Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-63/2024 14.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X2 və tərcüməçi X3 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı aliment tələbinə dair, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və üçüncü şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı nikahın pozulması və uşaq tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə. Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı və üçüncü şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı nikahın pozulması və uşaq tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı aliment tələbinə dair iddiasının rədd edilməsi, onunla cavabdeh İddiaçı arasında 18 may 2020-ci il tarixli 02 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozularkən xx.xx.2020-ci il təvəllüdlü X5 onun yanında qalması, həmin uşağın İddiaçı alınaraq onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2019-cu ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 31 oktyabr 2020-ci il təvəllüdlü X9 adlı bir övladları vardır. Artıq xeyli müddətdir ki, cavabdehlə birgə təsərrüfat idarə etmir və cavabdeh uşağın saxlanmasına heç bir maddi və mənəvi köməklik göstərmir. O özü, heç yerdə işləmir, başqa yerdən qazancı yoxdur. Cavabdeh ustadır, fərdi işlə məşğuldur, aylıq qazancı 1000-1500 manat təşkil edir. Əlavə olaraq kənd təsərrüfatı ilə məşğuldur. Cavabdeh yaxşı gəlir əldə etsə də uşağın saxlanılmasına köməklik göstərmir. Ona görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon məhkəməsinin icraatında İddiaçı ona qarşı aliment tələbinə dair iddiası üzrə mülki iş vardır. O, həmin iddianı qəbul etmir və bildirir ki, o, İddiaçı ilə 18 may 2020-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olub ailə qurmuş, nikahları həmin tarixdə Qusar rayon İHB-nın İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyində 02 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahdan onların xx.xx.2020-ci il təvəllüdlü Amar adlı bir uşaqları anadan olmuşdur. O, cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət münasibətləri yaxşı olmuş, lakin sonradan cavabdehin ona olan münasibəti dəyişmiş, ailə dəyərlərinə uyğun olmayan hərəkətlər etməyə başlamış, 18 aprel 2023-cü il tarixdə isə Amar adlı uşağını evdə tək və nəzarətsiz qoyaraq naməlum istiqamətə çıxıb getmişdir. Onun evdə heç kimə heç bir xəbər vermədən, uşağı atıb çıxıb getməsi qonşuların və İcra nümayəndəliyinin əməkdaşının iştirakı ilə tərtib edilmiş aktla təsdiq olunur. Cavabdeh xəbərsiz getdiyi vaxtdan təxminən 45 gündən sonra yaşadığı kəndə qayıdaraq artıq Bakı şəhərində yaşadığını, onunla birlikdə yaşamaq istəmədiyini bildirmiş, ondan uşağını tələb etməyə başlamışdır. O, İddiaçı onunla birlikdə yaşamaq istəməməsini səbəbini soruşduqda isə Bakı şəhərində özünə rəfiqələr tapdığını, onlarla kirayədə yaşayıb iş gördüyünü bildirmişdir. Məlum olmuşdur ki, cavabdeh İddiaçı Bakı şəhərində yüngül həyat tərzi keçirən qadınlara qoşulmuş, qeyri-əxlaqi, hətta qeyri-qanuni işlərlə məşğuldur. Bakı şəhərində özünə kişi tanışlar tapan cavabdeh İddiaçı o, uşağı verməkdən imtina etdikdə müxtəlif şəxslərin vasitəsi ilə ona təsir göstərməyə başlamış, hətta Qusar rayon Polis Şöbəsindən onu çağıraraq uşağı cavabdehə qaytarmağını tələb etmişlər. O, uşağın valideynlərdən hansının yanında qalmasının yalnız məhkəmə qaydasında həll olunmalı olduğunu bildirdikdə isə uşağın birmənalı şəkildə anada qalmalı olduğunu, ona görə də mütləq şəkildə uşağı cavabdehə verməyini bildirmişlər və zorla uşağı ondan alıb cavabdehə vermişlər. Artıq uzun müddətdir ki, cavabdeh Amar adlı uşağı aparmış və ona göstərmir, Özünün hansı işlə məşğul olduğunu, hansı ünvanda yaşadığını gizlədir, müxtəlif şəxslərə ona zəng etdirməklə uşaqdan əl çəkməyini tələb edirlər, bununla bağlı ona hədə qorxu gəlirlər. Cavabdehin bu hərəkətlərindən sonra artıq o da, cavabdehlə birlikdə yaşamaq istəmir, onların ailəsi faktiki olaraq dağılmış, onun cavabdehlə birgə təsərrüfat aparmağı və bir yerdə yaşamağı qeyri-mümkündür. O, İddiaçı ilə aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə nikahın pozulması və uşaq tələbinə dair təkliflə İddiaçı, daha sonra isə Mediasiya Şurasına müraciət etmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etməmiş, bununla bağlı mediasiya prosesinə xitam verilmişdir. Cavabdehlə barışmağı və ailənin bərpası mümkün deyil, ona görə də hesab edir ki, onunla cavabdehin nikahı məhkəmə qaydasında pozulmalıdır. Bundan başqa, yuxarıda qeyd etdiyi kimi, cavabdeh hazırda yüngül həyat tərzi keçirir, hər hansı stabil işlə məşğul olmur, daimi yaşayış yeri yoxdur, öz valideynləri ilə yaşamır, tanış olduğu qadınlarla birlikdə yaşayır, harada yaşadığı hətta valideynlərinə də məlum deyil. Cavabdeh Amar adlı uşaqla ümumiyyətlə maraqlanmır, onun qayışına qalmır, əksinə uşağı döyür və incidir. Cavabdeh uşağı apardığı vaxtdan indiyədək cəmi bir dəfə “Watsapp “ vasitəsi ilə uşağı onunla danışdırmış, uşaqla danışarkən onun təsir və təzyiq altında olduğunu müşahidə etmişdir, uşaq özü danışarkən əli ilə bədəninin müxtəlif nahiyələrini göstərərək anasının onu döydüyünü bildirmiş, həqiqətən də göstərdiyi yerlərdə göyərmələr olduğunu görmüşdür. Cavabdeh İddiaçı yüngül həyat tərzi keçirməsini onun özünün valideynləri də təsdiq edirlər. Yuxarıda qeyd etdiyi kimi, cavabdeh Amar adlı uşağa bağlı deyil, uşağa bağlı olmaması onunla təsdiq olunur ki, həmin şəxs uşağı tək qoyub getmiş və 45 gün müddətində uşağın taleyi ilə bir dəfə də olsa maraqlanmamışdır. Uşağın ondan məcburi şəkildə aldıqdan sonra isə cavabdeh uşaqdan sui-istifadə etməklə ondan pul tələb edir. Yəni, cavabdehin uşağı ondan almasının əsas səbəbi məhz ondan pul tələb etməkdir. Həmin pulu isə uşağın deyil, məhz özünün yeyib-içməsi üçün xərcləyəcəkdir. Bundan başqa, cavabdehin uşağın inkişafı və tərbiyəsi üçün şərait yaratmaq imkanı yoxdur. Belə ki, həmin şəxsin daimi yaşayış yeri, işi yoxdur. Cavabdehin əxlaqi keyfiyyətlərinə gəldikdə isə cavabdeh yüngül həyat tərzi keçirir və bu isə uşağın mənəvi və psixoloji inkişafına ciddi zərər vuracaqdır. Cavabdehin digər keyfiyyətlərinə gəldikdə isə həmin şəxs çox aqressivdir, hələ onlar birlikdə yaşayarkən uşağa heç bir nəvaziş göstərməmiş, ana kimi onun qayğısına qalmamışdır. İstər cavabdehlə birlikdə yaşadığı müddətdə, istərsə də, cavabdehin uşağı tək qoyub getdiyi 45 gün müddətdə uşağın qayğısına o və anası qalmış, onlar uşağa hərtərəfli nəvaziş göstərmişlər. Qeyd etdiyi bütün halları qonşuları, yaxın qohumları, hətta cavabdehin özünün valideynləri də təsdiq edirlər. Bu səbəbdən də, hesab edir ki, cavabdehlə nikahları pozularkən Amar adlı uşaq onun yanında saxlanılmalı, həmin uşaq cavabdehdən alınaraq onun himayəsinə verilməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, nikahın pozulmasına razıdır, öz iddia tələbini müdafiə edir. Məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Odur ki, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə etmiş, qarşılıqlı iddiada göstərilən xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, boşanmağa təkid edir. O, 470 manat əməkhaqqı alır. Uşaq cavabdehdə qaldığı təqdirdə o, əməkhaqqısının ¼ hissəsini, yəni 120 manat aliment verməyə razıdır. Odur ki, ilkin iddianın rədd edilməsinə qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin komissiyanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 184.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ilkin və qarşılıqlı iddialar qismən təmin təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İİ 368026 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 nikahları 18 may 2020-ci il tarixdə Qusar RİHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyində rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Cəlilova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İV 511924 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 31 oktyabr 2020-ci il tarixdə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan xx.xx.2024-cü il tarixi “X7” MMC- tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən “X7” MMC-də malabaxan vəzifəsində işləyir və onun son ayın GROSS əmək haqqı cədvəldə qeyd olunan kimidir. Mart 2023-488.00, aprel 2023-488.00, may 2023-488.00, iyun 2023-488.00, iyul 2023-488.00, avqust 2023-488.00, sentyabr 2023-488. 00, oktyabr 2023-374.59, noyabr 2023-263.02, dekabr 2023-488.00, yanvar 2024-521.00, fevral 2024-415.00. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Aparatı Qusar rayon Qəyyumluq və Himayəçilik Komissiyasından verilmiş 26 fevral 2024-cü il tarixli TK-14 saylı rəyin surətindən görünür ki, Komissiya tərəflər arasında olan nikahın pozulmasından sonra 31 oktyabr 2020-ci il təvəllüdlü X5 anası, İddiaçı yanında qalması barədə qətnamə qəbul edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manatməbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz uşağı Amar adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 470 manat əməkhaqqı alır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay 220 (iki yüz iyirmi) manat məbləğində deyil, hər ay 165 (yüz altmış beş) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, xx xxx 1999-cu ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə 31 oktyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində hər ay 165 (yüz altmış beş) manat məbləğində aliment tutulmalı, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında olan nikah hazırda formal xarakter daşıdığından, ailənin bərpasına heç bir ümid olmadığından onlar arasında olan nikah pozulmalıdır. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 73.2-ci maddəsinə məsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 26 fevral 2024-cü il tarixli TK-14 saylı rəyini müzakirə edərək həmin rəylə razılaşır. Belə ki, həmin rəy ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddi üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birgə nikahlarından doğulmuş 31 okatyabr 2020-ci il təvəllüdlü X9 adlı uşağın mənafeyi baxımından tam düzgündür, rəy üzrə ətraflı araşdırma aparılmaqla tərəflərin həyat şəraitləri, yaşadıqları evdə olan psixoloji mühit, tərəflərin uşaqlara olan münasibətləri ətraflı təhlil edilmişdir. Ona görə də, məhkəmə həmin rəyi işi faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2, 22.2.1, 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş Amar adlı uşağın hüquq və mənafelərini əsas götürərək, həmçinin onun valideynlərinin maraqlarını, onların həyat şəraitlərini, Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, uşağın azyaşlı olmaqla ana qayğısına və nəvazişinə daha çox ehtiyacının olmasını və s. halları nəzərə alaraq hesab edir ki, 31 oktyabr 2020-ci il təvəllüdlü X9 anası İddiaçı himayəsində saxlanılmaqla yaşayış yeri kimi həmin şəxsin yaşayış yeri müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddi üzrə cavabdeh İddiaçı tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirmişdir. Həmçinin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 01 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddi üzrə cavabdeh İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 1980 manat (12 X 165=1980) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1980 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 980 (1980- 1000=980) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 9.80 (doqquz manat səksən qəpik) manat, cəmi isə 39.80 (otuz doqquz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında Qusar RİHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyində 18 may 2020ci il tarixdə 02 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmalıdır Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş Amar adlı uşağın hüquq və mənafelərini əsas götürərək, həmçinin onun valideynlərinin maraqlarını, onların həyat şəraitlərini, Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, uşağın azyaşlı olmaqla ana qayğısına və nəvazişinə daha çox ehtiyacının olmasını və s. halları nəzərə alaraq hesab edir ki, 31 oktyabr 2020-ci il təvəllüdlü X9 anası İddiaçı himayəsində saxlanılmaqla yaşayış yeri kimi həmin şəxsin yaşayış yeri müəyyən edilməlidir. Uşaq İddiaçı himayəsində saxlanıldığından qarşılıqlı iddiada göstərilən aliment tələbinin rədd edilməsi barədə tələb təmin edilməməlidir. Məhkəmə hesab edir ki, qətnamə aliment hissəsində dərhal icra olunmalıdır. Qusar rayon Məhkəməsinin e-16(029)-15/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə, Qusar rayon məhkəməsinin icraatında olan e-2(029)-684/2023 saylı iş üzrə İddiaçı Cavabdeh qarşı olan mülki iş üzrə qətnamə qanuni qüvvəyə minənədək 03 avqust 2023-cü il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qərar alınmışdır. Məhkəmə hesab edir ki, Qusar rayon Məhkəməsinin e-16(029)-15/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia qismən təmin edilsin. xx xxx 1999-cu ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan Cavabdeh İddiaçı xeyrinə 31 oktyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində hər ay 165 (yüz altmış beş) manat məbləğində aliment tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Qusar RİHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyində 18 may 2020-ci il tarixdə 02 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. 31 oktyabr 2020-ci il təvəllüdlü X9 anası İddiaçı himayəsinə verilsin və həmin uşağın yaşayış yeri kimi İddiaçı yaşayış yeri müəyyən edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 01 avqust 2023-cü il tarixdən hesablansın. Cavabdeh 39.80 (otuz doqquz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qusar rayon Məhkəməsinin e-16(029)-15/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-63/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-63/2024
14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver