Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-516/2025 05.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədriliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh Qasım qızına və və üçüncü şəxs Qusar rayon İcra Hakimiyyəti yanında “Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”na qarşı “aliment borcunun silinməsinə və alimentin ödənilməsindən azad edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh Qasım qızına və üçüncü şəxs Qusar rayon İcra Hakimiyyəti yanında “Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”na qarşı “aliment borcunun silinməsinə və alimentin ödənilməsindən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh Qasım qızı ilə birgə nikahlarından doğulmuş 28 avqust 2010-cu il təvəllüdlü X10 himayəsində qalmağı ilə əsaslanaraq 18 iyul 2024-ci il tarixdən sonra yaranmış aliment borcun silinməsinə və alimentin ödənilməsindən azad edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia həcminin artırılmasına dair ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Cavabdeh Qasım qızına aliment borcunun silinməsi və alimentin ödənilməsindən azad edilməsi barədə iddia qaldırmışdır. Hazırda iddia həcmi artırılmasını xx.xx.2010-cu il təvəllüdlü Esmira adlı uşağın anası Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddia onunla əsaslandırılmışdır ki, o, nikahı 28 oktyabr 2009-cu il tarixində Qusar rayon Qeydiyyat şöbəsində qeydiyyatdan keçirərək mülki işə cavabdeh qismində cəlb edilmiş Cavabdeh Qasım qızı ilə nikah münasibətlərinə daxil olub ailə qurmuşdur. Həmin nikahdan 28 avqust 2010-cu il təvəllədlü X10 və 06 aprel 2012-ci il təvəllüdlü X11 adlı iki uşaqları anadan olmuşdur. Əvvəllər cavabdehlə münasibətləri yaxşı olmuşdur. Bu yaxınlarda cavabdehin pornoqrafik videoları yayılmış, bununla cavabdeh ona xəyanət etmişdir. Gələcəkdə cavabdehlə ər arvad kimi bir yerdə yaşamağını qeyri mümkün hesab etdiyi üçün onun tərəfindən Cavabdeh Qasım qızına qarşı nikahın pozulması və uşaqların himayədə saxlanılmasına dair Qusar rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qusar rayon məhkəməsinin 18 iyul 2024-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək nikahın pozulması hissəsinin təmin edilməsi, 28 avqust 2010-cu il təvəllüdlü X10 və 06 aprel 2012-ci il təvəllüdlü X4 cavabdehin himayəsində saxlanılması və hər bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayda 140 manat sabit pul məbləğinin alimentin ondan tutularaq Cavabdeh Qasım qızına verilməsi qət edilmişdir. Onun tərəfindən hər iki uşağın 12 fevral 2024-ci ildən, 2024-ci ilin iyun kimi cavabdehin himayəsində qalması ilə əlaqədar olaraq yaranmış 1680 manat ment borcundan 1000 manat ödənilmiş, qalan 680 manat yaxın günlərdə ödəniləcəkdir. 28 avqust 2010-cu il təvəllüdlü X10 18 iyul 2024-ci il tarixdən himayəsində qaldığı üçün, həmin tarixdən sonra yaranmış aliment borcu silinməlidir. 18 iyul 2024-ci il tarixdən hər iki uşaq onun himayəsində qalmış Larisa adlı qızı 2024-cin ilin noyabr ayının 28-də anasının yanına qayıtmış, böyük qızı Esmira hal hazıra kimi onun himayəsindədir. O, qəti olaraq anasının himayəsinə qayıtmaqdan imtina etmişdir. Qeyd edilmiş aktın doğruluğu 09 avqust 2024-ci il tarixində tərtib edilmiş aktla və cavabdehin etirafı ilə tam təsdiq olunur. Cavabdeh 13 fevral 2025-ci il tarixində keçirilən Mediasiya iclasında üzürsüz səbəbdən iştirak etməmişdir. 10 iyul 2025-ci il tarixli məhkəmə iclasında İddiaçı iddianı və ona əlavəni müdafiə etmiş iddia ərizəsində və ona əlavədə göstərilən xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir. İşə onun iştirakı olmadan baxılaraq iddianın və ona əlavənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 10 iyul 2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh Qasım qızı iddianı qismən qəbul etmiş və bildirmişdir ki, aliment borcunu İddiaçı ona ödəmədiyinə görə uşağı iddiaçıya verməyə razı deyil. Aliment borcu tam ödənildikdən sonra Esmira adlı uşağın İddiaçı verilməsinə razıdır. Əks təqdirdə o, uşağın iddiaçıya verilməsinə razı deyildir. Esmira adlı uşaq iddiaçının himayəsinə iddia ərizəsində qeyd etdiyi kimi 18 iyul 2024-cü il tarixdə deyil, 08 avqust 2024-cü il tarixdən keçmişdir. Cavabdeh Qasım qızı xx.xx.2025-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 10 iyul 2025-ci il tarixli məhkəmə iclasında üçüncü şəxs Qusar rayon İcra Hakimiyyəti yanında “Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”nın nümayəndəsi X8 iştirakı ilə dindirilmiş 28 avqust 2010-cu il təvəllüdlü X10 ifadəsində bildirmişdir ki, o, 28 avqust 2010-cuil tarixdə anadan olmuşdur, anası ilə atası mübahisə ediblər, hazırda ayrı yaşayırlar. O, anasının yanında qalırdı, sonradan atasının yanına qayıtmışdır. O özü atasının yanında qalmaq istəyir. Ona məhkəmədə bu cür danışmağı heç kim öyrətməyib. Üçüncü şəxs Qusar rayon İcra Hakimiyyəti yanında “Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”na məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin komissiyanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 184.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ 505499 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Qasım qızının nikahları Qusar rayon Məhkəməsinin 2(029)-259/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında pozulmuşdur. İşdə olan AZ-İİ 541852 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2010-cu ildə Qusar şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdeh Qasım qızıdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 25 yanvar 2025-ci il tarixli 107 saylı arayışın surətindən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdeh Qasım qızıdır. İşdə olan X9, X3 və X2 tərəfindən tərtib edilmiş 09 vaqust 2024-cü il tarixli aktın surətindən görünür ki, X10 (xx.xx.2010-cu il təvəllüdlü) və X11 (xx.xx.2012-ci il təvəllüdlü) babası X12, nənəsi X7 və atası İddiaçı ilə Qusar şəhəri Qayakənd kəndində atasına məxsus evdə birlikdə yaşayırlar. İşdə olan Qusar rayon İcra Hakimiyyəti yanında “Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”nın 5-63/2-851/2025 saylı 22 avqust 2025-ci il tarixli rəyindən görünür ki, qeyd olunanları, qanunvericiliyin tələblərini, uşağın fikrini nəzərə alaraq komissiya 28 avqust 2010-cu il təvəllüdlü X5 atası İddiaçı himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məqsədə uyğun hesab etmişdir. İşdə olan Cavabdeh Qasım qızı tərəfindən xx.xx.2025-ci il tarixdə Qusar rayon Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, o, 28 avqust 2010-cu il təvəllüdlü X10 adlı uşağın İddiaçı himayəsinə verilməsinə və aliment borcundan 1540 (min beş yüz qırx) manatın silinməsinə razıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı nikahı 28 oktyabr 2009-cu il tarixində Qusar rayon Qeydiyyat şöbəsində qeydiyyatdan keçirərək mülki işə cavabdeh qismində cəlb edilmiş Cavabdeh Qasım qızı ilə nikah münasibətlərinə daxil olub ailə qurmuşdur. Həmin nikahdan onların 28 avqust 2010-cu il təvəllüdlü X10 və 06 aprel 2012-ci il təvəllüdlü X11 adlı iki uşaqları anadan olmuşdur. Qusar rayon məhkəməsinin 18 iyul 2024-ci il tarixli qətnaməsi ilə iddia tələbimin qismən təmin edilərək nikahın pozulması hissəsinin təmin edilməsi, 28 avqust 2010-cu il vəlledlü X10 və 06.aprel 2012-ci il təvəllüdlü X4 cavabdehin himayəsində saxlanılması və hər bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayda 140 manat sabit pul məbləğinin alimentin ondan tutularaq Cavabdeh Qasım qızına verilməsi qət edilmişdir. 08 avqust 2024-cü il tarixdən 28 avqust 2010-cu il təvəllüdlü X10 adlı uşaq iddiaçının yanına qayıtmış və bu günə kimi onunla birlikdə yaşamağa başlamışdır. Bu halı Cavabdeh Qasım qızı məhkəmə iclasında öz izahatında təsdiq etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 73.2-ci maddəsinə məsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 5-63/2-851/2025 saylı 22 avqust 2025-ci il tarixli rəyini müzakirə edərək həmin rəylə razılaşır. Belə ki, həmin rəy iddiaçının və cavabdehin birgə nikahlarından doğulmuş 28 avqust 2010-cu il təvəllüdlü X10 adlı uşağın mənafeyi baxımından tam düzgündür, rəy üzrə ətraflı araşdırma aparılmaqla tərəflərin həyat şəraitləri, yaşadıqları evdə olan psixoloji mühit, tərəflərin uşaqlara olan münasibətləri ətraflı təhlil edilmişdir. Ona görə də, məhkəmə həmin rəyi işi faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2, 22.2.1, 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş Esmira adlı uşağın hüquq və mənafeyini əsas götürərək, həmçinin onun valideynlərinin maraqlarını, onların həyat şəraitlərini, tərəflərin izahatlarını, Qusar rayon İcra Hakimiyyəti yanında “Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”nın yuxarıda göstərilən rəyini, uşağın fikrini və s. halları nəzərə alaraq hesab edir ki, 28 avqust 2010-cu il təvəllüdlü X10 anası Cavabdeh Qasım qızının himayəsindən alınmaqla atası İddiaçı himayəsinə verilməli və yaşayış yeri kimi həmin şəxsin yaşayış yeri müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli 8-2/2016 nömrəli Qərarın 8.13-cü bəndində qeyd olunur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. Məhkəmə, Cavabdeh Qasım qızının və izahatını işin hallarını müəyyən edəcək əsaslı sübut kimi qəbul edir. Belə ki, məhkəmə iclasında Cavabdeh Esmira adlı uşağın 2024-cü ilin avqust ayının 8-dən İddiaçı yanında qaldığını, yaşadığını təsdiqləmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X10 2024-cü ilin avqust ayının 8-dən Cavabdeh Qasım qızının himayəsində deyil, İddiaçı himayəsində olduğuna görə 2024-cü ilin avqust ayının 8-dən sonra İddiaçı Cavabdeh Qasım qızına olan aliment borcu silinməlidir. Məhkəmə hesab edir ki, iddiaçının yaranmış aliment borcun silinməsinə və aliment ödənilməsindən azad edilməsi hissəsində iddia qismən təmin edilərək, İddiaçı 28 avqust 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmasına dair ödədiyi aliment borcuna dair hissədə 2024-cü ilin avqust ayının 8-dən sonra xitam verilməli və 28 avqust 2010-cu il təvəllüdlü X1 dair ödədiyi alimentdən azad edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 28 avqust 2010-cu il təvəllüdlü X10 anası Cavabdeh Qasım qızının himayəsindən alınmaqla atası İddiaçı himayəsinə verilsin və yaşayış yeri kimi İddiaçı şəxsin yaşayış yeri müəyyən edilsin. İddiaçı 28 avqust 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmasına dair ödədiyi aliment borcuna dair hissədə 2024-cü ilin avqust ayının 8-dən sonra xitam verilsin və 28 avqust 2010-cu il təvəllüdlü X1 dair ödədiyi alimentdən azad edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-516/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-516/2025
05.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver