmişdir. X1 Xətai rayonu İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin 7-cı sinfində, X7 isə həmin məktəbin 6-cı sinfində oxuyur. Artıq uşaqlar heç bir halda analarının yanına qayıtmaq istəmirlər. İddiaçı hesab edir ki, ilə münasibətlərinin davam edən xarakter daşıdığı üçün, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, uşaqların onun himayəsinə verilməsini tələb etmək hüququ vardır. Çünki uşaqlara baxır və onların bütün təlabatlarını özü ödəyir. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı vəkilinin izahatına uyğun ifadə verərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında xx.xx.2011-ci il təvəllüdlü X6 atası ilə qalmaq istəyini bildirdi. Məhkəmə iclasında xx.xx.2012-ci il təvəllüdlü X7 atası ilə qalmaq istəyini bildirdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddiaçının ona qarşı uşaqların atanın himayəsinə verilməsinə dair iddia tələbinin qanunsuz və əsasız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı övladları anadan olmuşdurlar. İddiaçı ilə ailə qurduqdan ilk 2 ayda münasibətləri normal olmuşdur. Müəyyən vaxtdan sonra İddiaçı pis vərdişləri, insan sağlamlığı üçün zərərli vərdişləri (narkotik və psixotrop maddələri istifadə etməsi) olduğu üçün münasibətiəri soyudu. O 2 azyaşlı övladlarının xatirinə, ailənin dağılmaması üçün əlindən gəldiyi qədər səbr edərək, onun narkotik və psixotrop maddələri istifadə etməyinə göz yummağa çalışmışdı. Lakin müəyyən vaxtdan sonra İddiaçı dəfələrlə narkotik və psixotrop maddələri istifadə etdiyinə görə polislər tərəfindən saxlanıldığı üçün barəsində xoşagəlməz halların başverdiyi üçün o, məcburiyyət qarşısında qaldığına görə xx.xx.2018-ci il tarixində “Nikahm pozulması və aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinə müraciət eləmişdi. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-489/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən İddiaçı Bəldr oğlu ilə nikahı pozuldu. Nikah pozularkən birgə nikahdan anadan olmuş azyaşlı övladları 23 fevral 2011-ci il təvəllüdlü X6 və 13 fevral 2012-ci il təvəllüdlü X7 onun yanında qaldılar. Bakı şəhəri Xəzər rayonunda nikahının pozulması və aliment tələbinə dair 2(003)- 4701/2018 saylı, 2(003)-489/2019 saylı mülki işə baxılarkən İddiaçı ona bildirmişdi ki, o, heç bir yerdə işləmir, aliment ödəməyə maddi imkanı yoxdur, ondan aliment tələb eləməsin, o imkanı olduqca azyaşlı uşaqlarının saxlanılması üçün maddi cəhətdən köməldik edəcək. O da onun sözlərinə inanmış, aliment tələbi olmadığı barədə ərizə ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hakimi Rəşad Həsənova müraciət eləmişdi. O, Cavabdeh 2016-cı ildən Bakı şəhəri, Xəzər rayonu 156 saylı tam orta məktəbdə İngilis dili müəllimi olaraq çalışır. Mülki iş üzrə İddiaçı evlilik müddətindən nikahının ləğv edildiyi günə qədər heç bir yerdə işləməyib. Mülki iş üzrə İddiaçı ona qarşı yazdığı iddia ərizəsi tamamən yalan məzmundan ibarətdir. Bir ana olaraq o heç bir zaman 2 azyaşlı övladlarını yetimlər evinə göndərəcəyini İddiaçı deməmişdir. Daima 2 azyaşlı övladlarımn yanında saxlamağa maddi imkanı və lazımi mənzil şəraiti var. 2020-ci ilin sentyabr ayına qədər övladları xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 onun yanında qalırdılar. Həftənin şənbə və bazar günləri uşaqları görmək üçün ondan alırdı, o da icazə verirdi. Sonuncu dəfə İddiaçı uşaqları ondan aldı və geri gətirmədi. Uşaqlar məhkəmə qətnaməsi əsasında onda olduğu halda uşaqları ona geri qaytarmadığı üçün dəfələrə polis şöbələrinə müraciətlər eləmişdir. Son olaraq xx.xx.2024-cü il tarixində İddiaçı onu öldürəcəyi barədə hədələməsi, iş yerinə gəlib onu iş yoldaşlarının yanında təhqir etməsi və övladlarını onaə geri qaytarmamsı ilə bağlı şikayət ərizəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə şikayətlə müraciət eləmişdir. Araşdırma zamanı hər ikisinin izahatları alınmamışdır. İddiaçı Cavabdeh qarşı “uşaqlarn atanın himayəsinə verilməsi tələbinə dair” irəli sürdüyü iddia tələbini sübut edəcək heç bir maddi sübutunun olmayan, iddiasını sübut edəcək heç bir müqaviləsi və ya qəbzi olmayan, qanunsuz və əsassız iddia tələbi olan, tamamən yalan məzmunda tamah məqsədi ilə yazılmış iddia ərizəsi olduğuna görə qanunvericiliyin tələblərinə görə etiraz ərizəsi nəzərə alaraq məhkəmə tərəfindən rədd edilməlidir. İddia tələbini heç bir şəkildə qəbul etmir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 489/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nikah evində bağlanmış 1291№-li akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 Cavabdeh yanında qalması qət edilmişdir. İş materiallarında olan Xəzər rayon qeydiyat şöbəsi tərəfindən verilmiş Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikah xx.xx.2019-cu ildə ləğv edilmişdir. Bu barədə akt qeydləri kitabında №78 ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi İ.Məmmədov adına 261 saylı məktəb liseyinin 150 saylı xx.xx.2024cü il tarixli arayışdan görünür ki, X3 rayon İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin Vİ sinfində təhsil alır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi İ.Məmmədov adına 261 saylı məktəb liseyinin 151 saylı xx.xx.2024cü il tarixli arayışdan görünür ki, X2 rayon İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin Vİ sinfində təhsil alır. İş materiallarında olan İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Mediasiya xərcini İddiaçı ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin 21268 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri Xəzər rayon qeydiyyatında olan xx.xx.1980-cı il təvəllüdlü İddiaçı “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin narkoloji qeydiyyatında yoxdur. İş materiallarında olan Qubadlı rayon Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli 5-62/2-310/2024 saylı rəyində göstərilir ki, komissiya tərəfləri və xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 təkidlə atalarının yanında yaşamaq istəklərini, uşaqların hazırda ataları ilə birgə yaşamalarını, yaşadıqları ünvana yaxın orta məktəbdə təhsil aldıqlarını, yaşadıqları evdə mənzil şəraitinin olmasını nəzərə alaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 ataları İddiaçı himayəsində saxlanmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda komissiya uşaqların anası Cavabdeh vaxtaşırı uşaqları ilə ünsiyyətdə olması üçün şəraitin yaradılmasını vacib hesab edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 11/611 saylı xx.xx.2024cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4 hal-hazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı üzrə çıxmır. xx.xx.2012-ci il təvəllüdlü X5 hal-hazırda atası İddiaçı və anası Cavabdeh bağlılığı müəyyən olunmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. Valideynləri və digər yaxın qohumları arasındakı qarşılıqlı münasibəətlərlə mövcud olan gərginlik xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 emosional-iradi sferasına sirayət etməklə, anaları Cavabdeh olan münasibətlərinə neqativ təsir göstərmişdir. Boşanmadan sonra uşağın hansı valideynin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il № 8-2/2016 Qərarının 7.1-ci bəndində qeyd edilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Qərarın 7.4-cü bəndinə əsasən uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Qərarın 7.5-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin Qərarın 7.6-cı bəndinə əsasən məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Həmin Qərarın 7.8-ci bəndinə əsasən məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını məhkəmə müəyyən etməlidir. Məhkəmə uşaqların mənafelərini, onların atanın yanında yaşamalarını və onunla yaşamaq istəklərini, Məhkəmə Ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək İddiaçı yanında qalsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №e-2(028)-3/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-3/2025
17.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver