Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-421/2025 13.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X15 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi, birgə evlilikdən doğulmuş övladın iddiaçının himayəsində saxlanılması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 15 sentyabr 2024-cü il təvəllüdlü X6 onun yanında saxlanılmaqla uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 246 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək atalığın müəyyən edilməsi və cavabdehdən 246 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərində ailə qurmuşlar. Rəsmi nikah qeydiyyatından keçməmişlər. Birgə yaşadıqları müddətdə 15 sentyabr 2024-cü ildə Nəfəs adlı bir uşaqları doğulmuşdur. Cavabdeh uşağa atalıq verməkdən imtina etmişdir. Hazırda uşaq onun himayəsindədir. Uşağa doğum haqqında şəhadətnamə alarkən cavabdeh ərizə vermədiyinə görə atalıq müəyyən edilməmişdir. Ayrı yaşadıqları müddət ərzində cavabdeh bir dəfə də olsun ailəsi və uşağı ilə maraqlanmamış, uşağın maddi tələbatını ödəməmişdir. Heç bir yerdə işləmədiyi üçün iddiaçı uşağın maddi tələbatlarını təkbaşına ödəyə bilmir. Qanunla müvafiq qaydada atalıq müəyyən edilmədiyi üçün uşağının maddi təminatı üçün atadan aliment və dövlət tərəfindən verilən ünvanlı sosial yardım alması mümkün deyildir. Odur ki, yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ilə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə 15 sentyabr 2024-cü ildə Nəfəs adlı bir uşaqları doğulmuşdur. Heç bir əsaslı səbəb olmadan iddiaçı azyaşlı qızı ilə birlikdəı ata evinə getmişdir. O, Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən yerləşən yanacaqdoldurma məntəqəsində operator vəzifəsində işləyir və 200 manat məbləğində əmək haqqı alır. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Uşağının anasının himayəsində qalmasına və saxlanılması üçün 160 manat məbləğində alimentin tutulmasına razıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 15 sentyabr 2024-cü ildə Göygöl şəhərində doğulmuşdur. X5, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 10 oktyabr 2024-cü il tarixdə 62 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Gəncə 1 saylı mediasiya təşkilatının mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 29 may 2025-ci il tarixli MŞG/1/MT007/2025-00733 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 29 may 2025-ci il tarixdə saat 11:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən Cavabdeh 15 may 2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İşə əlavə olunmuş 29 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşə əlavə olunmuş 13 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasına 01 sentyabr 2015-ci il tarixli göndərişin surətindən görünür ki, Cavabdeh keçirilmiş doğuş zədəsinin davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya. Tez-tez cəng olma tutumaları diqanozu qoyulmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixiatriya xəstəxanası 27 avqust 2021-ci il tarixli 1189/21 nömrəli məktubundan görünür ki, xx xxxxxxx 1997-ci il təvəllüdlü Daşkəsən rayon Alaxançallı kənd sakini X4 şəhər Psixiatriya xəstəxanasında Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron registrinə salınmış və tibbi rəy verilmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin və cavabdehin izahatlarının dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərində ailə qurmuşlar. Rəsmi nikah qeydiyyatından keçməmişlər. Faktiki nikah münasibətlərindən 15 sentyabr 2024-cü ildə X9 doğulmuşdur. Rəsmi nikahları olmadığı üçün uşağa atalıq müəyyən edilməməşdir. Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən uşağın adına 10 oktyabr 2021-ci il tarixdə 62 nömrəli akt qeydi ilə doğum akt qeydi aparılmış və AZ-İV 831161 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Uşağa doğum haqqında şəhadətnamə alınarkən cavabdeh Qeydiyyat şöbəsinə gedib ərizə vermədiyi üçün atalıq müəyyən edilməmiş, uşağın və atanın soyadı ananın soyadına uyğun olaraq “Namazov” yazılmışdır. Məhkəmə iclasında işin faktiki halları, o cümlədən, cavabdehin etirafı ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı 15 sentyabr 2024-cü ildə doğulmuş X6 atasıdır. Məhkəmə baxışında müəyyən edildi ki, 15 sentyabr 2024-cü ildə doğulmuş X9 anası İddiaçı yanında qalır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 15 sentyabr 2024-cü ildə doğulmuş X6 atası olması müəyyən edilməli, doğum haqqında akt qeydində müvafiq dəyişikliklər edilərək X1 “Alıyeva”, adı “Nəfəs”, ata adı “Elvin”, atası “Cavabdeh”, milliyyəti azərbaycanlı yazılmalı, digər məlumatlar olduğu kimi saxlanılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə görə, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1. maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il üçün “Yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər . İddiaçı uşağının saxlanılması üçün 246 manat məbləğində aliment təyin olunmasını tələb edir. Elektron sistemdən görünür ki, hazırda cavabdeh yanacaq doldurma məntəqəsində operator işləyir və 200 manat məbləğində əmək haqqı almış olsa belə, o, əmək qabiliyyətlidir. Daha yüksək qazancı olan işlərdə işləmək üçün fiziki imkana malikdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, 15 sentyabr 2024-cü ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək maddi təminatı üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh 05 iyun 2025-ci il tarixdən başlayaraq hesablanmaqla sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə minumum əmək haqqının 0,50 misli həddində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 15 may 2025-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyası təşkilatının mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ödənilmiş 60 manat ilkin mediasiya xərcinin 30 manatı cavabdehdən tutulub iddiaçıya verilməlidir. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 2400 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 15 sentyabr 2024-cü ildə doğulmuş X6 atası olması müəyyən edilsin. 15 sentyabr 2024-cü ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh 05 iyun 2025-ci il tarixdən başlayaraq hesablanmaqla ölkə üzrə minumum əmək haqqının 0,50 misli həddində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 60 (altmış) manat mediasiya xərcinin 30 (otuz) manat məbləği Cavabdeh alınıb İddiaçı verilsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X10 ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-421/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-421/2025
13.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver