Məhkəmə qərarları › İş №e-2(029)-61/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-61/2022

01.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-61/2022 01.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı “atalığa dair mübahisə barədə” iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X3 qarşı «atalığa dair mübahisə barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh ilə birgə nikahdan doğulmuş 03 iyul 2020-ci il təvəllüdlü X6 bioloji atası olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 04 avqust 2018-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan onların 03 iyul 2020-ci il təvəllüdlü X9 adlı uşağı doğulmuşdur. Hal hazırda iddiaçı ilə cavabdeh rəsmi olaraq nikah münasibətlərində olsalar da, faktiki olaraq onların ər-arvad münasibətləri mövcud deyildir və ayrı yaşayırlar. Birgə yaşadığı müddətdə tərəflər davamlı olaraq mübahisə ediblər. Belə mübahisələrin birində cavabdeh iddiaçıya bildirmişdir ki, o, uşağın atası deyildir. Bu səbəbdən onun cavabdehlə rəsmi nikahından doğulmuş uşağın bioloji atası olub-olmamasının müəyyən edilməsinə zərurət yaranmışdır. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmiş və ilkin mediasiya sessiyasının keçirilməsinə görə 50 (əlli AZN) manat dövlət rüsumu ödənilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək iddianı müdafiə etmiş və izahatında bildirmişdir ki, hal-hazırdaki iş üzrə 4 dəfə məhkəmə ekspertizası təyin edilmiş, cavabdeh X5 həmin ekspertizaların keçirilməsi üçün təyin olunmuş vaxtda təyin olunmuş yerə gəlməmişdir. Müvafiq qanunvericiliyə əsasən cavabdeh ekspertizadan yayındıqda məhkəmə iddiaçının xeyrinə qərar qəbul edə bilər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.4-cü maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-T 171139 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 03 iyul 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X4r. İş materiallarında olan AZ-T 037688 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 nikahları 04 avqust 2018-ci il tarixdə 5 saylı Bakı “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində 2618 saylı akt qeydi ilə qeyd edilmişdir. Bundan sonra cavabdeh “ Cəfərova” soyadını qəbul etmişdir. İşdə olan 16 avqust 2021-ci il tarixli 2021-000533 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X5 ilə İddiaçı təsvir etdiyi kimi, “ailə münasibətlərindən irəli gələn mübahisə” üzrə 16 avqust 2021-ci il tarixində, 12:00-13:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan e-2(029)-780/2021 saylı 04 noyabr 2021-ci il tarixli, qərardaddan görünür ki, iş üzrə məhkəmə tibbi-genetik ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinə tapşırılmış, ekspertlər qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı Cavabdeh 03 iyul 2020-ci il tarixdə doğulmuş X6 genetik atasıdırmı (DNT müayinəsinə əsaslanangenetik kodun öyrənilməsi yolu ilə)?. Ekspertiza tədqiqatı ilə bağlı iş üçün əhəmiyyət kəsb edən digər məsələlərin aydınlaşdırılması ekspertlərin öhdəsinə buraxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə İddiaçı Cavabdeh ilə birgə nikahdan doğulmuş 03 iyul 2020-ci il təvəllüdlü X6 bioloji atası olmamasının sualının müəyyən edilməsi üçün həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən ekspertiza təyin etmişdir İşdə olan xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 tərəfindən Qusar rayon Məhkəməsinə ünvanlanmış məktublardan görünür ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, X9 isə şöbəyə gəlməmiş, bu səbəbdən də ekspertizanın keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh X2 Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tibbi-genetik ekspertizasında qoyulmuş suallara aydınlaşdırılması üçün iştirak etməkdən imtina etməsini iddiaçının məhkəməyə təqdim etdiyi iddianın qəbul edilməsi üçün əsaslıdır. Beləliklə məhkəmə zamanı müəyyən edildi ki, İddiaçı və cavabdeh X5 ilə rəsmi nikaha daxil olaraq 04 avqust 2018-ci il tarixdə 2618 saylı akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. Onların faktiki nikahından 03 iyul 2020-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixlivə xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirıiyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 tərəfindən Qusar rayon Məhkəməsinə ünvanlanmış məktublardan görünür ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, X5 isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Buna görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə uyğun olaraq cavabdeh X2 məhkəmə tibbi-genetik ekspertizasından yayındığı üçün, İddiaçı iddiasını əsaslı sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 238-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı cavabdeh X5 ilə birgə nikahdan doğulmuş 03 iyul 2020-ci il təvəllüdlü X6 bioloji atası olmaması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar