Məhkəmə qərarları › İş №e-2(029)-1021/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-1021/2022

20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-1021/2022 20.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə, İddiaçı vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı 1500 AZN məbləğində ödənilmiş alimentin iddiaçının xeyrinə tutulması və iddiaçının aliment ödənilməsindən azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı 1500 AZN məbləğində ödənilmiş alimentin iddiaçının xeyrinə tutulması və iddiaçının aliment ödənilməsindən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin e-2(029)-60/2022 nömrəli 04 fevral 2022-ci il tarixli qərarına əsasən İddiaçı 03 iyul 2020-ci il təvəllüdlü X1 üçün cavabdeh X2 xeyrinə tutulan alimentin tutulmasının dayandırılması və 03 iyul 2020-ci il təvəllüdlü X1 üçün cavabdeh X2 xeyrinə tutulmuş (ödənilmiş) 1500 AZN (min beş yüz manat) məbləğində alimentin İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsasslandırılmışdır ki, iddiaçı cavabdehlə 04 avqust 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan onların 03 iyul 2020-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Birgə yaşadıqları müddətdə tərəflər davamlı olaraq mübahisə ediblər. Belə mübahisələrin birində cavabdeh iddiaçıya bildirmişdir ki, o, uşağın atası deyildir. Bu səbəbdən iddiaçının cavabdehlə rəsmi nikahından doğulmuş uşağın bioloji atası kimi iddiaçının olub-olmamasının müəyyən edilməsi ilə bağlı Qusar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Qusar rayon məhkəməsinin e-2(029)-61/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh X3 ilə birgə nikahdan doğulmuş 03 iyul 2020-ci il təvəllüdlü X5 bioloji atası kimi iddiaçının olmaması müəyyən edilmişdir. Qusar rayon məhkəməsinin e-2(029)-60/2022 nömrəli 04 fevral 2022-ci il tarixli qərarına əsasən, iddiaçıdan 13 may 2022-ci il tarixindən 10 oktyabr 2022-ci il tarixinədək 1500 AZN (min beş yüz manat) məbləğində aliment tutulmuşdur. Hal-hazırda X2 xeyrinə ödənilmiş 1500 AZN (min beş yüz manat) məbləğində vəsaitin iddiaçıya qaytarılmasına və iddiaçının aliment ödənilməsindən azad edilməsinə zərurət yaranmışdır. 13 oktyabr 2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, buna görə 50 (əlli manat) AZN rüsum ödənilmişdir. Qusar rayon məhkəməsinin e-2(029)-60/2022 nömrəli 04 fevral 2022-ci il tarixli qərarına əsasən iddiaçıdan hər ay aliment tutulur. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Qusar rayon məhkəməsinin e-2(029)-60/2022 nömrəli 04 fevral 2022-ci il tarixli qərarına əsasən, iddiaçıdan 03 iyul 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə hər ay 175 manat məbləğində aliment tutulmuşdur. Qusar rayon məhkəməsinin e-2(029)-61/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh X3 ilə birgə nikahdan doğulmuş 03 iyul 2020-ci il təvəllüdlü X5 bioloji atası kimi iddiaçının olmaması müəyyən edilmişdir. Odur ki, Qusar Rayon Məhkəməsinin e-2(029)- 60/2022 nömrəli 04 fevral 2022-ci il tarixli qərarına əsasən İddiaçı 03 iyul 2020-ci il təvəllüdlü X1 üçün cavabdeh X2 xeyrinə tutulan alimentin tutulmasının dayandırılması və 03 iyul 2020ci il təvəllüdlü X1 üçün cavabdeh X2 xeyrinə tutulmuş (ödənilmiş) 1500 AZN (min beş yüz manat) məbləğində alimentin İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məluat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının vəkilinin izahatını dinləyərək, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan e-2(029)-60/2022 saylı 04 fevral 2022-ci il tarixli Qusar rayon məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 04 avqust 2018-ci il tarixli 2618 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 03 iyul 2020-ci il təvəllüdlü X7 anası Cavabdeh himayəsində saxlanılması və həmin uşağın yaşayış yeri kimi Cavabdeh yaşayış yeri müəyyən edilməsi, xx.xx.1981-ci ildə Qusar rayonunda anadan olmuş, ünvan 1 ünvanda yaşayan İddiaçı Cavabdeh xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 175 (yüz yetmiş beş) manat miqdarda aliment tutulması qət edilmişdir. İşdə olan e-2(029)-61/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli Qusar rayon məhkəməsinin qətnaməsinə əsasən İddiaçı cavabdeh X3 ilə birgə nikahdan doğulmuş 03 iyul 2020-ci il təvəllüdlü X5 bioloji atası olmamasının müəyyən edilməsi qət edilmişdir. İşdə olan MŞB/6-6282 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir etdiyi kimi, aliment öhdəliklərinə xitam verdilməsi tələbinə dair mübahisə üzrə 13 oktyabr 2022-ci il tarixində, 14:30 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon məhkəməsinin e- 2(029)-60/2022 nömrəli 04 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən əsasən, iddiaçıdan cavabdehin xeyrinə 03 iyul 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər 175 manat məbləğində aliment tutulmuşdur. Bundan sonra isə Qusar rayon məhkəməsinin e-2(029)-61/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 03 iyul 2020-ci il təvəllüdlü X5 bioloji atası olmaması müəyyən edilmişdir. Bununla da, İddiaçı Cavabdeh doğulmuş Milana adlı uşağın saxlanması və bununla bağlı aliment ödənilməsi ilə bağlı hər hansı öhdəliyi qalmamışdır. Belə ki, uşağın saxlanması üçün alimentin ödənilməsi öhdəliyi valideynə aiddir, iddiaçı isə hazırda həmin uşağın valideyni deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən atalığa, analığa dair mübahisəni bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 109.2-109.2.3-cü maddələrinə əsasən aşağıdakı hallar istisna olmaqla alimentin qayatılması yolverilməzdir: aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə: məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, Qusar rayon məhkəməsinin e-2(029)-61/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 03 iyul 2020-ci il təvəllüdlü X5 bioloji atası olmaması müəyyən edildiyindən Qusar Rayon Məhkəməsinin e-2(029)-60/2022 nömrəli 04 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 03 iyul 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə alimentin tutulması dayandırılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 03 iyul 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün ödədiyi 1500 manat alimentin qaytarılması tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 109-cu maddəsinə əsasən alimentin geri qaytarılması yolverilməzdir, həmçinin iddiaçı həmin alimenti Milana adlı uşağın saxlanması üçün ödəmiş, həmin pul həmin uşağın saxlanmasına xərclənmiş və həmin vaxt iddiaçı həmin uşağın atası olmuş, aliment qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasında-yəni qanuni əsasla tutulmuşdur. Odur ki, məhkəmə həmin hissədə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin e-2(029)-60/2022 nömrəli 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı 03 iyul 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə tutulan alimentin tutulması dayandırılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar