Məhkəmə qərarları › İş №e-2(029)-146/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-146/2023

23.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-146/2023 23.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Məmmədov Tural Etibar oğlunun katibliyi ilə İddiaçı cavabdeh Ələskərova (Yardumova) Nuranə Dair qızınaqarşı “aliment tələbinə”dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçıCavabdeh qarşı “aliment tələbinə”dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,30 noyabr 2011-ci il tarixində anadan olmuş X1 üçün ayda 195 manat alimentin müəyyən edilməsinədairqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayon məhkəməsinin 16 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdeh Ələskərova (Yardumova) Nuranə Dair qızı ilə 22 sentyabr 2010-ci il tarixdə Qusar rayonu Hil kənd İƏD-nin Nümayəndəliyində 45 sayla bağlanılmış nikahına xasiyyətləri uyğun gəlmədiyi üçün xitam verilmiş,həmin nikahdan olanX2 cavabdehin himayəsində saxlanılması və azyaşlı uşağı 30 noyabr 2011-ci il tarixində anadan olmuş Vüsalın saxlanılması üçün hər ayda 120 manat alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Vüsal cavabdehlə,yəni anası ilə yola getmədiyi üçün həmin şəxslə bir yerdə yaşamaq istəmədiyinibildirərək iddiaçının yanına qayıtmışdır.Hal hazırda Vüsal iddiaçının himayəsindədir. 28 noyabr 2022-ci il tarixində keçirilən Mediasiyaprosessinəcavabdeh heç bir üzürlü səbəb göstərmədən gəlməkdən imtina etmişdir.Qusar RİH-nın Qəyyumluq və Himayəşilik Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli,TK/30 saylı rəydən görünür ki,uşağın mənafeyi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla, xx.xx.2011-ci ildə anadan olmuş Vüsalın iddiaçınınyanında qalması məqsədəuyğun hesab edilmişdir. Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-471/2022 saylı qətnaməsi ilə Vüsalın iddiaçının himayəsinə verilməsi qət edilmişdir. Maddi cəhətdən imkanları məhdud olduğu üçün uşağın saxlanılması üçün aliment tələbi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkilməhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, Vəkil məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o iddianı müdafiə edir və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, səhhətində yaranmış problemlə əlaqədarxx.xx.2023-cü il tarixə saat 12:00-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Ələskərova (Yardumova) Nuranə Dair qızıməhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qismən qəbul edir, iddiaçı ilə birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün hər ay 50 manat məbləğində pul verə bilər. Həmçinin bildirmişdir ki ,hazırda o, heç bir yerdə işləmir, maddi vəziyyəti yaxşı deyil. Bundan başqa əgər iddiaçı uşağı saxlaya bilmirsə qaytarsın ona, o, saxlayar. Bundan başqa bildirmişdir ki, səhhətində yaranmış problemlə əlaqədar xx.xx.2023-cü il tarixə saat 11:30-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İ 387060 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 nikahları xx.xx.2020-cil il tarixində Qusar rayon Qeydiyyat şöbəsində104 saylı akt qeydi pozulmuşdur. Bundan sonra cavabdeh “Yardumova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİ782280 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 30 noyabr 2011-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İşdə olan Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-231/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22 sentyabr2010-cu il tarixdə Qusar RİHB-nın Hil kənd İƏ üzrə nümayəndəliyində 45 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra uşaqları 30 noyabr 2011-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılması, 16 iyul 2020-ci il tarixdən başlayaraq 30 noyabr 2011-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün İddiaçı hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-770/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 30 noyabr 2011-ci il təvəllüdlü X4 ilə hər həftənin bazar günləri saat 10:00-dan saat 19:00-dək görüş vaxtının təyin edilməsi və görüş yeri kimi iddiaçının yaşadığı Qusar rayonu Hil kəndindəki fərdi yaşayış evinin müəyyən olunması qət edilmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)-471/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahlarından doğulmuş 30 noyabr 2011-ci il təvəllüdlü X4 atası İddiaçı himayəsinə verilməsi və həmin uşağın yaşayış yeri kimi İddiaçı yaşayış yerinin müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Ələskərova (Yardumova) Nuranə Dair qızıiddiaçı ilə birgə nikahlarından anadan olmuş Vüsal adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində hər ay iddiaçının tələb etdiyi kimi 195 (yüz doxsan beş) manat deyil, 50 (əlli) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda İddiaçı Nuranə Ələskərovanın (Yardumovanın) iş yeri və gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, cavabdehin tələb olunan miqdarda alimenti ödəmək iqtidarında olması məhkəmə iclasında tam təsdiqini tapmamışdır. Bundan başqa İddiaçı özünün işləməməsi barədə də, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 29 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, cavabdeh Ələskərova (Yardumova) Nuranə Dair qızının bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq deyildir. Odur ki, məhkəmə hesab edir ki, Ələskərova (Yardumova) Nuranə Dair qızından 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə aliment hissəsində dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75- 78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Ələskərova (Yardumova) Nuranə Dair qızından 30 noyabr 2011-ci il təvəllüdlü X2yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 50 (əlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması 29 noyabr 2022-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Ələskərova (Yardumova) Nuranə Dair qızından 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar