Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-403/2022 07.09.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015-2016-ci illər tarixində cavabdehlə barışıb bir yerdə yaşadıqları müddətə hesablanmış 1300 manat aliment borcunun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2015-ci il tarixli qətnaməsi ilə ondan uşağın saxlanmnası üçün 108 manat sabit pul məbləğində aliment tutulmalıdır.Cavabdeh aliment borcun olduğuna görə Abşeron Rayon icra və probasiya şöbəsinə müraciət etmişdir. İcra məmuru cinayət işinin qaldırılması ilə bağlı təqdimatla Ədliyyə Nazirliyinin istintaq şöbəsinə müraciət etmiş və cinayət işi məhkəməyə göndərilmişdir.Həmin cinayət işində aliment borcu 7017 manat göstərilmişdir. Həmin məbləğ təhrif edilmiş, çünki Abşeron Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli xəbərdarlığında onun borcu 5108 manat göstərilmişdir. Cavabdeh özü xx.xx.2021-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək onun cinayət məsuliyyətinə cəlb edilməsi və 5540 manat borcun ödənilməsini tələb etmişdir.Həmin ərizədə cavabdeh etiraf etmişdir ki, 2015- 2016-ci illər tarixinda o, cavabdehlə bir yerdə yaşayaraq təsərrüfat aparmışdır.Bu müddət ərzində cavabdehə və övladına əlavə əlavə geyim və digər zəruri ödənişlər etmişdir.Bunlar hesablansa, 2000 manatdan çox alimentdən azad olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 01 noyabr 2015-ci il tarixli icra vərəqəsinin kserosurətindən görünür ki, İddiaçı hər ay 108 (yüz səkkiz) manat sabit pul məbləğində aliment xx.xx.2015-ci il tarixdən başlayaraq tutulub xx.xx.2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh veriməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdi və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan və Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıqda göstərikir ki, aliment üzrə borcu 5108 manat təşkil edir. İş materiallarında olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt regional ədliyyə şöbəsinini müstəntiqi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli zərərçəkmiş şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Cavabdeh ifadə verərək göstərdi ki, icra zamanı ərizədə İddiaçı 5540 manat məbləğində borcun olmasını göstərmişdir.Buna səbəb Abşeron Rayon Məhkəməsinin qətnamə çıxarıldıqdan sonra İddiaçı ilə sonuncunun valideynlərinin evində 2015-2016-ci illər ərzində bir ilə yaxın yaşaması olmuşdur.Lakin hazırda həmin müddətdə onunla birlikdə yaşasa da, həmin müddətdə yaranmış aliment borcunu tələb edir və bu səbəbdən icra şöbəsinin təqdimatında göstərilmiş 7017 manat məbləğində alimentin ödənilməsini tələb edir. Beləliklə, cavabdeh 2015-2016-ci illər ərzində bir ilə yaxın iddiaçı ilə birlikdə yaşamasını etiraf etmişdir.Münasibətləri pozulan şəxslərin münasibətləri bərpa edərək, 11 ay birlikdə yaşaması onu təsdiq edir ki, iddiaçı həmin 11 ayda uşağın maddi ehtiyaclarını ödəyib, çünki cavabdeh bunun əksini təsdiq edən sübut təqdim etməyib. Əgər iddiaçı həmin 11 ayda uşağın maddi ehtiyaclarını ödəməkdən imtina edibsə, ağlabatan mühakiməyə görə münasibətlərin bərpası və birlikdə yaşayış mümkün olmazdı. Əgər bu, mümkün olubsa, deməli iddiaçı ailəsini, o cümlədən uşağın maddi ehtiyaclarını ödəyib. Odur ki, məhkəmə Ailə Məcəlləsinin 107.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçı 11 aya görə aliment borcunu ödəməkdən azad edilməlidir.11 ay görə aliment borcunun məbləği 1188 manat təşkil edir.11 ay х 108 manat=1188 manat.Belə yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2611/2022 qərarında tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 2015-2016-ci illər tarixində Cavabdeh ilə barışıb bir yerdə yaşadıqları müddətə hesablanmış 1300 manat aliment borcundan 1188 manat silinsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №e-2(028)-403/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-403/2022
07.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver