Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-227/2025 01.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh1nın, Cavabdeh2 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1na və Cavabdeh2 qarşı “nəvənin saxlanması üçün alimentin tutulması” tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1na və Cavabdeh2 qarşı “nəvənin saxlanması üçün alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə Şabran rayon Məhkəməsinə müraciət edərək, cavabdeh nəvəsi yəni övladı xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cü il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 246 manat olmaqla cəmi üç uşaq üçün 738 manat maddi vəziyyəti dəyişənə qədər onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən rayonu, Qozağacı kəndində yaşayan Cavabdeh2 və Cavabdeh1 övladları X2, X6 və X3 nənə və babasıdır. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cü il təvəllüdlü X3 hazırda saxlanmaqları üçün öz atası X4 maddi yardım almır baxmayaraq ki, Şabran rayon məhkəməsinin 2(031)-841/2024 saylı xx.xx.2024-cı il tarixli qətnaməsinə əsasən hər ay üç uşaq üçün 190 manat olmaqla cəmi 570 manat məbləğində aliment pulu almalıyam lakin həmin aliment pulunu uşağın atasından ala bilmir, ona görə ki, uşağın atası hal hazırda xarici ölkədədir. O, da az yaşlı övladlarını saxlamaqda çətinlik çəkir, heç yerdə işləmir. Övladları xəstələnəndə belə onun heç iynə dərmanlarını ala bilmir. Valideyninin himayəsində yaşayır. Ona görə də uşağı saxlamaq imkanı yoxdur. Qardaşının biri İİ Qarabağ müharibəsində şəhid olub o biri qardaşı da ailəyə baxır. Ata evində də imkan baxımından maddi durumları aşağıdır. Cavabdehlərin nəvəsinə kömək etmək üçün yetərincə maddi vəsaiti var və onları saxlaya bilər, ancaq həmin vəzifəni könüllü surətdə yerinə yetirmək arzusunda deyillər. Cavabdehlər hal-hazırda təqaüdçüdür və digər gəlir mənbələridə var. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, uşaqların ataları uşaqları saxlamaq üçün pul ödəyir. O, pensiya alır, imkanı yoxdur ki, nəvələrinə aliment ödəsin. Xahiş edir, iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək bildirdi ki, qardaşı Almanyada yaşayır. Qaçqın pulu alır, o, pulla uşaqları üçün aliment ödəyir, lakin, iddiaçı uşaqlarla görüşməyə imkan vermir. Bundan sonra da qardaşı imkanı çatdığı qədər aliment ödəyəcək, valideynləri pensiyaçıdılar, əlavə gəlir yerləri yoxdur, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək imkanları yoxdur. Xahiş edir, iddia təmin edilməsin. Məhkəmə tərəflərin izahalarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Belə ki, iş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 13 mart 2025-ci il tarixli 3-17-1/2- 62063/2025 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı iddiasına dair iş üzrə sorğuda adları çəkilən şəxslərdən Cavabdeh1na Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2008-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir və ödənilir (hazırki pensiya məbləği- 393.32 manat). Eyni zamanda, sorğuda adı çəkilən digər şəxs Cavabdeh2 MEİS-in "Pensiya" altsistemində olan məlumata əsasən xx.xx.2023-cü il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir və ödənilir (hazırki pensiya məbləği-512.18 manat). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(031)- 841/2024 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 08 avqust 2024-cü il tarixdən başlayaraq cavabdeh X4 hər uşaq üçün ayda 190 manat olmaqla, ümumilikdə 570 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, saxlanması üçün aliment tələb olunan uşaqlar hal-hazırda analarının yanında yaşayırlar, analarının yanında yaşadığından məhkəmənin qətnaməsinə əsasən uşaqların saxlanılması üçün aliment də müəyyən edilmişdir, uşaqların ataları aliment pulunan ödənişlər etmişdir, lakin axır iki ay ödəniş olunmamışdır. Nənə və baba pensiya alırlar, nənə və babanın əlavə gəlirlərinin olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, baba və nənənin əlavə gəlirlərinin olması barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1na və Cavabdeh2 qarşı “nəvənin saxlanması üçün alimentin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(031)-227/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-227/2025
01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver