Məhkəmə qərarları › İş №e-2(028)-501/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-501/2022

04.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-501/2022 04.10.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2006-ci il tarixdə doğulmuş X4 və xx.xx.2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xeyrinə tutulan hər uşağa 100 manat olmaqla, cəmi 200 manat alimentin bir yerdə yaşadıqları 3 ildə yığılmış 7200 manat alimentin yığılmış borcdan silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə müraciət edərək 3 aya yığılmış alimentin yığılmış borcdan silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, onun cavabdehlə birqə nikahından iki uşaqları olmuşdur.Cavabdehlə olan nikah Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Aralarında olan nikah pozulsa da, onlar 3 ay bir yerdə yaşamışlar, uşaqlara hər bir qayğısını çəkib. Hesab edir ki, onların 3 ay bir yerdə yaşadıqları müddətdə olan aliment silinməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etdi və göstərdi ki, o, iddianı təmin edilməsinə etiraz etmir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Zaqatala Rayon Məhkəməsi tərəfindən verilmiş 01 dekabr 2020-ci il tarixli icra vərəqəsinin kserosurətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə doğulmuş X4 və xx.xx.2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2016-cı il tarixdən hesablanmqla hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulmalıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və lkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırki işdə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il tarixdə doğulmuş X4 və xx.xx.2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xeyrinə tutulan hər uşağa 100 manat olmaqla, cəmi 200 manat alimentin bir yerdə yaşadıqları 3 aya yığılmış 600 manat alimenti yığılmış borcdan silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar