Məhkəmə qərarları › İş №e-2(031)-262/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-262/2025

06.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-262/2025 06.03.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran Rayon Məhkəməsinin 2(031)-697/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən bir uşağı yetkinlik yaşına çatana kimi saxlanılması üçün aylıq qazancının 1/4 hissəsi miqdarında tutulmasının xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində müəyyən edilərək alimentin cavabdehə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2021-ci il tarixdə X6 anadan olmuşdur. Şabran Rayon Məhkəməsinin 2(031)- 697/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay aylıq qazancının 1/4 hissəsi miqdarında, yəni hər ay bir uşağa cəmi 150-180 manat aralığında aliment pulu ödəyir. O, X5 matros vəzifəsində çalışır. Aylıq qazancı fərqli olduğuna görə az ödəniş olunsa da, sabit məbləğdə olduqda daha çox ödəniş edilmiş olur. Əmək haqqında tutmalar ona çətinliklər yaradır və digər borcları da vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı, 599313 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından 14 iyun 2021-ci ildə Gülay adlı uşaqları olmuşdur. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)- 697/2022 nömrəli qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 16 mart 2020-ci il tarixdə Quba regional “ASAN xidmət” X3 bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 183 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, boşanmadan sonra 14 iyun 2021-ci ildə təvəllüdlü X6 iddiaçı Cavabdeh yanında qalmış, Şabran Rayon Məhkəməsinin 2(031)-697/2022 nömrəli mülki işi üzrə 21 iyul 2022-ci il tarixdə qəbul edilmiş qərardadı nəzərə alınmaqla cavabdeh İddiaçı aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulub xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, sessiyada İddiaçı iştirak etmiş, lakin Cavabdeh sessiyada iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)-697/2022 nömrəli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahlarından doğulmuş 14 iyun 2021-ci ildə təvəllüdlü X1 Röya Eynulla qızının yanında qalmış, cavabdeh İddiaçı aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulub xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Belə olan halda İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması barədə məhkəmədə iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik deyil. Birgə nikahlarından doğulmuş 14 iyun 2021-ci ildə təvəllüdlü X6 cavabdehin yanında yaşadığından, bu barədə Cavabdeh tələbkar olaraq məhkəmədə alimentin sabit pul məbləğinə dəyişdirilməsi barədə iddia qaldırmaq hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası müvafiq subyektiv hüquqa malik olmayan şəxs tərəfindən verildiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar