Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-419/2025 25.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və tərcüməçi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2 (029)-63/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün 100 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2019-cu ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X3 adlı bir övladları vardır. Hazırda cavadehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2 (029)-63/2024 saylı qətnamə ilə xx xxx 1999-cu ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan İddiaçı Cavabdeh xeyrinə 31 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün sabit pul məbləğində hər ay 165 (yüz altmış beş) manat məbləğində alimentin tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Qusar RİHB-nm İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyində 18 may 2020-ci il tarixdə 02 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, 31 oktyabr 2020-ci il təvəllüdlü X3 anası Cavabdeh himayəsinə verilməsi və həmin uşağın yaşayış yeri kimi Cavabdeh yaşayış yeri müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi və alimentin tutulması 01 avqust 2023-cü il tarixdən hesablanması barədə qətnamə qət edilmişdir. Hazırda xx.xx.2020-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdən, yəni 6 aydır ki, övladı onun yanındadır və məktəbə hazırlıq kursuna gedir. Bütün xərcləri özü ödəyir, buna baxmayaraq hər ay 165 manat məbləğində alimenti cavabdehə ödəyir. Hazırda aldığı əmək haqqı 450 manat təşkil edir. Bu səbəbdən cavabdehə 100 manat alimenti ancaq ödəyə bilər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia rədd olunmalıdır. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2 (029)- 63/2024 saylı qətnaməsindən görünür ki, xx xxx 1999-cu ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan İddiaçı Cavabdeh xeyrinə 31 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün sabit pul məbləğində hər ay 165 (yüz altmış beş) manat məbləğində alimentin tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Qusar RİHB-nm İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyində 18 may 2020-ci il tarixdə 02 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, 31 oktyabr 2020-ci il təvəllüdlü X3 anası Cavabdeh himayəsinə verilməsi və həmin uşağın yaşayış yeri kimi Cavabdeh yaşayış yeri müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi və alimentin tutulması 01 avqust 2023-cü il tarixdən hesablanması barədə qətnamə qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələblərinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki,aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərar 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. İddia ərizəsində qeyd edilən hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, iddiaçının maddi vəziyyətində əhəmiyyətli dərəcədə pisləşmə olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz. Uşağın maddi tələbatının əhəmiyyətli dərəcədə artmasını, tərəflərin birgə nikahından olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını rəhbər tutularaq, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin məbləğinin azaldılması uşağın mənafeyinə zidd olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-419/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-419/2025
25.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver