Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-607/2024 25.12.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, İddiaçı vəkili – nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment borcları və aliment ödəməkdən azadetmə barədə tələbinə dair mülki işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məhkəmə qətnaməsinə əsasən təyin edilmiş alimentdən imtina etməsi barədə notarial qaydada təsdiq edilmiş ərizəsini nəzərə almaqla, aliment və yaranmış aliment borcunu ödəməkdən azad olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddiasını müdafiə etdiyini bildirmişdir. Cavabdeh məhkəmənin iclası barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir Məhkəmə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notarius tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli notarial qaydada bağlanmış ərizənin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü oğlu X6 oğluna atası İddiaçı tərəfindən ödəniləcək aliment tələbindən imtina etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-756/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 3381 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü oğlu X3 anası Cavabdeh yanında qalması, X2 X1 xeyrinə xx.xx.2018-ci il təvəllüdlü oğlu X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1637/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarında göstərilir ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalniz iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırki iddia tələbində isə iddiaçı borcun olmadığın bildirir, icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Eyni zamanda aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Hazırki işdə cavabdehin aliment məbləğindən imtina etməsinə dair ərizəsi sübut olaraq təqdim edilməsinə baxmayaraq, icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir. Belə ki, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3-cü və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment borcları və aliment ödəməkdən azadetmə barədə tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı xx.xx.2024-cü il tarixdə MilliÖn elektron ödəmə sistemi vasitəsilə (qəbz nömrəsi **********, büdcə təsnifat kodu 14221301, büdcə səviyyə kodu 1) ödəmiş olduğu 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qubadlı Rayonu üzrə Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №e-2(028)-607/2024
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-607/2024
25.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver