Məhkəmə qərarları › İş №e-2(029)-526/2021

Qusar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(029)-526/2021

26.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qusar şəhəri İş № e-2(029)-526/2021 26.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Adil Yaqub oğlu Vəliyev ünvan 1 ünvanda yerləşən Kreditor MMC-nin ünvan 2nvanında yaşayan Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, 19.02.2020-ci il tarixli XCK06136 saylı Nisyə satış müqaviləsinə əsasən Kreditor MMC tərəfindən Borclu 1038 manat məbləğində məişət məhsulu kreditlə-nisyə satılmışdır. Borclu “Ödəniş qrafiki”nin şərtlərinə əsasən ödəməli olduğu borcun bir hissəsini ödəsə də, hal-hazırda qalan borcları ödəməkdən yayınır və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Hal-hazırda onun iddiaçıya olan 887 manat əsas borc və 85 manat cərimə borcu olmaqla, cəmi 972 (doqquz yüz yetmiş iki) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nətijcsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin Borclu mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditor MMC tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Borclu tutularaq MMC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq, Ə M R E T D İ M: xx.xx.1994-cü ildə ünvan 3 ünvanında yaşayan Borclu 887 manat əsas borc və 85 manat cərimə borcu olmaqla, cəmi 972 (doqquz yüz yetmiş iki) manat məbləğində kredit borcu və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq Kreditor MMCnin hesabına keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar