Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qusar şəhəri İş № e-2(029)-993/2021 01.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu ünvan 1 ünvanda yerləşən Kreditor MMC-nin ünvan 2 yaşayan Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, 13 iyun 2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı satqı müqaviləsinə əsasən Kreditor MMC tərəfindən Borclu 408.5 (dörd yüz səkkiz manat əlli qəpik) manat məbləğində Honor 10 Lite 3GB/64GB Midnight Black mobil telefonu və 04 sentyabr 2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı satqı müqaviləsinə əsasən Kreditor MMC tərəfindən Borclu 239.78 (iki yüz otuz doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində Samsung A013 Black mobil telefonu kreditlə satılmışdır. Borclu “Ödəniş qrafiki”nin şərtlərinə əsasən ödəməli olduğu borcun bir hissəsini ödəsə də, hal-hazırda qalan borcları ödəməkdən yayınır və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Hal-hazırda onun iddiaçıya 13 iyun 2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı satqı müqaviləsinə əsasən 293.5 manat əsas, 79.2 manat cərimə, cəmi 372.7 manat, 04 sentyabr 2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı satqı müqaviləsinə əsasən 159 manat əsas, 42.9 manat cərimə, cəmi 201.9 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nətijcsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin Borclu mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditor MMC tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Borclu tutularaq MMC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq, Ə M R E T D İ M: xx.xx.1987-ci ildə Qusar şəhərində anadan olmuş, ünvan 2 yaşayan Borclu 13 iyun 2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı satqı müqaviləsinə əsasən 293.5 manat əsas, 79.2 manat cərimə, cəmi 372.7 manat məbləğində pul vəsaiti, 04 sentyabr 2020-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı satqı müqaviləsinə əsasən 159 manat əsas, 42.9 manat cərimə, cəmi 201.9 manat məbləğində pul vəsaiti, ümumilikdə 574,6 (beş yüz yetmiş dörd manat altımış qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq Kreditor MMC-nin hesabına keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Qusar rayon Məhkəməsinin sədri: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №e-2(029)-993/2021
Qusar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(029)-993/2021
01.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver