Məhkəmə qərarları › İş №e-2(031)-249/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-249/2025

19.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-249/2025 19.03.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndənnu iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment pulunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2010-cu il tarixdə Şabran Rayon Qeydiyyat Şöbəsində nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan bir övladları- xx.xx.2013-cü il təvəllüdlü X2 anadan olmuşdur. O, cavabdehlə uzun müddətrdir ki, ayrı yaşayır. Cavabdeh onunla və övladı ilə xeyli vaxdir ki, maraqlanmır. Hərbçidir. Nikahın ləğvi ilə bağlı məhkəməyə müraciət olunmuşdur və hazırda Şabran Rayon Məhkəməsinin icraatındadır. Onlar hal-hazırda cavabdehlə ayrı yaşayırlar. Bu günə qədər övladının bütün təminatlarını özü ödəmişdir və bu ona bir ana kimi çətin olur. Cavabdehin imkanı yaxşıdır. Aylıq gəliri 1200-2000 manat təşkil edir. Cavabdeh ailəsinə baxmır və övladının qayğısına qalmır. Bu səbəbdən maddi cəhətdən onun üçün çox çətin olur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 641971 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 14 dekabr 2010-cu ildə nikahlarını rəsmi qeyd etdirmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 376 nömrə ilə Şabran Rayon Qeydiyyat Şöbəsində qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 19457 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh sessiyada iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Şəxsi Heyət Baş İdarəsi və Maliyyə və Büdcə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh xidməti və əməkhaqqısı barədə məlumatın məhkəməyə təqdim edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 76.1.-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75, 76-78, 81, 82 və 100.2-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin ər-arvad münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar, uşaq hazırda ananın yanında yaşayır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-235, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar