Məhkəmə qərarları › İş №e-2(029)-673/2025

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-673/2025

10.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-673/2025 10.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə vəsatət göndərərək göstərmişdir ki, o, daimi olaraq Qusar rayonunda qeydiyyatda olmağına baxmayaraq, müvəqqəti olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba Avtomagistralının 14-cü km C girişli 48 saylı mənzildə qeydiyyatdadır və daimi olaraq həmin ünvanda yaşayır. Müvəqqəti qeydiyyata dair arayışı elektron məhkəmə sisteminə əlavə edir. O, azyaşlı uşağı ilə bərabər həmin ünvanda yaşayır. Özünü və azyaşlı uşağını saxlamaq üçün Bakı şəhərində işləyir. Hazırki mübahisə ilə bağlı məhkəməyə gəlib getməyə həm maddi imkanı, həm də vaxtı çatmır. Eyni zamanda o, məhkəmədə özü şəxsən iştirak etmək istəyir. Ona görə ki, iddia ərizəsi tamamilə yalanlardan ibarətdir. Mübahisəyə Qusar rayonunda baxılması ona imkan vermir ki, məhkəməyə gəlib-gedə bilsin. Bundan başqa, iş üzrə maraqlı olan tərəflərdən biri də MTK-dır ki, onun da məhkəmədə dindirilməsi zərurəti yaranacaq. Bu şirkətin nümayəndəsinin məhkəməyə gəlməsini əngəlləyəcək. Hətta, onların nikahı da qeyd olunan sabəblərə görə Abşeron rayon Məhkəməsində pozulmuşdu. Ona görə də mülki işi baxılması üçün onun qanuni əsaslarla qeydiyyatda olduğu rayon üzrə, eyni zamanda mübahisələndirilən əmlakın olduğu rayon Abşeron olduğuna görə Abşeron rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı mülki işin aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə vəsatəti və iş materiallarını nəzərdən keçirib, iddiaçının fikrini dinləyib hesab edir ki, vəsatət əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müvəqqəti qeydiyyat vəsiqəsinin surətindən görünür ki, həmin şəxs 13 fevral 2025-ci il tarixdən bir il müddətinə, 13 fevral 2026-cı il tarixədək Abşeron rayonu Xırdalan şəhəri Bakı-ünvan 2 ünvana müvəqqəti qeydiyyata düşmüşdür. Bununla da, müəyyən olunur ki, Cavabdeh rəsmi qaydada müvəqqəti qeydiyyata alınmaqla faktiki olaraq yuxarıda göstərilən ünvanda yaşayır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2, 44.2.1, 44.2.2-ci maddələrinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iş aidiyyəti üzrə baxılması üçün Cavabdeh rəsmi və faktiki yaşayış yeri üzrə Abşeron rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 35, 44, 45, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar