Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-162/2023 24.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Mamaliyeva (Şeydabəyova) Mehriban Məzahir qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Mamaliyeva (Şeydabəyova) Mehriban Məzahir qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “alimentin sabit pul məbləğində müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Mamaliyeva (Şeydabəyova) Mehriban Məzahir qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “alimentin sabit pul məbləğində müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə aylıq qazancının 1/4 hissədə alimentin tutulmasını nəzərdə tutan Qusar Rayon Məhkəməsinin 2(029)-851/2016 saylı, 06 iyun 2016-cı il tarixli qətnaməsinin dəyişdirilməsi və Cavabdeh onun xeyrinə birgə uşaqları, 31 mart 2016-cü il təvəllüdlü X1 üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 30 iyun 2015-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Cavabdehlə birgə nikahlarından onların 31 mart 2016-cü il tarixdə X5 adlı bir uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu iiçün o, Cavabdeh ayrılmışdır. Qusar Rayon Məhkəməsinin 01 fevral 2016-cı il tarixli, 2(029)- 851/2022 saylı qətnaməsinə əsasən aralarındakı nikah ləğv edilmişdir. Cavabdeh ayrıldıqdan sonra azyaşlı uşaq onun himayəsində qalmışdır. Qusar Rayon Məhkəməsinin 2(029)-851/2016 saylı, 06 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh onun xeyrinə bir uşağın saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Həmin vaxt Cavabdeh hərbi qulluqçu olmuş və Qusar şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət etmişdir. Bundan əlavə borclu Cavabdeh həm də Qusar şəhər Uşaq İncəsənət Məktəbində musiqi müəllimi vəzifəsində işləmişdir. Bu səbəblərdən məhkəmə Cavabdeh onun xeyrinə alimenti hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyənləşdirmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Qusar rayon İcra və Probasiya şöbəsinin icraatına verilmişdir. Cavabdeh alimentin tutulması üçün Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən həm Qusar şəhərində yerləşən “N” saylı hərbi hissəsinə, həm də X9 İdarəsinin Qusar şəhər Uşaq İncəsənət Məktəbinə icra vərəqəsi göndərilmişdir. Qusar şəhərində yerləşən “N” saylı hərbi hissəsinin komandanlığı tərəfindən Cavabdeh əmək haqqından 1/4 hissədə aliment vaxtlı vaxtında tutularaq ona verilmişdir. Lakin, Cavabdeh 2015-ci ildən Qusar şəhər Uşaq İncəsənət Məktəbində musiqi müəllimi vəzifəsində işləməsinə baxmayaraq və Qusar Rayon Məhkəməsinin 2(029)-851/2016 saylı, 06 iyun 2016-cı il tarixli qətnaməsinin icra olunması üçün göndərilməsinə baxmayaraq Cavabdeh Qusar şəhər Uşaq İncəsənət Məktəbində aldığı əmək haqqından ona 5 il ərzində aliment ödənilməmişdir. 03 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə şikayət etdikdən sonra Cavabdeh Qusar şəhər Uşaq İncəsənət Məktəbində aldığı əmək haqqından ona aliment ödənməyə başlanmışdır. Təxminən 5 aya yaxındır ki, Cavabdeh Qusar şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmətdən tərxis olunmuşdur. Buna görə də Cavabdeh Qusar şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmətlə əlaqədar aldığı əmək haqqından onun xeyrinə tutulan aliment kəsilmişdir. Cavabdeh Qusar şəhər Uşaq İncəsənət Məktəbində aldığı əmək haqqı isə cəmi 18N manat olmaqla ona aylıq ödənilən aliment həmin əmək haqqının 1/4 hissəsi olan cəmi 45 (qırx beş) manatdır. O, özü xəstədir, İİ qrup əlildir. Azyaşlı uşağı da xəstədir, xroniki “kəkələmək” xəstəliyindən əziyyət çəkir. Bununla əlaqədar o, hər ay uşağın müalicəsinə 15N manatdan artıq pul xərcləməyə məcburdur. Lakin, Cavabdeh Qusar şəhər Uşaq İncəsənət Məktəbindən aldığı əmək haqqından ona ödənilən 45 manat alimentlə o, uşağının nəinki müalicəsini apara bilmir, hətta uşağın cüzi tələbatlarını belə ödəyə bilmir. Ona görə də o, Cavabdeh onun xeyrinə alimentin hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında tutulmasını istəmir və alimentin hər ay ödənilən sabit pul məbləğində müəyyənləşdirilməsini tələb edir. Cavabdeh maddi vəziyyətini və uşaqların minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay ona azyaşlı uşağının saxlanması üçün 193 manat sabit pul məbləğində aliment ödəməlidir. Bundan başqa, Cavabdeh məhkəməyə iddiaya etiraz göndərərək göstərmişdir ki, 30 iyun 2015-ci il tarixdə iş üzrə İddiaçı (bundan sonra iddiaçı) ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. Həmin nikahdan onların 31 mart 2016-cı il təvəllüdlü Məryam adlı bir övladları dünyaya gəlmişdir. Daha sonra ailə münasibətləri pozulduğu üçün aralarında olan nikah Qusar rayon Məhkəməsinin qətnaməsinə əsasən ləğv edilmişdir. Ailə münasibətləri pozulduqdan sonra birgə nikahlarından anadan olmuş Məryam iddiaçının himayəsində qalmışdır. Qusar rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli, 2(029)-851/2016 saylı qətnaməsi ilə ondan iddiaçının xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərin 1/4 hissəsi miqdarda alimentin tutulması qət edilmişdir. Həmin vaxtdan başlayaraq fasiləsiz olaraq qazancının 1/4 hissəsi ondan tutularaq iddiaçıya ödənilir. Hal-hazırda iddiaçı tərəfindən ona qarşı qaldırılmış iddia tələbinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq etiraz edir. Belə ki, o, hal-hazırda X10 İdarəsnin Qusar şəhər uşaq İncəsənət Məktəbində qarmon ixtisasi üzrə müəllim vəzifəsində işləyir və aylıq əmək haqqı 30N manat təşkil edir. Başqa qazancı və gəliri yoxdur. İddiaçının tələb etdiyi məbləğ gəlirinin 50 faizindən də çox hissəsini təşkil edir. Belə olan halda onun maddi vəziyyəti daha da pisləşir. O, övladını saxlamaqdan və ona qayğı göstərməkdən boyun qaçırmır, lakin aldığı maaşdan sabit pul məbləğində alimenti ödəmək imkanı yoxdur. Odur ki, yuxarıda qeyd etdiklərini nəzərə alıb İddiaçı ona qarşı iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Mamaliyeva (Şeydabəyova) Mehriban Məzahir qızının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, iddiaçı 30 iyun 2015-ci il tarixdə cavabdeh ilə ailə həyatı qurmuş, onların birgə nikahlarından 31 mart 2016-cı il tarixdə Məryam adlı bir uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün 06 iyun 2016-cı il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşağın saxlanması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərin ¼ hissəsi miqdarında aliment tutulmuşdur. Cavabdeh əvvəllər N-80N manat maaş almış, 200-25N manat aliment ödəmişdir. Cavabdeh əvvəllər hərbi qulluqçu olmuş, hazırda isə işdən azad olunmuşdur. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, o, əvvəllər hərbi qulluqçu olmuş, bundan əlavə musiqi məktəbində işləmişdir. Əvvəl o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində işlədiyinə görə N manat, musiqi məktəbdə işlədiyinə görə isə 30N manat almışdır Hazırda hərbi hissədə işləmir oradan çıxmış, musiqi məktəbində işlədiyinə görə hər ay 30N manat əmək haqqı alır. O, vətən müharibəsi iştirakçısı olmuş, ağır işlərdə işləyə bilmir. Bundan başqa o, təzədən ailə həyatı qurmuş, maddi vəziyyəti yaxşı deyil, uşağın saxlanması üçün hər ay 12N manat aliment ödəyə bilər. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.4-cü maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İİİ 755605 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 31 mart 2016-cı il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-851/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 06 may 2016-cı il tarixdən başlayaraq 31 mart 2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulub X2 verilməsi, Cavabdeh 05 fevral 2016-cı il tarixdən başlayaraq 31 mart 2016-cı ildə anadan olmuş X4 üç yaşına çatana kimi hər ay 50 (əlli) manat məbləğində aliment tutulub X2 verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X9 İdarəsi Qusar şəhər Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli 24 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən 2013-cü ildən həmin məktəbdə qarmon ixtisası üzrə müəllim vəzifəsində işləyir və onun aylıq əmək haqqı hal-hazırda 300,00 (üç yüz) manatdır. İşdə olan xx.xx.2022-ci il tarixli 21268 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı qızı tərəfindən təsvir edildiyi kimi, aliment tələbinə dair mübahisə üzrə xx.xx.2022-ci il tarixində, 09:00 saatlarında keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1, 76.1.1-76.1.3-cü maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 22N manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, 06 iyun 2016-cı il tarixdə Qusar rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh 31 mart 2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. Həmin vaxt Cavabdeh hərbi qulluqçu olmaqla “N” saylı hərbi hissədə xidmət etmiş, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X9 İdarəsi Qusar şəhər Uşaq İncəsənət Məktəbində qarmon ixtisası üzrə müəllim vəzifəsində işləmişdir. Cavabdeh hərbi xidmətdən təxris olunmuş, məktəbdə isə işləməkdə davam etmişdir. Hazırda onun aylıq əmək haqqı 30N manat təşkil edir. İddiaçıya ödənilən aliment yalnız 30N manat əmək haqqından ¼ hissə miqdarında tutulur. Bu isə xeyrinə aliment tutulan şəxs olan iddiaçının maraqlarını əhəmiyyətli dərəcədə pozur, azyaşlı uşağın saxlanmasını iddiaçı üçün çətinləşdirir. Odur ki, məhkəmə Məryam adlı uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, o cümlədən tərəflərin maraqlarını nəzərə alaraq Qusar rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə alimentin miqdarının iddiaçı tərəfin tələb etdiyi kimi 193 (yüz doxsan üç) manat deyil, 120 (yüz iyirmi) manat müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, iddiaçı alimentin miqdarının 2022-ci il üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə əsaslandırmış, lakin hazırkı halda Cavabdeh həmin miqdarda aliment ödəmək iqtidarında olması, onun hər hansı konkret gəlirlərinin olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışa əsasən isə həmin şəxsin aylıq əmək haqqı 30N manat təşkil edir. Həmçinin, cavabdeh məhkəmə iclasında hər ay 12N manat məbləğində aliment ödəmək iqtidarında olduğunu bildirmişdir. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.00N manatdan 10.00N manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 3N manat + 1.00N manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, iddiaçı Mamaliyeva (Şeydabəyova) Mehriban Məzahir qızı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 100N manatdan artıq, lakin 1000N manatdan artıq olmamaqla 144N manat (12 X 120=1560) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 144N manat, 100N manatdan yuxarı iddianın qiyməti isə 440 (1440-1000=440) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 100N manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 4.4 manat, cəmi isə 34.4N manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75- 78, 112-ci maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli 2(029)-851/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.1990-cı ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, Qusar rayonu İmamqulukənd kəndində yaşayan Cavabdeh Mamaliyeva (Şeydabəyova) Mehriban Məzahir qızının xeyrinə 31 mart 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 120 (yüz iyirmi) manat miqdarda aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-162/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-162/2023
24.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver