Məhkəmə qərarları › İş №e-2(029)-1163/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-1163/2025

16.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-1163/2025 16.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Cavabdeh iştirakları, İddiaçı X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə. Müəyyən etdi: İddiaçı X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə razılığa gələ bilmədiklərinə görə birgə faktiki nikahlarından 16 iyun 2018-ci il tarixdə doğulan oğlu X8, 12 iyul 2019-cu il tarixdə doğulan qızı X12, 19 yanvar 2021-ci il tarixdə doğulan oğlu X18 uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin hər uşağa 246 (iki yüz qırx altı) manat, ümumiyyətlə, aylıq üç uşağa 738 (yeddi yüz otuz səkkiz) manat məbləğində alimentin Cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən əvvəlki 3 (üç) illik müddət daxil olmaqla ondan tutularaq birgə faktiki nikahlarından 16 iyun 2018-ci il tarixdə doğulan oğlu X8, 12 iyul 2019-cu il tarixdə doğulan X12, 19 yanvar 2021-ci il tarixdə doğulan oğlu X18 saxlanılması üçün uşaqları saxlayan ana iddiaçı X4 verilməsi, Cavabdeh nümayəndə və vəkilin göstərdiyi yardıma görə ödədiyi 550 (beş yüz əlli) manat, mediasiya xidmətinə görə ödədiyi 60 manat, cəmisi 601 (altı yüz bir) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə faktiki nikahları 18 noyabr 2018-ci il il tarixdə Qusar şəhərində, Məryəm şadlıq sarayında keçirilmişdir. Məryəm şadlıq sarayında birgə faktiki nikahları keçirildikdən sonra Cavabdeh atasına məxsus ünvan 1 ünvanda fərdi yaşayış evində birgə yaşamışlar. İş axtarışı məqsədilə Rusiya Federasiyasınının Volqoqrad şəhərinə getmiş, bir müddət Rusiya Federasiyasının Volqoqrad şəhərində birgə ailə təsərrüfütını idarə etmişlər. Birgə faktiki nikahlarından 3 (üç) övladları doğulmuşdur: 16 iyun 2018-ci il tarixdə, oğlu X19, 12 iyul 2019-cu il tarixdə X23, 19 yanvar 2021-ci il tarixdə oğlu X24 doğulmuşdur. İlk əvvəl birgə nikah dövründə çox yaxşı ailə münasibətləri olmuşdur. Sonradan cavabdehin xoşagəlməz hərəkətlərindən aralarında incikliklər yaranmışdır. Cavabdeh bir xanımla kifayətlənmək fikrində olmamışdır. Onun həyatında başqa xanımların olması ailədə ciddi narazılıqlara səbəb olmuşdur. Ailədə cavabdehlə onun arasında olan narazılıqlar birgə faktiki nikahlarının pozulması il nəticələnmişdir. Cavabdehlə birgə faktiki nikahlarından doğulan uşaqlarının hər üçünə cavabdeh tərəfindən atalıq verilmişdir. Cavabdehlə bir yerdə yaşamaq mümkün olmamışdır, cavabdeh birgə faktiki nikah dövrünün müəyyən hissəsini onunla və uşaqları ilə birgə yaşasa da, 3 (üç) ildən yuxarı müddətdir ki, Cavabdeh ailə üzvlərilə bir yerdə olmur, başqa bir qadınla faktiki nikah quraraq Qusar şəhərində atasına məxsus fərdi yaşayış evində yaşayırlar. Birgə faktiki nikahdan doğulan uşaqlarını o tək saxlayır, tənha qadındır, uşaqların atasından bu vaxtadək uşaqların saxlanması üçün heç bir vəsait daxil olmayıb. Neçə illərdir ki, uşaqların saxlanması üçün maliyyə köməkliyi tələb etməyinə baxmayaraq Cavabdeh uşaqların saxlanılmasına köməklik göstərmir. Birgə faktiki nikahları dövründə doğulmuş 3 uşağının saxlanması üçün Cavabdeh uşaqların saxlanmasına köməklik göstərməyib. O, uşaqları saxlamaqla bahəm aldığı əmək haqqı hesabına ailənin möhkəmlənməsi naminə onun fərdi əməklə məşğul olması üçün müəyyən avadanlıqlar alıb vermişdir ki, cavabdeh pul qazanıb, uşaqların saxlanmasına görə ona köməklik göstərsin. Bunların əvəzində cavabdeh 3 (üç) uşaqlı anaya xəyanət edərək başqa- başqa qadınlarla sevgi məcarələri yaşamışdır. 3 ildən yuxarı müddətdir ki, dəfələrlə müraciətinə baxmayaraq uşaqların saxlanmasına köməklik göstərmir. Uşaqların nə şəraitdə və necə saxlanması onu əsla maraqlandırmır. Cavabdehin maraqlandıran yeganə yeni-yeni xanımlarla əylənib vaxtını keçirməkdir. Cavabdeh ilə yanvar 2021-ci il tarixdən etibarən bir mənzildə yaşamırlar. Ailəsinə baxmadığına görə, xoşagəlməz hərəkətlərlə məşğul olduğu üçün, xasiyyətləri uyğun olmadığı üçün birgə təsərrüfatı idarə etmirlər, ər-arvad kimi yaşamırlar. Cavabdeh ilə ailə həyatının pozulmasının səbəbi onun evə gəlməməsi, xoşagəlməz aludələrlə məşğul olması, ailəni maddi cəhətcə təmin etməməsi, onunla, uşaqları ilə ünsiyyətdə olmaması və başqa qadınlarla əylənməsidir. Cavabdeh ilə barışmaq, onun gələcək birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün deyil. Cavabdeh xx.xx.2025-ci il tarixdə, 1 saylı X13 çağırılsa da, onunla razılığa gəlməyib. Hazırda o, iddiaçı X14 Cavabdeh birgə razılığa gələ bilmədiyinə görə birgə faktiki nikahlarından doğulan yetkinlik yaşına çatmayan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin hər uşağa 246 (iki yüz qırx altı) manat, ümumiyyətlə, aylıq 738 (yeddi yüz otuz səkkiz) manat məbləğində Cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin l00.3-cü maddəsinə əsasən əvvəlki 3 (üç) illik müddət daxil olmaqla alimentin tutularaq birgə faktiki nikahımızdan 16 iyun 2018-ci il tarixdə doğulan oğlu X8, 12 iyul 2019-cu il tarixdə doğulan X12, 19 yanvar 2021-ci il tarixdə doğulan oğlu X18 saxlanılması üçün uşaqları saxlayan ana iddiaçı X4 verilməsi barədə Qətnamə çıxarılmasını xahiş edir. Uşaqların əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın inkişafı üçün daima şərait yaradır, uşaqların fiziki və mənəvi tərbiyyəsi ilə vaxtaşırı məşğul olur. Sadəcə olaraq maddi çətinliklərlə rastlaşmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı X9 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı X9 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, iddiaçı X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı tərəfdən 3 il ərzində alimentin ödənilməsi barədə ondan tələb olunmamışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, o, iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, o, hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 450 manat aliment verə bilər. Bu uşaqlar onun ikinci evliliyindən anadan olmuşdur. Birinci evliliyindən 1 uşağı var, o həmin uşağa görə 100 ABŞ dolları məbləğində yəni 170 manat aliment ödəyir. İddianın qalan hissədə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının və onun etibarnamə üzrə nümayəndəsi və vəkilinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan İİİ-PK 726656 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 16 iyun 2018-ci il tarixdə Rusiya Federasiyası, Volqoqrad vilayəti, Volqoqrad şəhərində anadan olmuşdur. X1, anası X6. İşdə olan İİİ-PK 703148 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 12 iyul 2019-cu il tarixdə Rusiya Federasiyası, Volqoqrad vilayəti, Volqoqrad şəhərində anadan olmuşdur. X1, anası X6. İşdə olan İİİ-PK 727241 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 19 yanvar 2021-ci il tarixdə Rusiya Federasiyası, Volqoqrad vilayəti, Volqoqrad şəhərində anadan olmuşdur. X1, anası X6. İşdə olan **********8 Ayli qəbzin surətindən görünür ki, Azər Q. Hesab kartına 550 manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 5612 saylı qəbzin surətindən görünür ki, Vəkil tərəfindən Qusar rayon Mediasiya təşkilatının hesabına 60 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. AzərbaycanRespublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahlarından anadan olmuş İsmayıl, İera və Davud adlı uşaqların qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay hər uşaq üçün 246 (iki yüz qırx altı) manat olmaqla, ümumiyyətlə aylıq üç uşağa görə 738 (yeddi yüz otuz səkkiz) manat miqdarında deyil, hər ay hər uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimun aylıq əməkhaqqının 0.425 misli miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Həmçinin Cavabdeh məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi kimi, hər ay ümumilikdə 450 manat miqdarında alimentin təyin edilməsi İsmayıl, İera və Davud adlı uşaqların mənafeləri baxımından məhkəmə məqsədə müvafiq hesab etmir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən əvvəlki 3 (üç) illik müddət daxil olmaqla Cavabdeh aliment tutulması hissəsində iddia təmin edilməməlidir. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəf yuxarıda qeyd olunan maddəni əsas gətirmiş, lakin Cavabdeh alimenti ödəməkdən qərəzli şəkildə boyun qaçırmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək cavabdeh tərəfindən alimentin ödənilməsindən ötrü hər hansı tədbirlər görməsi və cavabdehin onu verməkdən boyun qaçırması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məsələn, aliment tələbi ilə bağlı cavabdehə rəsmi müraciət etmiş olsun və s. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, X20 tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 23 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, iddiaçı X20 dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 6120 manat (12 X 3 X 170 =6120) təşkil edir. Belə ki, aliment həray hər uşaq üçün minimum aylıq əmək haqqının 0.425 misli miqdarında təyin olunmuşdur (0.425 X 400= 170 manat). Bununla da, iş üzrə iddianın qiyməti 6120 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 5120 (6120-1000=5120) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faiziyəni 51.20 manat, cəmi isə 81.20 (səksən bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. İş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadlı ilə 16 iyun 2018-ci il təvəllüdlü X7, 12 iyul 2019-cu il təvəllüdlü X10 və 19 yanvar 2021-ci il təvəllüdlü X16 saxlanılmaları ilə bağlı Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq X2 verilməsi, müvəqqəti alimentin ödənilməsi xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Aliment tutularkən Qusar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(029)- 38/2025 saylı X11 barədə qərardadı nəzərə alınmalıdır. İddia tələbi qismən olsada iddiaçının xeyrinə qəbul olunduğu üçün, Cavabdeh nümayəndə və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 550 (beş yüz əlli) manat, mediasiya xidmətinə görə ödədiyi 60 manat, cəmisi 600 (altı yüz) manat pul vəsaiti tutularaq iddiaçı X4 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X5 xeyrinə 16 iyun 2018-ci il təvəllüdlü X7, 12 iyul 2019-cu il təvəllüdlü X10 və 19 yanvar 2021-ci il təvəllüdlü X16 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimun aylıq əməkhaqqının 0.425 misli miqdarında aliment tutulsun. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Aliment tutularkən Qusar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(029)- 38/2025 saylı X11 barədə qərardadı nəzərə alınsın. X3 81.20 (səksən bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Cavabdeh nümayəndə və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 550 (beş yüz əlli) manat, mediasiya xidmətinə görə ödənilmiş 60 manat, cəmisi 600 (altı yüz) manat pul vəsaiti tutularaq iddiaçı X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar