Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-484/2024 13.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladları 21 yanvar 2012-ci il təvəllüdlü X2, 30 mart 2013-cü il təvəllüdlü X3 və 28 avqust 2016-cı il təvəllüdlü X1 üçün hər ay Cavabdeh əmək haqqının yarısı məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə aralarında nikahı 26 oktyabr 2011-ci il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 138 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 21 yanvar 2012-ci ildə Elnarə, 30 mart 2013-cü ildə Xatirə və 28 avqust 2016-cı ildə Yusif adlı üç uşaqları doğulmuşdur. İlk vaxtlardan mehriban yaşasalar da, sonradan cavabdehin ailəyə laqeyid münasibəti səbəbindən faktiki olaraq ayrılmışlar. Hazırda o, uşaqları ilə birlikdə ata evində yaşayır. Cavabdeh "xxxx" QSC-də köməkçi-operator vəzifəsində işləyir və 1215 manat məbləğində əmək haqqı alır. Buna baxmayaraq, uşaqlarının saxlanılması üçün heç bir maddi köməklik göstərmir. O, isə heç bir yerdə işləmədiyi üçün uşaqlarının maddi tələbatını təkbaşına ödəyə bilmir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil İddiaçı ilə eyniməzmunlu izahat verib iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ilə aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar. Azyaşlı uşaqları 21 yanvar 2012-ci ildə doğulmuş Elnarə, 30 mart 2013-cü ildə doğulmuş Xatirə və 28 avqust 2016-cı ildə doğulmuş Yusif hazırda iddiaçının himayəsindədir. O, "xxxx" QSC-də su emalı avadanlığı üzrə operator vəzifəsində işləyir və 1215 manat məbləğində əmək haqqı alır. Uşaqlarının maddi təminatı üçün aliment təyin olunmasına etiraz etmir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 26 oktyabr 2011-ci il tarixdə nikah bağlanmış və Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 134 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 21 yanvar 2012-ci ildə Daşkəsən rayonu Bayan kəndində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 26 may 2012-ci il tarixdə 129 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30 mart 2013-cü ildə Daşkəsən şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 04 aprel 2013-cü il tarixdə 115 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 28 avqust 2016-cı ildə Göygöl rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 20 sentyabr 2016-cı il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 12 iyun 2024-cü il tarixli MŞG/1-MT007/2024-01136 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 11 iyun 2024-cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən Cavabdeh 11 may 2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərilmişdir. İşə əlavə olunmuş 12 iyun 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci tam ödənilmişdir. İşə əlavə olunmuş 20 iyun 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının, etibarnamə üzrə nümayəndə və vəkilin, cavabdehin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh aralarında nikahı 26 oktyabr 2011-ci il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 138 nömrəli akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 21 yanvar 2012-ci ildə X5, 30 mart 2013-cü ildə X6 və 28 avqust 2016-cı ildə X7 doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Hazırda azyaşlı uşaq iddiaçının himayəsindədir. İddiaçı Cavabdeh 11 may 2024-cü il tarixli təklif məktubu göndərmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Cavabdeh "xxxx" QSC-də su emalı avadanlığı üzrə operator vəzifəsində işləyir və 1215,20 manat məbləğində əmək haqqı alır. İddiaçı 21 yanvar 2012-ci ildə doğulmuş X5, 30 mart 2013-cü ildə doğulmuş X6 və 28 avqust 2016-cı ildə doğulmuş X4 maddi təminatı üçün hər ay Cavabdeh əmək haqqının yarısı miqdarında aliment tutulub ona ödənilməsini tələb edir. Cavabdeh də uşaqlarının maddi təminatı üçün aliment təyin olunmasına etiraz etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə, 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 76.1.2-ci maddəsinə görə, 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 76.1.3-cü maddəsinə görə, 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tululur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasım təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il üçün “Yaşayış minimumu haqqında” 14 noyabr 2023-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 21 yanvar 2012-ci ildə doğulmuş X5, 30 mart 2013-cü ildə doğulmuş X6 və 28 avqust 2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 20 iyun 2024-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh əmək haqqının yarısı miqdarında aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 11 iyun 2024-cü il tarixdə 11:00 saatlarında keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ödənilmiş 55 manat nediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30.4-cü maddəsinə görə, nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından 21 yanvar 2012-ci ildə doğulmuş X5, 30 mart 2013-cü ildə doğulmuş X6 və 28 avqust 2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 20 iyun 2024-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh əmək haqqının yarısı miqdarında aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-484/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-484/2024
13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver