Məhkəmə qərarları › İş №e-2(030)-206/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-206/2025

05.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-206/2025 05.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 10 iyul 2015-ci il təvəllüdlü X1 atasının Cavabdeh olması barədə 13 avqust 2015-ci il tarixli 689 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 10 iyul 2015-ci il təvəllüdlü X2 atasının Cavabdeh olması barədə 13 avqust 2015-ci il tarixli 689 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iş üzrə təyin olunmuş məhkəmə iclaslarına gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək sübutlar təqdim edəcəyini və məhkəmə iclaslarının təxirə salınıb başqa vaxta keçirilməsini xahiş etsə də iddiaçı iş üzrə təyin olunmuş məhkəmə iclaslarına gəlməmişdir. İddia tələbinə dair münasibətin öyrənilməsi üçün Cavabdeh saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə müəssisəsinə bildiriş göndərilmişdir. Lakin, onun tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdhein iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 10 iyul 2015-ci ildə Ağalar adlı bir uşaqları doğulmuşdur. Uşağa 13 avqust 2015-ci il tarixdə atalıq müəyyən edilmişdir. Uzun müddətdir ki, iddiaçı ilə cavabdeh faktiki olaraq ayrılmışlar. İddiaçı atalığın ləğv edilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etsə də, bundan imtina edilmiş və məhkəməyə mürcaiət etməsi bildirilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10 iyul 2015-ci ildə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Gəncə “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 13 avqust 2015-ci il tarixdə 3892 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 10 iyul 2015-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə Gəncə “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin atalığın müəyyən eidlməsi haqqında akt qeydləri kitabında 13 avqust 2015-ci il tarixdə 3892 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsinin 17 noyabr 2024-cü il tarixli 3-16-5/8-15-2714 nömrəli arayışından görünür ki, İddiaçı Gəncə şəhər Qeydiyyat şöbəsinə daxil olmuş ərizəsinə baxımışdır. İddiaçı izah edilmişdir ki, övladı - xx.xx.2015-ci il təvəllüdlü X4 barəsində xx.xx.2015-ci il tarixli 3892 saylkı doğum haqqında akt qeydi, həmçinin həmin tarixdə 689 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydləri valideynlərin nikahalrı olmadığına görə onların razılığına əsasən – yəni birgə ərizələrinə əsasən tərtib olunmuş və ata haqqında məlumat qrafasında uşağın atası Cavabdeh kimi yazılmışdır. Göstərilənlərə əsasən xx.xx.2015-ci il təvəllüdlü X4 barəsində tərtib edilmiş xx.xx.2015-ci il tarixli 689 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğvi yalnız məhkəmə qaydasında ləğv olunduqdan sonra doğum haqqında akt qeydinə müvafiq dəyişiklik edilə bilər. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 46.2-cı maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə görə, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. İşin hallarından məlum olduğu kimi iddiaçı və cavabdeh öz aralarında nikahda olmadığından uşağın atası haqqında qeyd onların birgə ərizəsi əsasında aparılmışdır. Bununla da Cavabdeh uşaq üzərində valideynlik hüquqları yaranmışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi atalığa, analığa dair mübahisə açmaq, yəni valideynlər barədə qeydi mübahisələndirmək hüququ uşağın valideyni qismində yazılmış şəxsə məxsusdur. Uşağın atası kimi yazılmış şəxs Cavabdeh bununla bağlı mübahisə açmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün 50 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar