Məhkəmə qərarları › İş №e-2(029)-22/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-22/2024

16.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-22/2024 16.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh və üçüncü şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı uşağın himayədə saxlanılmasına dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh və üçüncü şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı uşağın himayədə saxlanılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, Cavabdeh ilə birgə nikahdan olan uşağı 14 may 2011-ci il təvəllüdlü X4 onun himayəsində saxlanmasına, həmin uşağın yaşayış yeri olaraq onun yaşayış ünvanının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 21 sentyabr 2010-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahda olduqları dövrdə onların 14 may 2011-ci il təvəllüdü X11 və 10 avqust 2013-cü il təvəllüdlü X12 adlı 2 uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. 25 iyun 2016-cı il tarixdə Cavabdeh azyaşlı uşaqları da götürüb valideynlərinin evinə, Qusar rayonunun Köhnə Xudat kəndinə getmişdir. Bundan sonra Cavabdeh Qusar Rayon Məhkəməsində ona qarşı aliment tələbinə dair iddia qaldırmış, Qusar Rayon Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli, 2(029)-1598/2016 saylı qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə 2 uşağın saxlanması üçün aylıq qazancının 1/3 hissəsi miqdarında aliment qət edilmişdir. Cavabdehin apellyasiya şikayəti üzrə Qusar Rayon Məhkəməsinin həmin qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli. 2(105)-629/2017 saylı qətnaməsinə əsasən dəyişdirilmiş, ondan Cavabdeh xeyrinə 2 uşağın saxlanması üçün hər ay hər uşağa görə 80 manat, hər ayda cəmi 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qusar Rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli, 2(029)-189/2017 saylı qətnaməsinə əsasən onun Cavabdeh ilə olan nikahı pozulmuşdur. Qusar Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(029)-872/2019 saylı qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq 2 uşağın saxlanması üçün hər ay hər uşağa görə 120 manat, hər ayda cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 25 iyun 2016-cı il tarixdən, yəni Cavabdeh ondan ayrıldığı vaxtdan hər iki azyaşlı uşaqları cavabdehin yanında yaşayırdılar. O, buna etiraz etmirdi. Lakin 16 iyun 2022-ci il tarixdə saat 15-00 radələrində onun böyük oğlu 14 may 2011-ci il təvəllüdlü X11 özü müstəqil olaraq cavabdehin yanından, yəni Qusar rayonunun Köhnə Xudat kəndindən onun yanına, yəni ünvan 1 ünvanda yerləşən evinə 6-7 kilometr yoll piyada qət edərək gəlmiş, bir daha anasının yanına qayıtmamışdır. 16 iyun 2022-ci il tarixdən oğlu, 14 may 2011-ci il təvəllüdlü X11 onun yanında, onun himayəsində yaşayır. Dəfələrlə təklif etməyinə baxmayaraq həmin uşaq cavabdehin yanına qayıtmaq istəməmişdir. 15 sentyabr 2022-ci il tarixdən həmin uşağı Qusar şəhər 2 saylı Tam Orta məktəbin 6-cı sinfində təhsil alır. Ötən 7 ay ərzində Cavabdeh həmin uşaqdan bir dəfə olsun belə xəbər almamış, uşağın yanına gəlməmişdir. Qusar Rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli, 2(029)-189/2017 saylı qətnaməsinə əsasən onun Cavabdeh Səmədona ilə olan nikahı pozulsa da birgə nikahlarından uşaqların valideynlərindən kimin yanında qalması məsələsi həmin qətnamə ilə, habelə digər qətnamə ilə həll edilməmişdir. Ona görə də o, Cavabdeh ilə birgə nikahlarından olan uşağı 14 may 2011-ci il təvəllüdlü X4 onun himayəsində saxlanması, həmin uşağın yaşayış yeri kimi onun yaşayış ünvanının müəyyən edilməsini tələb edir. Digər uşağın isə cavabdehin himayəsində qalmasına etiraz etmir. Onun, azyaşlı uşağı 14 may 2011-ci il təvəllüdlü X5 himayəsində saxlayıb normal şəraitdə böyütməyə, ona tərbiyə verməyə hər cür imkanı vardır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, 22 iyun 2022-ci il tarixdə oğlu Seymur özü onun yanına gələrək onunla qalmaq istədiyini bildirmiş və həmin vaxtdan onun yanında qalır. O, oğlunu iki nömrəli məktəbə də qoymuşdur. Aralarında olan nikah pozularkən uşaqlar anasının himayəsində saxlanılıb. Seymurun 12 yaşı var. Oğlu anasının onlara uşaqlar yaxşı baxmadığını, uşaqlar arasında ayrı seçkilik saldığını deyib və anasından küsüb onun yanına qayıdıb. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, İddiaçı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddia üzrə qəyyumluq komissiyasının və ekspertlərin rəyləri ilə razıdır. O, iddianı müdafiə edir, cavabdehlə birgə nikahlarından anadan olan Seymur adlı uşağın onun himayəsinə verilməsinə, həmin uşağın yaşayış yeri kimi onun yaşayış yerinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin işi ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildrimişdir ki, iddiaçının iddia ərizəsində göstərildiyi kimi, iddiaçı ilə birgə nikahlarından iki uşaqları - 14 may 2011-ci il tarixində Seymur və 10 avqust 2013-cü il tarixində Teymur olmuşdur. Daha sonra, ailə münasibətləri pozulmuş və o, uşaqları ilə valideynlərinin yanına qayıtmışdır. Aliment tələbinə dair iddiasına əsasən Qusar Rayon Məhkəməsinin 07 noyabr 2016- cı il tarixli qətnaməsi ilə iddiaçı R. Nəsrullayevdən onun xeyrinə, onun gəlirlərinin 1/3 hissəsi miqdarında, alimentin tutulması qət edilmiş, məhkəmənin qətnaməsindən verdiyi apellyasiya şikayətinə əsasən, Qusar Rayon Məhkəməsinin qətnaməsi apellyasiya qaydasında ləğv edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə, hər uşağına görə ayda 80,0 manat olmaqla, ayda cəmi 160,0 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qusar Rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiasına əsasən Qusar Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı R. Nəsrullayevdən onun xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər uşağa görə ayda 120,0 manat olmaqla, ayda cəmi 240,0 manat miqdarında müəyyən edilmişdir. İddiaçı tərəfindən aliment, məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş qaydada və miqdarda ödənilməmiş və hal hazırda iddiaçının ona 3150,0 manat aliment borcu qalmışdır. Məhkəmə tərəfindən həmin halın nəzərə alınmasını xahiş edir. Uşağına könüllü aliment ödəməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş aliment üzrə 5 il ərzində 3150, manat aliment borcunun yaranmasına yol vermiş valideyn uşağının qayğısına qalacağına güman etmir. İddia ərizəsində qeyd edildiyi kimi, böyük oğlu Seymur 2022-ci ilin iyun ayının 16-da iddiaçının yanına qayıtmışdır. İddaçının iddiası üzrə işin məhkəmədə baxılmağa hazırlıq iclası 23 fevral 2023-cü il tarixinə təyin edilmişdir. Ailə vəziyyəti ilə və xəstə olduğu ilə əlaqədar məhkəmə iclaslarında iştirak etmək imkanına malik deyildir. İşin məhkəmədə baxılmağa hazırlıq iclası və mülki iş üzrə növbəti məhkəmə iclasları iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, uşağı 14 may 2011-ci il təvəllüdlü Seymur İddiaçı himayəsində saxlanılıb-saxlanılmaması haqqında qərar qəbul ediləndə məhkəmə tərəfindən uşağın mənafeyini nəzərə alınacağına ümid etdiyini bildirmişdir. Üçüncü şəxs Qusar rayon Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin komissiyanın nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Qusar şəhəri 3 nömrəli tam orta məktəbin fiziki tərbiyyə müəllimi X8 iştirakı ilə dindirilmiş azyaşlı 14 may 2011-ci il təvəllüdlü X11 ifadəsində bildirmişdir ki, hazırda atasının yanında qalır. Əvvəllər o, beş il anasının yanında qalmışdır. Onun doqquz yaşlı bir qardaşı da var, qardaşı anasının yanında qalır. O, anası ilə qalanda anası ona paltar alıb, yemək verib, lakin onu döyürdü. O, 16 iyun 2022-ci il tarixdən atasının yanında qalır. O, atasının yanına gələndə heç kimə deməmişdir. Həmin gün qardaşı evdə yox idi. O, atasının yanında qalmaq istəyir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan 02 fevral 2016-cı il tarixli, 2(029)-189/2016 saylı Qusar rayon Məhkəməsinin qətnaməsinə əsasən, İddiaçı ilə cavabdeh Nəsrullayeva (Hacıxanova) Gilanə Səmədovna arasında 21 sentyabr 2010-cu il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 137 sayla qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan AZ-İ 271730 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 nikahları 14 aprel 2017-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində pozulmuşdur. Nikah pozulduqdan sonra qadın “Hacıxanova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİİ 154103 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 10 avqust 2013-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X3. İşdə ola AZ-İİ 689220 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 14 may 2011-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X3. İşdə olan E.Güləliyev adına Qusar şəhər 2 nömrəli tam orta məktəbdən verilmiş 13 yanvar 2023-cü il tarixli 07 saylı arayışdan görünür ki, X12 həqiqətən E.Güləliyev adına Qusar şəhər 2 nömrəli tam orta məktəbdin 6-cı sinif şagirdidir. İşdə olan X9, X10 və X17 tərəfindən tərtib edilmiş 20 sentyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Qusar rayonu Köhnə Xudat kənd sakini Cavabdeh 2016-cı ilin iyun ayında əri, Qusar şəhəri S.Vurğun küçəsi 24 saylı evdə yaşayan İddiaçı ayrılıb birgə nikahdan olan uşaqları 14 may 2011-ci il təvəllüdlü X11 və 10 avqust 2013-cü il təvəllüdlü X12 adlı uşaqları ilə birlikdə Qusar rayonu Köhnə Xudat kəndinə valideynlərinin evinə qayıtmışdır. Həmin vaxtdan uşaqların ikisi də Qusar rayonunun Köhnə Xudat kəndində Cavabdeh yanında yaşayırdılar. Lakin 16 iyun 2022-ci il tarixdə günortadan sonra İddiaçı böyük oğlu 14 may 2011-ci il təvəllüdlü X1 rayonunun Köhnə Xudat kəndindən, anası Cavabdeh yanından ünvan 1 ünvanda yaşayan atası İddiaçı evinə qayıtmışdır. 16 iyun 2022-ci il tarixdən həmin uşaq, 14 may 2011-ci il təvəllüdlü X11 atası İddiaçı evində, atasının yanında yaşayır. Atası İddiaçı dəfələrlə təklif etməsinə baxmayaraq həmin uşaq anası Cavabdeh yanma qayıtmaq istəməmişdir. 15 sentyabr 2022-ci il tarixdən atası İddiaçı həmin uşağı Qusar şəhər 2 saylı Tam Orta məktəbinə qoymuşdur və hal-hazırda həmin uşaq Qusar şəhər 2 saylı Tam Orta məktəbində təhsil alır. İşdə olan Qusar RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasının 03 may 2023-cü il tarixli TK/21 nömrəli rəyindən görünür ki, qeyd olunan bütün halları nəzərə alaraq Komissiya 14 may 2011-ci il tarixdə anadan olmuş X4 atası İddiaçı yanında qalması barədə qətnamə qəbul edilməsini məqsədə uyğun hesab edir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 20 dekabr 2023-cü il tarixli 11/580 saylı məhkəmə-psixoloji ekspertizasının ekspert rəyindən görünür ki, İddiaçı fərdi-psixoloji xüsusiyyətlərində X4 emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. 2-ci və 4-cü suallar üzrə Cavabdeh ilə məhkəmə-psixoloji ekspertizası keçirilmədiyindən barəsində ekspert qarşısında qoyulmuş suala cavab verilməmişdir. 5-ci sual üzrə 14 may 2011-ci il təvəllüdlü X4 hazırda atası İddiaçı və anası Cavabdeh bağlılığı müəyyən olunmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. 14 may 2011-ci il təvəllüdlü X4 hazırda qardaşı 10 avqust 2013-cü il təvəllüdlü X6 bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunur. Boşanmadan sonra uşağınhansı valideynin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş bildirişdən görünür ki, 20 dekabr 2023-cü il tarixli 11/580 saylı məhkəməpsixoloji ekspertizasının dəyəri 100 (yüz) manat təyin edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 03 may 2023-cü il tarixli TK/21 saylı rəyi müzakirə edərək həmin rəylə razılaşır. Belə ki, həmin rəy 14 may 2011-ci il təvəllüdü X11 adlı uşağın mənafeyi baxımından tam düzgündür, rəy üzrə ətraflı araşdırma aparılmaqla tərəflərin həyat şəraitləri, yaşadıqları evdə olan psixoloji mühit, tərəflərin uşaqlara olan münasibətləri ətraflı təhlil edilmişdir. Ona görə də, məhkəmə həmin rəyləri işi faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Həmçinin, məhkəmə iş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının yuxarıda göstərilən rəyini də işin hallarını müəyyən edən kifayət qədər dolğun və əsaslı sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 21 sentyabr 2010-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar və birgə nikahlarından 14 may 2011-ci il təvəllüdü X11 və 10 avqust 2013-cü il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və aralarındakı nikah pozulmuşdur. Tərəflər ayrıldıqları vaxtdan birgə nikahlarından anadan olmuş uşaqlar cavabdehin yanında yaşayırdılar. 16 iyun 2022-ci il tarixdə X12 adlı uşaq cavabdehin yaşadığı ünvandan yəni-Qusar rayonunun Köhnə Xudat kəndindən iddiaçının yanına, yəni ünvan 1 ünvanda yerləşən evinə gəlmiş, onunla yaşamışdır və məhkəmə iclasında da atası ilə yaşamaq istədiyini bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 48.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1 və 58.2-ci maddələrinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir (7.3). Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 14 may 2011-ci il təvəllüdü X4 hüquq və mənafelərini əsas götürərək, həmçinin onun valideynlərinin maraqlarını, onların həyat şəraitlərini, 14 may 2011-ci il təvəllüdü X4 atası İddiaçı yanında qalmaq istəməsini, Qəyyumluq və Himayəçilik Komissiyasının yuxarıda göstərilən rəyini, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş məhkəmə-psixoloji ekspertizasının ekspert rəyini və.s hallarını nəzərə alaraq hesab edir ki, hal-hazırkı vəziyyətdə 14 may 2011-ci il təvəllüdü X11 adlı uşağın atası İddiaçı himayəsində saxlanılması həmin uşağın mənafeyi baxımından məqsədə müvafiqdir və bu, həmin uşağın gələcəkdə maddi, fiziki, mənəvi, psixi, təhsil və s. inkişafına mənfi təsir göstərə bilməz. İşdə olan 02 fevral 2016-cı il tarixli, 2(029)-189/2016 saylı Qusar rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah pozularkən azyaşlı uşaqların tərəflərdən hər hansı birinin himayəsinə verilməsi hissəsində dəqiqləşdirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, 14 may 2011-ci il təvəllüdü X11 adlı uşaq atası İddiaçı himayəsində saxlanılmalı və həmin uşağın yaşayış yeri kimi İddiaçı yaşayış yeri müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə ekspertizası üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7,Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 14 may 2011-ci il təvəllüdü X11 adlı uşaq atası İddiaçı himayəsində saxlanılsın və həmin uşağın yaşayış yeri kimi İddiaçı yaşayış yeri müəyyən edilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar